Yüklənir...

Qalxanabənzər vəzi hormonları və orqanizmdə rolu

Qalxanabənzər vəzi hormonları və orqanizmdə rolu

Qalxanabənzər vəzi funksiyalarını qiymətləndirən testlər hansılardır?

  •  Sərbəst T4 (ST4)
  •  Total (cəmi) T4 (T4)
  •  Total (cəmi) T3 (T3)
  •  TSH

Hal-hazırda qanda olduqca aşağı TSH səviyyələrini göstərən laboratoriya üsulları inkişaf etdirilmişdir.

Bu testlər arasında qanda hormon səviyyələrini ən yaxşı əks etdirən ST4-dür və adətən TSH ilə birlikdə edilir. Qanda TSH qalxanabənzər vəzin funksiyalarını əks etdirən həssas bir üsuldur və yüksək olması qalxanabənzər vəzi hormonlarının (T3, T4) aşağı olduğunu, aşağı olması isə qalxanabənzər vəzi hormonlarının yüksək olduğunu göstərir. Bu cür vəziyyətlərdə ST4 səviyyəsi qiymətləndirməsi aparılaraq azalması və ya yüksəlməsi müəyyən olunur.
Bəzi hallarda TSH səviyyələri normadan artıq olmasına baxmayaraq, qalxanabənzər vəzi hormonlarının səviyyələri normal ola bilir. Bu vəziyyət hipofiz vəzinin çox çalışaraq (TSH-ı daha çox istehsal edərək) və ya daha az çalışaraq (TSH-ı daha az istehsal edərək) prosesi kompansəetmə səyini göstərir və xəstəliyin hələ əlamət verməyə başlamazdan əvvəl müəyyən olunmasını xəbərdar edir.

Qalxanabənzər hormonu qüsurları hamiləliyə təsir edə bilərmi?

TRH, TSH hormonu həm də hipofiz prolaktin hormonu maddəsini də idarə edir. Bu səbəblə TRH hormonunun artmasına səbəb olan hallar (hipotiroidi, yəni qalxanabənzər hormonu ifrazı çatışmazlıqları) prolaktin hormonu artımına da səbəb olur. Prolaktin hormonu normadan kənar olarsa qan prolaktin hormonu səviyyəsi ilə yanaşı TSH səviyyəsinə də baxılır (TRH ardınca TSH da artacaq, bu səbəblə TRH yerinə ölçülməsi daha asan olan TSH səviyyəsi baxılır).