TORCH-infeksiyalar

     

Hamiləliyi planlaşdırdığınızı bildikdən sonra həkim-ginekoloq ilk olaraq TORCH-infeksiyalara görə analizi təyin edir. Geniş yayılmış yanlış fikrə görə, bu analizin cinsi yolla ötürülən infeksiyalara heç bir aidiyyatı yoxdur. TORCH-kompleksə daxil olan infeksiyalar ananın sağlamlığından çox, gələcək uşağın sağlamlığı üçün təhlükəlidir, çünki ona ana bətnində yoluxa bilir. Bu isə onun inkişafında ciddi qüsurlara səbəb olur. Buna görə də Sizdə bu cür infeksiyaların olub-olmadığını və əvvəllər bununla qarşılaşıb-qarşılaşmadığınızı müəyyən etmək lazımdır. 

Ətraflı: TORCH-infeksiyalar
Qadınlarda insan papilloması virusu (İPV)


IPV (insan papilloması  virusu, papillomavirus, HPV) – cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir. İPV-nun əsas təhlükəsi bundadır ki, orqanizmdə uzun müddət olduqda, bu virusun bəzi tipləri xərçəngə səbəb ola bilir.İPV herpes virusundan və İİÇV-dan fərqli bir şeydir.Bütün bu infeksiyalar virus infeksiyaları olsa da və müdafiə olunmamış seks zamanı ötürülsə də, onlar müxtəlif simptomlara və müxtəlif nəticələrə səbəb olur.

Ətraflı: Qadınlarda insan papilloması virusu (İPV)
Qadınlarda genital herpes: ağırlaşmaların qarşısını necə almalı?

 

Herpes nədir?

Herpes (o cümlədən genital herpes) insanlarda ən geniş yayılmış xroniki virus infeksiyasıdır. Bu, selikli qişada və dəridə sərgilərlə xarakterizə olunur.

                                               Insan hepres virusuna necə yoluxur?

Xəstəliyin törədicisi herpeviruslar ailəsindən olan viruslardır. Bunlara insanda xəstəlik yarada bilən 8 növ virus aiddir. Infeksiyanın mənbəyi yoluxmuş (xəstə) insandır. Xəstəliyi ötürmə yolları kontakt (birinci tip üçün səciyyəvidir), damcı, cinsi akt yolu ilə (ikinci tip üçün səciyyəvidir) və plasenta hesab olunur. Genital herpesə həssaslıq çox yüksəkdir.

Ətraflı: Qadınlarda genital herpes: ağırlaşmaların qarşısını necə almalı?
Bakterial vaginoz (Qardnerellez)

 

Bakterial vaginoz

Bakterial vaginoz qadınlarda cinsi orqanların infeksion patologiyasının ən çox yayılmış növlərindən biridirMamalıq, ginekologiya və perinatologiya  mərkəzinin məlumatlarına görə,  bakterial vaginoz praktiki olaraq sağlam olan qadınların 24%-də və kliniki kolpit əlamətləri olan qadın pasiyentlərin 61%-də aşkar edilmişdir.

Ətraflı: Bakterial vaginoz (Qardnerellez)
Qadınlarda xlamidioz: simptomları və müalicəsi

        

Xlamidioz nədir və insan ona necə yoluxur?

Xlamidioz ən geniş yayılmış və qadınlarda sonsuzluğun ən çox rast gəlinən səbəblərindən biri olan veneroloji xəstəlikdir. Bu xəstəlik illərlə simptomsuz keçə bilir. Xlamidiozun törədicisi Chlamydia trachomatis (C.trachomatis) bakteriyasıdır. Xəstəliyə müdafiə olunmamış (prezervativdən istifadə etmədən) seks zamanı yoluxmaq olar. Xlamidioz oral, vaginal və anal seks zamanı da keçə bilər. Hamilə qadınlar doğuş zamanı bu xəstəliyi uşağa da ötürə bilir. Xlamidiozun məişət yolu ilə (yoluxmuş insanla birgə unitaz, yataq, dəsmal və ya alt paltarından istifadə etdikdə) ötürülməsi riski mövcud olsa da, rəsmi sübuta yetirilməmişdir.

Ətraflı: Qadınlarda xlamidioz: simptomları və müalicəsi