Abortun müasir üsulları

Hamiləliyin dayandırılmasının müasir üsulları

Hal-hazırda abortun keçirilməsinin bir neçə üsulu mövcuddur. Hansı üsulun seçilməsi hamiləliyin müddətindən, klinikanın imkanlarından və hamilə qadının halından asılı olaraq həkim tərəfindən müəyyən edilir.

  • Hamiləliyin 7-ci həftəsinə qədər abort dərmanlar (aşağıda baxın, dərman, tablet vasitəsi ilə abort) və ya vakuum aspirasiyası (mini-abort) vasitəsi ilə həyata keçirilir.
  • 9-dan 14-cü həftəyədək abort qaşıyıb təmizləmə(təmizləmə)  vasitəsi ilə həyata keçirilir.
  • 14-cü həftədən sonra abortun keçirilməsi üçün uşaqlıq boynunun genişləndirilməsi və dölün çıxarılması üzrə xüsusi prosedur tələb oluna bilər.
  • 20-ci həftədən sonra abort süni doğuş vasitəsi ilə həyata keçirilir. Ətraflı: Abortun müasir üsulları
Abort nədir? Aborta hazırlıq necə olmalıdır?

Abort  (tibbi abort) düşünülmüş şəkildə hamiləliyin inkişafının dayandırılmasıdır. Son dövrün məlumatlarına görə 40%-dan artıq qadınlar həyatlarında ən azı bir dəfə abort edirlər. Hər il dünyada 50 milyondan çox abort həyata keçirilir. Ən çox abortu 20-24 yaşında olan qadınlar edirlər. Tibbdə həmçinin “öz-özünə baş verən abort” termini də mövcuddur və 20 həftəyədək hamiləliyin inkişafının öz-özünə (həkimlərin iştirakı olmadan) dayandırılması mənasını verir. Öz-özünə baş verən abortu çox vaxt uşaqsalma adlandırırlar. Uşaqsalma səbəblərinin və simptomlarının ətraflı təsviri uşaqsalma məqaləsində təqdim edilmişdir.

Ətraflı: Abort nədir? Aborta hazırlıq necə olmalıdır?
''Abortdan sonra''- sizi maraqlandıran suallara cavab

Abortdan sonra bərpa neçə müddət çəkir?

Abortdan sonra bərpa bir neçə gündən bir həftəyədək çəkir.
Abortdan dərhal sonra uşaqlıq yığılır və ölçülərdə kiçilməyə başlayır. Uşaqlıq boynu bir neçə gün ərzində açıq qalır, bu isə uşaqlıq boşluğunun təmizlənməsini mümkün edir. Endometriyanın (uşaqlığın selikli qişasının) tam bərpası abortdan bir neçə həftə sonra baş verir.

Ətraflı: ''Abortdan sonra''- sizi maraqlandıran suallara cavab
Abortun nəticəsi və ağırlaşmaları

Abortun keçirilməsindən sonra aşağıdakı ağırlaşmaların əmələ gəlməsi mümkündür:

Uşaqlıq qanaxmaları

Nisbətən az, qanın laxtalanma pozğunluğu olan qadınlarda müşahidə olunur. Normal sayılan və abortdan sonra hətta bir neçə həftə ərzində davam edə bilən adi, az miqdarda qanlı ifrazatlardan fərqli olaraq, uşaqlıq qanaxmaları qadının həyatı üçün real təhlükə törədirlər. Güclü uşaqlıq qanaxmasının qarşısını almaq üçün həkim sizə oksitosinin (uşaqlıq divarlarının güclü yığılmasına və qanaxmanın dayanmasına gətirib çıxaran hormon) bir neçə inyeksiyasını təyin edə bilər.

Ətraflı: Abortun nəticəsi və ağırlaşmaları
Abortdan sonra hamiləlik

Abortun effektivliyi

Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir.

Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir.

Vakuum aspirasiyası və qaşıyıb təmizləmə dərman vasitəsi ilə abortdan daha effektivdir və hamiləliyin qalma riski təxminən 0,2-0,8% təşkil edir.

Ətraflı: Abortdan sonra hamiləlik