Qalxanabənzər vəzi hormonları, orqanizmdə rolu

                       Qalxanabənzər vəzi funksiyalarını qiymətləndirən testlər nələrdir?

  •  Sərbəst T4 (ST4)
  •  Total (cəmi) T4 (T4)
  •  Total (cəmi) T3 (T3)
  •  TSH

Hal-hazırda qanda olduqca aşağı TSH səviyyələrini belə göstərən laboratoriya üsulları inkişaf etdirilmişdir.

Ətraflı: Qalxanabənzər vəzi hormonları, orqanizmdə rolu
Prolaktin hormonu nədir, rolu, normal dəyəri, artması, hipofiz adenoması

                                             Prolaktinin artması (Hiperprolaktinemiya)
Prolaktin orqanizmdə süd istehsalını təmin edən hormondur. Qadın hamilə olanda yüksələn hormonlar prolaktini xəbərdarlıq edərək döşlərdən süd istehsalını həyata keçirirlər. Bəzi qadınlarda kolostrum adı verilən erkən süd məmələrdən hələ hamiləlik dövründə ana olmadan da ifraz oluna bilir və bunun normal olduğu güman edilir.

Ətraflı: Prolaktin hormonu nədir, rolu, normal dəyəri, artması, hipofiz adenoması
AMH hormonu nədir, rolu, normal dəyəri

AMH hormonu nədir? Nə vaxt ölçülür?

Fetal testisin sertoli hüceyrələri tərəfindən 8-ci hamiləlik həftəsində puberteyə qədər yüksək səviyyədə ifraz olunur. Qız uşaqlarında 36-cı hamiləlik həftəsindən sintez olunmağa başlayır. Doğumda çox aşağı olur, ilk 2-4 il minimum artım göstərir. Preantral və antral fallikul granuloza hüceyrələri tərəfindən ifraz edilir.

Ətraflı: AMH hormonu nədir, rolu, normal dəyəri
FSH hormonu nədir, rolu, normal dəyəri

Qadında FSH hormonu (Follicle stimulating hormona, follikul xəbərdaredici hormon) beyində hipofiz vəzidə ifraz olunur və adından da göründüyü kimi, yumurtalıqlarda follikulları xəbərdar edir, böyüməsini təmin edir. Yumurtalıqlarda olan follikullar yumurta daşıyan kiçik kisəciklərdir. FSH hormonunun təsirilə follikullar böyüyür və menstruasiyanın orta dövründə LH (Luteinizan hormon) hormonun təsirilə çatlama nəticəsində yumurtlama (ovulyasiya) baş verir. FSH hormonu xüsusilə menstruasiya nizamsızlığı və sonsuzluq (infertilite) problemi olan xəstələrdə vacibdir.

Ətraflı: FSH hormonu nədir, rolu, normal dəyəri
G nöktasıini böyütmə (Orgazm) peyvəndi nədir?

Qadınlarda cinsi əlaqə zamanı orqazma çatmağı təmin edən iki mühüm orqan var. Bunlar klitor və G nöqtəsidir. Ancaq bu iki ayrı nöqtənin verdiyi cinsi zövq bir-birindən fərqlidir. Klitor- uşaqlıq yolunun kənar hissəsində yer alan və səthi ilə təmas zamanı orqazmı təmin edən erojen zonadır. Sinir sıxlığına bağlı olaraq həssas bir yerdir. Təmas halında xəbərdarlıq edilərək baş verən orqazma- klitoral orqazm adı verilir.

Ətraflı: G nöktasıini böyütmə (Orgazm) peyvəndi nədir?
Qadın cinsiyyət orqanlarının anatomiyası

Qadın cinsiyyət sistemini iki yerə- xarici cinsiyyət orqanları və daxili cinsiyyət orqanlarına bölünür. Xarici genital orqanlara- böyük dodaqlar, kiçik dodaqlar, klitor, qızlıq pərdəsi aiddir. Daxili genital orqanlara adətən çoxalma ilə əlaqəli orqanlar- uşaqlıq yolu, uşaqlıq ağzı, uşaqlıq, borular və yumurtalıqlar aiddir.

Ətraflı: Qadın cinsiyyət orqanlarının anatomiyası
Menstruasiyanın gecikməsinin 10 səbəbi

Ginekoloqun qəbulunda ən çox rast gəlinən şikayətlərdən biri aybaşıların gecikməsidir. Baxmayaraq ki, gecikmə hamiləliyin aşkar simptomudur, menstruasiyanın olmaması başqa hallarla da əlaqəli ola bilər. Bu məqalədə biz menstruasiya gecikməsinin ən çox yayılmış səbəblərini göstərəcəyik.

Ətraflı: Menstruasiyanın gecikməsinin 10 səbəbi
Qızlıq pərdəsi (bakirəlik pərdəsi)

Qızlıq pərdəsi nədir?

Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir.

Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçün bir və ya bir neçə dəliyi vardır. Adətən qızlıq pərdəsində, arasından barmağı və ya tamponu pərdəni zədələmədən keçirmək üçün kifayət qədər böyük dəlik olur.

Ətraflı: Qızlıq pərdəsi (bakirəlik pərdəsi)
Uşaqlıq daxili spiral və hamiləlik

Əgər uşaqlıq daxili spiral gəzdirirəmsə mən hamilə qala bilərəmmi?

Uşaqlıq daxili spiraldan istifadə edən qadınlarda hamiləliyin baş verməsi çox nadir hallarda müşahidə olunur. Mis spirallardan istifadə edildikdə hamiləliyin əmələ gəlmə ehtimalı il ərzində 1000-də 8 şansadək təşkil edir. Hormonlu spirallardan istifadə etdikdə hamilə qalmaq ehtimalı il ərzində 1000-də 1 şansadək azalır.

Təxminən halların yarısında spiraldan istifadə edən qadınlarda əmələ gəlmiş hamiləlik uşaqsalma ilə nəticələnir.

Ətraflı: Uşaqlıq daxili spiral və hamiləlik
Erkən menopauza

Erkən menopauzanın (klimaks) səbəbləri və necə qarşısını ala bilərik?

Ölkəmizdə hər 100 qadından üçündə yaşanan erkən menopauza (klimaks) bəzı genetikfaktorlardan və gündəlik həyatımızda etdiyimiz xətalara bağlı olaraq ortaya çıxır. Ölkəmizdə qadınlar orta hesabla 45-48 yaşından menopauza (klimaks) keçirməyə başlayırlar. Ancaq müxtəlif faktorların təsirindən menopauzaya 40 yaşından əvvəl də başlana bilər və bu hal "erkən menopauza" olaraq adlandırılır. Erkən menopauza bütün qadınların kabusudur və ölkəmizdə hər 100 qadından üçündə vaxtsız başlayır.

Ətraflı: Erkən menopauza