Yüklənir...

Doğumdan sonra seks

Doğumdan sonra seks

Uşaq doğumundan sonra cinsi əlaqə (seks)

Cütlüyün seksual həyatında ən zəif yerlərdən biri – uşağın doğumundan sonrakı vaxtdır. Əgər sizdə hamiləlikdən əvvəl və hamiləlik zamanı yaxşı cinsi həyat var idisə, bu gözəl cinsi münasibətləri uşaq doğumundan sonra da saxlamağa çalışmaq çox vacibdir.

 Uşaq anadan olduqdan sonra seks haqqında aşağıdakı 4 şeyi bilməlisiniz: 

1. Seks haqqında açıq ünsiyyət saxlamaq vacibdir

Seksual münasibətləriniz haqqında açıq və dürüst ünsiyyətinizin olması çox əhəmiyyətlidir. Əgər bir-birinizlə cinsi həyatınız haqqında asan ünsiyyət qurmağı bacarmırsınızsa, onda inciklik, ağrı, məyusluq və düşmənçilik yarana bilər. Sizin gənc valideyn kimi rolunuz çox vaxt və enerji aldığından, belə ola bilər ki, seks bir müddət arxa plana keçsin. Beləliklə, seks haqqında söhbətlər və partnyora onu arzuladığını təsdiqləmək, seksin hələ olmadığı halda belə çox faydalı ola bilər. 

2. Uşaq birinci yerdə olmalıdır!

Hiss edə bilərsiniz ki, uşaq partnyorunuzun prioritetlərində əsas yeri tutub, hərçənd əvvəl orada siz olmusunuz. Hamiləliyə qədər, xüsusilə birinci hamiləliyə, emosional yaxınlığınız yalnız ikinizə aid idi. Hamiləlik başlayan andan arada artıq üç nəfər olur və hiss edə bilərsiniz ki, artıq gözlənilən uşaqla əvəz olunmusunuz və partnyorunuz sizi arzu etmir. Bu əvəzolunma hissi körpə doğumundan sonra getdikcə güclənə bilər. Amma əgər əvvəlki kimi bir-birinizə qarşı diqqətli olsanız, o zaman bir müddətdən sonra münasibətlər düzələcəkdir və sizin seksual həyatınız öz qaydasına düşəcəkdir. 

3. Hər ikiniz seksual həyatınızın bərpa olunmasını istəməlisiniz

Bəzən sizə bütün işlərinizi qırağa qoymaq və romantik görüş haqqında düşünmək (hətta əgər tez bitən seks olsa belə), bir-birinizə qarşı seksual həvəsinizin olduğunu sübut etmək lazımdır. Ən asanı, seksual münasibətləri dayandırmaqdır, çünki ailə və işlə bağlı çoxlu məsuliyyətləriniz vardır, amma unutmayın ki, sizin münasibətləriniz də vacibdir.

Münasibətlərin iki tərəfi vardır. Onlardan biri – xidmətdir, yəni həyat üçün vacib olan məsələlərin (məsələn, qadın üçün ev işlərinin aparılmasıdır) həlli, onlardan digəri isə – qayğıdır (sevgi və diqqətlə dolu canlı münasibətlərin qurulması və saxlanması). Görüşməyə və münasibətlər qurmağa yeni başladığınız zaman, çox güman ki, qayğı sizin münasibətlərinizin 90%-nı təşkil edirdi  və yalnız 10%-i xidmətə ayrılırdı.

Birlikdə yaşamağa başladıqda xidmət sizin vaxtınızın daha çox faizini təşkil etməyə başladı. Amma uşağın doğumu ilə xidmət sizin vaxtınızın 90%-dan çoxunu ala bilər və qayğı üçün cəmi 10% və ya daha az vaxt qalır. Vaxt ötdükcə bu münasibətlərinizi korlaya bilər. Qayğını da xidmət kimi öz münasibətlərinizin vacib hissəsi kimi saxlayın. Belə təqdirdə sevgi və dolğun seksual həyatla dolu bir gələcək quracaqsınız.

4. Seks cinsi əlaqədən böyük hiss olmalıdır

Yorğunluq və fikirin uşağa yayınması sekslə məşğul olmaq üçün lazım olan enerjini tükədə bilər. Amma çalışın seksual repertuarınızı genişləndirəsiniz. Məsələn, gözlənilməz rahatlaşdırıcı masajın edilməsi seksual enerjinin əmələ gəlməsi üçün həlledici amil ola bilər.

Ümumiyyətlə, iki insanın həyatını hansısa konkret bir anda cinsi yaxınlığı istəmələri və istəməmələri normal bir haldır. Burada doğru və doğru olmayan yoxdur. Həqiqi sevgi və seksual ehtiras inciklik və ya düşmənçilik üzərində qurulmur, burada dürüstlük, açıqlıq, qayğı və etibar çox vacib rol oynayır.