Qadın cinsiyyət orqanlarının anatomiyası

Qadın cinsiyyət sistemini iki yerə- xarici cinsiyyət orqanları və daxili cinsiyyət orqanlarına bölünür. Xarici genital orqanlara- böyük dodaqlar, kiçik dodaqlar, klitor, qızlıq pərdəsi aiddir. Daxili genital orqanlara adətən çoxalma ilə əlaqəli orqanlar- uşaqlıq yolu, uşaqlıq ağzı, uşaqlıq, borular və yumurtalıqlar aiddir.

                                         Xarici cinsiyyət orqanları

Böyük Dodaqlar (Labia Majora): 

Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə böyük dodaqlardır. Hər iki tərəfdə bir ədəd olur. İçində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İki ədəd qıvrım dəridən ibarətdir. Üst tərəfləri daha intensiv şəkildə tüklər ilə örtülüdür. İç hissəsində tük yoxdur. Cinsi münasibət anında qan dövranı artdığı üçün, şişirlər.
Kiçik Dodaqlar (Labia Minora):

 Kiçik dodaqlar böyük dodaqların tam altında yerləşir. Uşaqlıq yolunu əhatə edən, iki kiçik dəri buruğundan ibarətdir. Ölçüləri qadından qadına fərqlilik göstərə bilər. Bəzi qadınlarda daxili dodağın biri digərindən böyük və ya kiçik ola bilər. Kiçik dodaqlarda yağ və tük olmaz. Qan damarları və sinir hüceyrələri olduqca çoxdur.

Klitor

Qadın cinsi orqanının dərhal üstündə kiçik dodaqların sonunda yerləşmişdir. Sinir, duyğu hüceyrələri ilə zəngindir. Cinsi əlaqə anında sərtləşirr və həssaslığı artırır.
Sidik kanalının ağzı (Urethral orifise):

Klitorun alt hissəsində yerləşir. Sidik kanalının çölə açılaraq, sidiyin axmasını təmin edən dəlikdir.
Qızlıq Pərdəsi (Hymen): (ətraflı məqalə üçün üzərindən tıkla) 

Uşaqlıq yolunun təxminən 1 santimetr qarşısında damar və  əzələ toxumasından əmələ gələn incə bir dəridir. Zərin orta qismi menstruasiya dövründə baş verən qanın çölə atılması üçün açıqdır. Bu açıqlıq Hymenal Diafraqma olaraq tanınır. Bəzən nadir də olsa tamamilə qapalı ola bilər. Bu kimi vəziyyətlərdə aybaşı qan sızmasının axınını təmin etmək üçün kiçik bir əməliyyat ilə açılması lazımdır. İlk dəfə cinsi əlaqə baş verəndə pərdədə yırtılma olut və hər zaman olmasa da yüngül qanaxma olur. Bəzi qadınlar qızlıq pərdəsinin  orta hissəsində yerləşən dəlik olduqca geniş olduğundan cinsi əlaqə zamanı qanaxma görülməyə bilər.
Perina: Uşaqlıq yolunun arxa tərəfindən- anusa açılan hissəsidir. Əzələ və bağ toxuması əmələ gəlmişdir. Doğum anında uşağın başının çıxması üçün əsnəmə baş verən yerdir. Normal doğuş anında həyata keçirilən kəsim bu hissədə aparılır.
Anus: Bağırsaqların çölə doğru açılan hissəsidir. Xüsusilə hamiləlik dövründə bu bölgədə babasil əmələ gələrək hamilə qadında olduqca sıxıntı yaşadır.

                                                              Daxili cinsiyyət orqanları


Uşaqlıq yolu (Vagina): 

Uşaqlıq yolu borucuq şəklindədir. Xarici mühit ilə uşaqlıq arasındakı əlaqəni həyata keçirir. 8 santimetr uzunluğundadır və 15 santimetr uzunluğuna çatacaq qədər çevik bir quruluşdadır. Cinsi əlaqə bu orqanda baş verir. Ön və ara divarları bir-birinə təmas edir. Doğum anında körpə bu kanaldan çıxaraq dünyaya gəlir. Qan dövranı olduqca qüvvətli olduğu üçün doğum sonrası qısa müddət ərzində əvvəlki formasını alır.
Uşaqlıq (Uterus):

Düz əzələ hüceyrələrindən ibarət olan armud formasında bir orqandır. 6-8 santimetr ölçüdə, iç qismi endometrium olaraq tanınan bir pərdə ilə örtülüdür. Uşaqlığı yerində tutan bəzi bağlar vardır. Hamiləlik anında uşaqlıq böyüdükcə bu bağlarda gərginləşmə gedərək qasıq ağrıları baş verir. Bu orqan hamiləlik dövründə möcüzəvi bir şəkildə böyüyərək bütün qarnı boşluğunu tutur və doğuş baş verdikdən sonra əvvəlki halını alır.
Uşaqlıq borular (Tuba Uterina): 

Uşaqlığın hər iki tərəfindən çıxan və yumurtalıqlara qədər çatan orta hesabla 10 santimetr uzunluğunda olan boru şəklində bir orqandır. Ampulyar kimi tanınan hissə borucuqlarda ən çox funksiyası olan hissədir. Bu hissədə yumurtalıqdan atılan yumurtanın sperma ilə qarşılaşması və mayalanması baş verir. Mayalanma baş verən yumurta daha sonra boru kanalından uşaqlıq içinə çatır. Ampulyar hissə xarici hamiləliyin ən çox olduğu hissədir.
Yumurtalıqlar (Over):

Yumurtalıqlar uşaqlığın hər iki tərəfində yerləşən orqandır. Hər iki yumurtalığın içində yetkinlik dövründən əvvəl mayalanmamış, inkişafa hazır olan təxminən 500.000 ədəd yumurta hüceyrə olur. Yetkinlik dövrü ilə birlikdə və hormonların təsiri ilə hər ay bu hüceyrələrdən təxminən 1000-ə qədəri mayalanmaq məqsədilə hərəkət edir. Amma 1000 yumurtadan yalnız çox vaxt bir dənə yetişir və xaric olur. Xaric olan yumurta hüçeyrə boruc tərəfindən tutulur.

Aybaşıların gecikməsinin 10 səbəbi
Qızlıq pərdəsi (bakirəlik pərdəsi)
Uşaqlıq daxili spiral və hamiləlik
Erkən menopauza
Dismenoreya
Doğuşdan sonra seks
Uşaqlıq yolunun quruluğu
Menstruasiya (Aybaşı)
Tamponlardan düzgün istifadə qaydaları
Hər bir xanımın bilməli olduğu düzgün intim gigiyenanın 15 qaydası
Gigiyenik bezlər və gündəliklər: istifadə qaydaları
Qadın orqazmı: miflər və reallıqlar
Seks zamanı ağrı: səbəbləri və müalicəsi