Qadın orqazmı: miflər və reallıqlar


                   Orqazm nə deməkdir?

Orqazm daha tez-tez vağına əzələlərinin yığılması ilə müşayiət edilən intensiv fiziki həzz və boşalma deməkdir. Orqazm istər cinsi akt, istərsə də masturbasiya, pettinq və hətta yuxu zamanı da baş verə bilər. Müxtəlif qadınlar bu hissi müxtəlif şəkildə təsvir edirlər və hətta eyni qadında orqazmlar öz gücü, müddəti və həzzin pik nöqtəsinə çatmaq üçün lazım olan müddətə görə müxtəlif ola bilər.

 Bütün “normal” qadınlar seks zamanı orqazm keçirirlər?

Xeyr, bu doğru deyil. Statistikaya əsasən qadınların cəmi 30% mütəmadi olaraq seks zamanı orqazm yaşayırlar. Daha 30% cinsi akt zamanı orqazm hissini əlavə stimullaşdırmanın hesabına (misal üçün klitorun əllə stimullaşdırılması) əldə edə bilirlər, yerdə qalan qadınlar isə klassik seks zamanı heç bir vaxt orqazm hissi keçirmirlər. Lakin misal üçün oral seks, klitorun əllə stimulaşdırılması, masturbasiya və s. üsullarla həzzin pik nöqtəsinə çata bilirlər. Əgər siz axırıncı qadınların aid edildiyi qrupa daxilsinizsə, özünüzü tam olmayan kimi hesab etmək lazım deyil. Orqazm onun hansı yolla əldə edilməsindən asılı olmayaraq elə orqazm olaraq qalır.

Orqazma çata bilməmə onu göstərir ki, qadın soyuqdur (frigid)?

Hazırda seksoloqlar və psixiatrlar belə bir qənaətə gəlirlər ki, frigidlik anlayışının özü bir mifdir və reallığa heç bir aidiyyatı yoxdur. Əgər sizin orqazm ələ edilməsi ilə əlaqədar olaraq problemləriniz mövcuddursa, lakin eyni zamanda seksual istək varsa, onda hansı frigidlikdən söhbət gedə bilər? Əgər orqazm əldə edə bilmə problemləri ilə yanaşı olaraq libidonun da aşağı düşməsi qeyd edilirsə (sizin seksə həvəsiniz olmur), bu zaman problemin kökü siz və tərəf müqabiliniz arasında kifayət qədər ünsiyyətin olmaması, münasibətlərdə romantika və intimliyin çatışmamazlığı, ciddi münasibətlərdən qorxma və hətta hormonal pozuntular, qəbul etdiyiniz dərmanlar və s. ola bilər. Mütəxəssislər əmindirlər ki, bu problemlərdən istənilənini həll etmək mümkündür, bunun onun səbəbinə tapmaq lazımdır. Buna görə də özünüzə indidən “frigidlik” damğası vurmayın – bu artıq uzaq keçmişdə qalmış tibbi mifdən başqa bir şey deyil.

Seksdən həzz almaq üçün qadın mütləq orqazm keçirməlidir?

Orqazm sözsüz ki, cinsi aktın çox xoş olan bir sonluğudur, lakin qadınların böyük əksəriyyəti həç də hər cinsi akt zamanı orqazm yaşamadan belə cinsi həyatdan zövq alırlar.

Mən nə vaxt ilk orqazmımı yaşayacam?

Cinsi həyatlarına yenicə başlamış bir çox qadınlar orqazm hələ yaşamadıqlarından narahat olurlar. Əslində kişilərdən fərqli olaraq, qadınlar orqazm yaşamağı ilk olaraq öyrənməlidirlər. Tədqiqatlara əsasən, qadınların əksəriyyəti ilk orqazmını seksual həyata başlamalarından bir neçə ay sonra yaşayırlar. Qadının ilk orqazmını nə vaxt yaşaması bir çox amillərdən asılıdır: cütlükdəki qarşılıqlı münasibətlər, tərəf müqabilinə intim şəraitin yaranmasına görə etibar, tərəf müqabilinin eksperimentlərə hazır olması və s. Qadınların ilk orqazmını 35-40 yaşlarından sonra ilk dəfə yaşamaları da nadir hal deyil. 

Anorqazmiya nədir?

Anorqazmiya seksual funksiyanın elə bir pozuntusudur ki, o orqazm yaşama qabiliyyətinin olmaması ilə xarakterizə edilir. Bəzi tədqiqatların nəticələrinə görə qadınlar 10% qədəri bu pozuntudan əziyyət çəkir. 

Anorqazmın bir neçə şəkli mövcuddur:

  • Ilkin anorqazmiya: qadın həyatında heç bir zaman orqazm yaşamamışdır (hətta masturbasiya zamanın da).
  • Ikinci anorqazmiya:  qadın əvvəllər orqazm həzzini yaşayıb, lakin son zamanlar bu qabiliyyətini itirib.

Niyə məndə orqazm baş vermir?

Qadınlarda orqazmın olmamasının (anorqazmiya) ən geniş yayılmış səbəbləri aşağıdakılardır:

  • Cütlükdə problemlər var: qarşılıqlı anlayış yoxdur, yataqda təcrübəsiz görünmək qorxusu, tərəf müqabilindən utanma və ya ona etibar etməmə, ünsiyyətin kifayət qədər olmaması və s.
  • İntim həyat üçün uyğun gələn yerin olmaması (bina girişində, küçədə seks, hansı cütlüyü bu halda istənilən zaman yaxalaya bilərlər və s.).
  • Psixoloji problemlər: cinsi həyatla əlaqədar olaraq günahkarlıq hissi, mədəniyyət və ya dini təzyiq, hamiləlik və ya cinsi yolla ötürülən xəstəlik qorxusu, həyatın müəyyən mərhələsi ilə əlaqədar olan həyəcan, depressiya, stress vəziyyəti və s.
  • Cinsi akt zamanı ağrı və narahatlıq əmələ gətirən cinsiyyət orqanlarının iltihablı xəstəlikləri. İltihabın digər əlamətləri: vaginadan ifrazatlar, xoşagəlməz iy, cinsiyyət orqanları nahiyəsində qaşınma, qarın altında ağrılar, sidiyə getmə zamanı ağrılar və s. Cinsiyyət orqanlarının iltihabını müəyyən etmək üçün yaxmanı analizə vermək və bəzi hallarda kiçik kiçik çanaq orqanlarının USM-ni həyata keçirmək lazımdır ki, gizli xəstəlikləri aşkar etmək mümkün olsun və s.
  • Hamiləlik əleyhinə həblərin qəbul edilməsi də qadınlarda seksual həvəsin aşağı düşməsinə və orqazm yaşama qabiliyyətinin itirilməsinə yol açır. Hamiləlik əleyhinə həblərin qəbul edilməsi fonunda orqazm əldə edilməsi istiqamətində problemləriniz yaranırsa, öz həkimin ginekoloqunuzla sizin həblərinizin digərlərinə dəyişdirilməsi barəsində məsləhətləşin.  
  • Bəzi dərmanların qəbulu: antidepressantlar, antihistamin preparatları (allergiyaya qarşı) və arterial hipertenziyanın (təzyiq əleyhinə) müalicəsi üçün istifadə edilən dərmanlar qadının orqazm yaşaya bilmək qabiliyyətini pozurlar.
  • Keçmişdə kiçik çanaq orqanlarının həyata keçirilmiş əməliyyatları: uşaqlığın çıxarılması, uşaqlıq boynunun xərçəngi ilə əlaqədar olaraq uşaqlıq boynunun konizasiyası və s.
  • Uşağın doğulması: doğuşladan sonrakı ilk həftələr, aylar və illər ərzində seksual cəlbetmənin aşağı düşməsi heç də nadir hadisə deyil. Bizim saytımızda buna həsr edilmiş ayrıca məqalə yerləşdirilmişdir: Doğuşdan sonra seks.
  • Yaş: menopauza (klimaks) baş verməsi ilə bir çox qadınlar libidonun aşağı düşməsi və orqazm yaşamaq qabiliyyətinin zəifləməsini qeyd edirlər. Bizim saytımızda bna həsr edilmiş məqalə vardır: Seksual həyat və klimaks.

Bu orqazmın mövcud olmamasının səbələrini göstərən heç də tam olmayan bir siyahıdır. Sizin halınızda bunun konkret səbəbinin müəyyən edilməsini mütəxəssis həyata keçirə bilər (ginekoloq, psixoloq, seksoloq).

Orqazm yaşamağı necə öyrənmək olar?

Anorqazmın müalicə edilməsi metodu orqazmın olmamasının səbibindən asılıdır. Bir qayda olaraq, kompleks yanaşma tətbiq edirlər ki, bu həyat tərzinin dəyişməsindən, psixoterapiya və dərman müalicəsindən ibarətdir. Əgər sizdə orqazmın yaşanması ilə əlaqədar olaraq problemlər yaranıbsa, aşağıda göstərilən məsləhətlər faydalı ola bilər:

1. Uyğun intim şərait tapın.

Bu məsləhət hələ ki öz yaşayış yerləri olmayan gənc adamlara daha çox aiddir. İctimai yerlərdə və ya valideynlərin evində seks, hansı ki, onlar hər an geri qayıda bilərlər, orqazm yaşaya bilmək üçün heç də ən yaxşı üsul deyil. Sizə heç kimin mane olmayacağına tam əmin olana qədər seksi təxirə salın.

 2. Kontrasepsiyalar haqqında düşünün

Əgər seks zamanı sizin tərəf müqabiliniz ancaq “vaxtında geri çəkmək” haqqında düşüncələrə qapılıbsa, onda boşalma və orqazm üçün sadəcə zaman qalmayacaq. Yarımçıq kəsilən cinsi akt arzu edilən deyil. Əgər siz hələ ki uşağa qalmağa tam hazır deyilsinizsə, rezin qoruyucular və ya hamiləlikdən digər qorunma vasitələrindən istifadə edin ki, seks zamanı özünüzün səhlənkarlığınız haqqında düşüncələrə vaxtınız qalmasın. Kontraseptiv həbləruşaqlıqdaxili kontrasepsiyalar haqqında saytımızda mövzular var.

3. Öz bədəninizi başa düşməyi öyrənin

Seksual həzzin əldə edilməsinin sirri ondan ibarətdir ki, məhz hansı sığalların sizi həyacanlandırdığını başa düşəsiniz. Özünüzün ən erogen zonalarınızın tanınması üçün gözəl vasitə masturbasiyadır. Masturbasiya məhz hansı nöqtələrin stimulyasiya edilməsinin sizə daha çox həzz verə biləcəyini aydınlaşdırmağa kömək edir. Əldə etdiyiniz informasiyanı öz tərəf müqabilizlə bölüşün ki, o da sizə necə orqazm yaşada bilməsinin yollarını bilsin. 

4. Erogen nöqtələrin stimulyasiyanı gücləndirin

Biz artıq qeyd etmişdik ki, qadınların ancaq 30% cinsi aktın özündən orqazm əldə edə bilir. Bütün yerdə qalan qadınlara erogen zonaların əlavə stimulyasiyası lazım gəlir (əksər hallarda klitorun). Klitorun birbaşa olmayan stimulyasının baş verdiyi pozaları seçməyə çalışın (misal üçün, çapar poza). Əgər siz klitorun toxunulmaz qaldığı pozanı seçmisinizsə, tərəf müqabilinizdən onu öz əli ilə stimullaşdrımasını xahiş edin (yaxud da bunu özünüz edin). Siz seksual stimulyasiyanın intensivliyini artırmaq üçün vibratordan da istifadə edə bilərsiniz.

5. Seks zamanı orqazm haqqında düşünməyin, çalışın ki, prosesin özündən həzz alasınız.

Diqqətin həddən artıq səviyyədə orqazm üzərində cəmləşməsi sizə sərbəst olmağa mane olur və yekun nəticədə siz həzzin zirvəsinə qalxa bilmirsiniz. Öyrənin ki, siz sadəcə öz bədəninizdən deyil, intim yaxınlığın özündən, tərəf müqabilinizin bədənindən zövq alasınız. Sizin müvəqqəti orqazm əldə edə bilmək qabiliyyətini itirməyiniz sağlam intim həyatın davam etdirilməsi üçün maneə olmalıdır.

6. Seks zamanı tərəf müqabilinizlə ünsiyyətdə olun.

Öz kişi tərəfdaşınızdan xahiş edin ki, o sizi istədiyiniz yerinizdən sığallasın, pozanı dəyişin və s. Kişilər fikirləri oxumağı bacarmırlar, lakin həmişə qadınına yardım etməyə hazırdırlar. Yataq utanmaq üçün yarıyan yer deyil və susaraq tərəf müqabilinizin sizi sözsüz anlamasını gözləmək doğru olmaz. Əgər seks zamanı kişinin etdiyi hansısa bir hərəkət sizin xoşunuza gəldisə, mütləq bunu ona deyin. Təkcə sizə deyil, sizin tərəf müqabilinizə də sizin bədəninizi tanımaq lazımdır.

7. Fantaziyalar qurun

Seks zamanı sizi həyəcanlandıran şeylər barəsində düşünün. Özünüzü və tərəf müqabilinizi gördüyünüz hansısa bir erotik filmdə və yaxud özünüzün qurduğunuz fantaziyalarınızda olduğu kimi təsəvvür edin. Siz öz fantaziyalarınızı tərəf müqabilinizlə bölüşə bilərsiniz və mümkündür ki, rolu oyunlardan istifadə edilsin.

8. Lubrikanlardan istifadə edin.

Təbii yağlamadan istifadə edilməsi  cinsi akt zamanı ağrılar və yanma yarada bilər. Əgər siz seks zamanı xoşagəlməz hisslər keçirirsinizsə, təbii sürtgüdən istifadə edin, onu da aptekdən ya da seks-şopdan almaq olar.

9. Güclü seksual həyəcanlanma vəziyyətindən orqazma keçməyi öyrənin

Əgər seks zamanı siz hiss edirsəniz ki, orqazm yaxınlaşır, növbə ilə çanaq dibi orqanlarını (Keqel hərəkətlərində olduğu kimi) qısaltmaq və sərbəstləşdirməyə başlayın. Adətən bu fənd orqazm mexanizmini “işə salmağa” kömək edir.

10. Eyakulyasiya hələ cinsi aktın sonu demək deyil

Kişinin eyakulyasiya mərhələsinə gəlib çatması şox vaxt qadının güclü seksual həyəcanla keçirməsi ilə eyni vaxta düşür. Belə cütlüklər üçün eyakulyasiya cinsi aktın sona çatmasına işarədir, lakin sizə orqazm keçirmə şansını əldə buraxmaq olmaz. Tərəf müqabilinizdən xahiş edin ki, sizin erogen zonalarınız stimullaşdırmaqda davam etsin, baxmayaraq ki, o artıq “işini başa vurub”. Bəzi qadınlar bunu xahiş etmək utanırlar, lakin kişilərin böyük əksəriyyəti belə bir təklifi sevinclə qəbul edirlər və öz qadınına həzz verməyə can atırlar. Eqoist görünməkdən və ya kişini yormaqdan qorxmayın. Əksinə, siz ona özünüzə həzz verməsi üçün şans verirsiniz. 

11. Seks zamanı ağrıların səbəbini aydınlaşdırın

Əgər seks zamanı ağrı hiss edirsinizsə, mütləq öz ginekoloqunuzla məsləhətləşin. Seks zamanı ağrılar normal olan şey deyil. Bu əlamət müxtəlif xəstəliklərin mövcud ola bilməsinə işarədir ki, onlar çətin ki, tibbi yardım olmadan öz-özünə keçib getsin.

Əgər heç nə kömək etmirsə ...

Orqazmın mövcud olmamasının səbibi sizin şüurunuzun dərinliklərində ola bilər. Bəzən belə problemlərindən öhdəsindən ancaq həkim-seksoloq və ya psixoterapevtə müraciət etməklə gələ bilərsiniz.