Yüklənir...
Cinsi yolla keçən xəstəliklər (CYKX)
CYKX çox vaxt simptomsuz və ya zəif ifadəli əlamətlərlə davam edir. Buna görə cinsi yolla keçən xəstəliyi olan xəstələr bunlara fikir vermir. Son zamanlar insanların əksəriyyətində immun sistemi pozulmuşdur. CYKX-yə yoluxduqda, zəifləmiş orqanizm infeksiyaya müqavimət göstərə bilmir. Bu arada cinsi yolla keçən infeksiya (CYKİ) başlanğıcdan xroniki xarakter alır və CYKX-in əlamətləri şübhəli olur və ya ümumiyyətlə simptomlar olmur. CYKX-n nəticələri çox ciddi olur.
Bunlara cinsi orqanların xroniki iltihab xəstəlikləri, sonsuzluq, hamiləlik və doğuş patologiyaları, dölün inkişafında qüsurlar aiddir. CYKX-n simptomu yarandıqda və ya müdafiə olunmamış cinsi aktdan sonra qadına ginekoloqun məsləhəti tələb olunur. Bu halda qadın ANONİM olaraq klinikaya müraciət edə bilər. Burada ilkin müayinədən sonra ginekoloq əlavə müayinələr, CYKİ-a görə analizlər, o cümlədən polimeraz zəncirvari reaksiyaya (PZR) görə analiz təyin edər. Laboratoriya müayinəsindən sonra ən qısa müddətdə ginekoloq diaqnoz qoyur və analizlərin nəticələrində CYKX aşkar olunarsa müalicə təyin edər.
CYKİ əlamətləri
Orqanizmdə CYKİ-nin yaranma əlamətlərinə aşağıdakılar aid edilə bilər:
- cinsi orqanlardan qeyri-adi ifrazatlar, qoxusuz və ya qoxulu
- tez-tez və ya ağrılı sidik ifrazı
- xoşagəlməz hisslər, qarnın aşağı hissəsində ağrı
- xarici cinsi orqanlarda qaşınma və yanğı
- cinsi akt zamanı ağrıların olması
- dəridə və ya selikli qişalarda qeyri-adi ləkələrin, qızartıların, xoraların, mikroçatların əmələ gəlməsi.
Özündə CYKX simptomlarını aşkar edən qadın vaxtında ginekoloqa müraciət etməlidir. Ginekoloq müalicə təyin edəcək və ciddi nəticələrin aradan qaldırılmasına köməklik göstərəcəkdir. Əksər hallarda onun partnyorunda CYKİ-nin olub-olmadığı məlum olmur. Buna görə də o da cinsi yolla keçən xəstəliklərin olub-olmadığına görə müayinədən keçməlidir.
CYKX-nin diaqnostikası
CYKX-ni yalnız simptomlara görə diaqnostika etmək olmaz. CYKX-i yalnız CYKİ-na görə analizlərin nəticələrinə, o cümlədən PZR-diaqnostikanın nəticələrinə görə müəyyən olunur.
CYKX-nin müalicəsi
CYKİ zamanı öz-özünə sağalma baş vermir. Bir müddət sonra CYKX-nin simptomlarının yox olması CYKİ-nin gizli formaya keçid etməsindən xəbər verir. Buna görə CYKİ nə qədər tez aşkar olunsa, cinsi yolla keçən infeksiyalardan da ağırlaşmadan bir o qədər tez sağalmaq olar. CYKX-i zamanı özbaşına müalicə yolverilməzdir – bu, infeksiyasının xroniki hal almasına gətirib çıxarır. CYKX-nin yalnız dərin diaqnostika əsasında aparılan mütəxəssis müalicəsi CYKİ-nin neqativ nəticələrini minimuma endirmək imkanı verir. CYKX-nə qarşı immunitet yaranmır. Buna görə CYKİ-dən hər riskli əlaqədən sonra müalicə almaq lazım gələcəkdir, özü də daha yaxşı olar ki, partnyorla birlikdə. Uğurun zəruri şərtlərindən biri partnyorların CYKX-dən eyni zamanda müalicə almasıdır. Əks təqdirdə təkrar yoluxma baş verəcəkdir.
CYKX-dən müalicədən sonra təkrar müayinədən keçməli və analizlər verməli, yoxlama PZR-diaqnostikadan keçilməlidir.
Paylaş: