Yüklənir...

TORCH-infeksiyalar

TORCH-infeksiyalar

TORCH-infeksiyalar

Hamiləlik planlaşdırıldığı andan sonra həkim-ginekoloq ilk olaraq TORCH-infeksiyalara görə analiz təyin edir. Geniş yayılmış yanlış fikrə görə, bu analizin cinsi yolla ötürülən infeksiyalara heç bir aidiyyatı yoxdur. TORCH-kompleksə daxil olan infeksiyalar ananın sağlamlığından çox, gələcək uşağın sağlamlığı üçün təhlükəlidir, çünki virusa ana bətnində yoluxa bilir. Bu isə onun inkişafında ciddi qüsurlara səbəb olur. Buna görə bu cür infeksiyaların olub-olmadığını və əvvəllər yoluxma olub-olmadığını müəyyən etmək lazımdır. 

 TORCH-kompleksə hansı infeksiyalar aiddir:

        (TORCH-kompleks öz adını aşağıdakı infeksiyaların baş hərflərindən götürmüşdür) 

            ToToxoplasma, RRubella–məxmərək, CCytomegalovirus, HHerpes simplex virus 

Herpes virusunun bir neçə tipi var. Hamiləliyə hazırlıq prosesində sadə I və II tip herpesə görə analiz keçirilir. Xlamidiyalar, düşünüldüyü kimi, TORCH-infeksiyalara aid deyil. Dölün ana bətnində yoluxmasına gətirib çıxaran digər infeksiyalarda olduğu kimi bunlara görə analizi də həkim ayrılıqda təyin edir. Bəzən belə infeksiyaların hamısı TORCH ixtisar olunmaqla O hərfinə (ingilis sözü other – digər) aid edilir.

Analiz necə verilir?

Analiz üçün qan venadan, acqarına verilir, sonuncu qida qəbulunda yağlı məhsulları istisna etmək məsləhətdir. Qanda infeksiyaya qarşı antitellər - immunoqlobulinlər (İg) müəyyən edilir . Onlar 5 sinfə bölünür, lakin TORCH-infeksiyaların diaqnostikası üçün onlardan ikisinə - IgM və IgG görə analiz təyin edilir. Bir çox laboratoriyalar bu analizləri kompleks şəkildə verməyi təklif edir, lakin immunoqlobulinləri seçərək də təyin etmək mümkündür. Antitellər həm keyfiyyət (analiz antitellərin olub-olmadığımı göstərəcək), həm də kəmiyyət (analiz titrləri – antitellərin miqdarını göstərəcəkdir) baxımından müəyyən edilə bilir. Əlbəttə ki, kəmiyyət analizi həkimə nəticələrin şərhi zamanı daha çox informasiya verəcəkdir. M (IgM) sinfindən olan immunoqlobulinlər yaxın günlərdə yoluxma və xəstəliyin kəskin dövründən xəbər verir. G (IgG) sinfindən olan immunoqlobulinlər orqanizmdə müəyyən müddətdən sonra yaranır və əvvəllər keçirilən xəstəlikdən xəbər verməklə infeksiyaya qarşı “immunitet”dir. Bəzən yoluxmanın vaxtını daha dəqiq bilmək lazım gəlir. Buna görə də IgG-n avidliyini müəyyən etmək üçün əlavə analiz təyin olunur. Bu analiz orqanizmin bu antitelləri nə vaxtdan hasil etməyə başladığını göstərir.

Nəticələrin şərhi

Nəticələr şərh edilərkən nəzərə almaq lazımdır ki, hamiləlik zamanı ananın TORCH-infeksiyalara ilkin yoluxması təhlükəlidir. Qadın orqanizmi xəstəliyin törədicisi ilə əvvələr də rastlaşmışdırsa, onda ilkin yoluxma artıq mümkün olmur. Buna görə analiz zamanı IgG aşkar edilib IgM aşkar edilməmişdirsə hamiləlik planlaşdırılması üçün ideal variantdır. Yəni orqanizm əvvəllər infeksiya ilə rastlaşmış və onda müdafiə antitelləri - immunitet formalaşmışdır. Hamiləlik zamanı ilkin yoluxma ana və gələcək uşağa təhdid etmir. Əgər qanda nə IgG, nə də IgM yoxdursa, onda infeksiya ilə hamiləlik dövründə rastlaşmaq təhlükəsi var. Vaxtaşırı antitellərin yaranmasına nəzarət etmək, hamiləliyin diaqnostikası zamanı isə mümkün qədər tez bir müddətdə təkrar analiz vermək tövsiyə olunur. IgM aşkar edilmişdirsə, orqanizmin yaxın vaxtlarda infeksiya agenti ilə rastlaşdığından, ilkin yoluxmadan (bəzi hallarda – infeksiyanın reaktivasiyasından) xəbər verir. Yoluxmanın müddəti haqqında IgG-in olmasına əsasən qərar vermək olar. Əgər IgG hələ yoxdursa, onda “görüş”dən az müddət keçmişdir. Toksoplazmoz, sitomeqaliya (sitomeqalovirusun törətdiyi xəstəlik), herpes simptomsuz və ya adi KRVİ simptomlarına bənzər cüzi simptomlarla cərəyan edə bilir. Buna görə də TORCH-infeksiyanın “kəskin” formasının olub-olmadığını qadın yalnız bu cür analizin nəticələrindən öyrənə bilər. Hamiləliyin planlaşdırılmasını yalnız sağaldıqdan sonra başlamaq olar.

Qanı nə vaxt və niyə verməli?

Planlaşdırmadan əvvəl:

Qadında məxmərəyə qarşı IgG antitelləri yoxdursa, onda xəstəliyə qarşı peyvənd olunmalıdır. Hamiləliyi immunizasiyadan 3 ay sonra planlaşdırmağa başlamaq olar. Digər TORCH-xəstəliklərə qarşı peyvənd yoxdur. Analiz xəstəliyin kəskin formasını aşkar etmişdirsə, onda planlaşdırmanı bir müddət təxirə salmaq lazımdır.

Hamiləlik dövründə

(qadın məsləhətxanasında qeydiyyata düşərkən)

Qan analizi TORCH-xəstəliklərə qarşı “immuniteti” aşkar etmişdirsə, hamilə qadın öz sağlamlığına diqqətlə yanaşmalıdır. Belə ki, qadında toksoplazmalara qarşı IgG antitelləri aşkar edilməmişdirsə, heyvanlarla kontaktlardan uzaq olmalı, çiy əti doğrayarkən, torpaqla iş görərkən təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır. G sinfindən olan immunoqlobulinlər olmadıqda ümumi tövsiyə bundan ibarətdir ki, mümkün qədər yoluxma ehtimalını artıran situasiyalardan və kontaktlardan uzaq olmaq lazımdır. IgM-in titrləri yüksək olduqda (yoluxmanın yaxın vaxtlarda baş verməsindən xəbər verir) və ya xəstəlik kəskin şəkildə cərəyan etdikdə, sonrakı müayinə və lazım gələrsə müalicə üçün həkimlə məsləhətləşmək lazımdır.