Yüklənir...
Hamiləlik zamanı cinsiyyət orqanlarının qaşınması
Qaşınma – əsəb sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq tələbatı ilə təzahür olunan narahatedici hissdir. Bu cür hisslərin əmələ gəlməsinin bir sıra səbəbi ola bilər, Bunun üçün müvafiq olaraq müxtəlif müalicə tələb olunur. Cinsiyyət orqanlarının qaşınması hamilə qadınlarda kifayət qədər tez-tez rast gəlinir və başlıca olaraq hormonal fon ilə əlaqəlidir. Güclü hormon dəyişiklikləri orqanizmin müdafiə qabiliyyətini azaldır, uşaqlıq yolunun mikroflorasında dəyişikliyə gətirib çıxarır və patogen mikroorqanizmlərin çoxalmasına kömək edir.
Hamiləlik zamanı qaşınmanın yaranma səbəbləri
Əksər hallarda qaşınma ayrıca patologiya deyil, hər hansı başqa bir xəstəliyin simptomudur. Qaşınmanın bütün yaranma səbəblərini dörd qrupa bölmək olar:
Birinci qrupa (ətraf mühitin təsiri) aiddir:
Daxili cinsiyyət orqanlarının patologiyası ilə bağlı səbəblər:
Qaşınma əmələ gətirə bilən digər daxili orqanların xəstəliklərinə aşağıdakıları aid edirlər:
Ruhi (psixiki) amillərə aşağıdakıları aid edirlər:
Qaşınma meydana gəldikdə diaqnostika
Cinsiyyət orqanlarının qaşınması meydana gəldikdə bu haqqda dərhal mama-ginekoloqa xəbər vermək lazımdır. Həkim qaşınmanın əmələ gəlmə səbəblərini müəyyən etmək üçün bir sıra diaqnostik müayinələr aparacaqdır:
Hamiləlik zamanı qaşınma əmələ gətirən xəstəlik simptomları
Qaşınmanın ən çox rast gəlinən yaranma simptomları yoluxucu xəstəliklərdir:
Çox vaxt hamilə qadınlarda cinsiyyət orqanlarının qaşınmasını parazitar xəstəliklər əmələ gətirir:
Qaşınmanın əmələ gəlməsi həmçinin uşaqlıq boynunun, uşaqlığın özünün və onun törəmələrinin (yumurtalıqların, uşaqlıq borularının) iltihabi xəstəlikləri üçün də xarakterikdir. Bu xəstəliklərə aşağıda göstərilənlər xasdır:
Çox vaxt cinsiyyət orqanlarının qaşınması şəkərli diabet olduqda əmələ gəlir. Bu xəstəlik qanda və sidikdə şəkərin səviyyəsinin kəskin şəkildə yüksəlməsi, güclü yanğı hissi, sidiyin daha tez-tez ifraz olunması ilə xarakterizə olunur. Qaşınmanın əmələ gəlməsi sidiyin tərkibində qlükozanın çoxalması ilə bağlıdır, intim gigiyena pozulduqda sidiyin qalıqları cinsiyyət orqanlarının üzərində qalır, dərini qıcıqlandırır və yandırma hissi yaradır.
Qaşınma həmçinin qaraciyər və öd yolları xəstəlikləri (əsasən hepatit zamanı) üçün də xarakterikdir. Bu patologiya sağ qabırğanın altında ağrıların olması, temperaturun yüksəlməsi, sidiyin tündləşməsi, nəcisin açıq rəng alması, dərinin sarımtıl rəngi ilə təzahür olunur. Qaşınmanın əmələ gəlməsi öd fermentlərinin həddindən artıq hasilatı ilə bağlıdır: dəridə yığılaraq onlar onun saralmasına və kəskin qaşınmasına səbəb olur.
Sidik yollarının xəstəlikləri zamanı qaşınma qıcıqlandırıcı təsirə malik olan sidik cövhərinin böyük miqdarda hasil olunması nəticəsində inkişaf edir. Bu patologiya növünə aşağıda göstərilənlər xasdır: sidiyin ifraz olunması zamanı ağrı, bel nahiyəsində və qarının aşağı hissəsində ağırlıq, poliuriya (sidik miqdarının coxalması) və ya əksinə, sidik ifrazının kəskin şəkildə yubanması.
Qalxanvari vəz xəstəlikləri (onun funksiyalarının zəifləməsi və ya güclənməsi) hormonal fonun əhəmiyyətli dərəcədə pozuntularına gətirib çıxarır. Hormonların səviyyəsində dəyişikliklər cinsiyyət orqanlarının selikli qişalarının sekresiyasına mənfi təsir göstərir, yandırma və qaşınma hissi əmələ gətirir.
Hamiləlik zamanı qaşınmanın müalicəsi
Müalicə, ilk növbədə qaşınmanı əmələ gətirən əsas patologiyanın aradan qaldırılmasına yönəldilməlidir. Unutmamaq lazımdır ki, hamiləlik zamanı əksər dərman preparatlarının qəbulu qadağandır. Heç bir halda özbaşına müalicə ilə məşğul olmaq olmaz, bununla ananın və uşağın sağlamlığına düzəldilməsi mümkün olmayan ziyan vurmaq olar. İstənilən dərman preparatlarının qəbulu yalnız həkimin konsultasiyasından sonra və onun göstərişi ilə başlamalıdır.
Qaşınmanın müvəqqəti aradan qaldırılması üçün aşağıdakı üsullardan istifadə etmək olar:
Diqqət! Bütün göstərilən üsullar yalnız müvəqqəti təsirə malikdir, əsas xəstəliyin müalicəsi olmadıqda qaşınma yenidən qayıdacaqdır.
Yaranmasının profilaktikası
Hamiləlik zamanı cinsiyyət orqanlarında qaşınmanın əmələ gəlməsinin qarşısını almaq üçün aşağıdakıları etmək tövsiyə olunur:
Paylaş: