Yüklənir...

Hamiləlikdən qorunma yolu - prezervativ (Kondom)

Hamiləlikdən qorunma yolu - prezervativ (Kondom)

Hamiləlikdən qorunma yolu - prezervativ (Kondom)

İstifadəsi asan, ucuz və etibarlı üsuldur. Cinsi əlaqə ərəfəsində doğru şəkildə və hər dəfə yeni birini istifadə edilməsi şərtilə qoruyuculuğu 96-97% səviyyəsindədir. Qoruyuculuğu prezervativ keyfiyyətindən də asılıdır. Üzərində istehsal və son istifadə tarixi olan və içərisində spermisit (sperma öldürücü) maddə saxlayan prezervativlərə üstünlük verilməlidir.

Uc hissəsində spermanın yığılıb qalması üçün bir boşluq qoyulmalı və hər əlaqədən sonra deşik olub-olmadığına nəzarət edilməlidir. Əgər yırtıq olduğundan şübhə edilərsə, dərhal həkimə müraciət edilməlidir. Düzgün istifadə edilməməsi zamanı cırıla və ya ağrıya səbəb ola bilər. Prezervativ vaselin ya da masaj yağı kimi yağ maddələrlə istifadə edilməməlidir. Bəzi insanların lateksə allergiyası ola bilər. Ən böyük üstünlüyü, nizamsız cinsi həyatı olan cütlüklər üçün ən uyğun qorunma üsuludur.