Yüklənir...

Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?

Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?

Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?

Aşağıda təqdim olunmuş bir sıra hallarda uşaqlıq daxili spiralın yerləşdirilməsi arzuolunmaz hamiləlikdən qorunma baxımından ən optimal qərardır.

Abortdan sonra

Uşaqlıq daxili spiral abortdan dərhal sonra yerləşdirilə bilər. Bu halda o qadını arzuolunmaz hamiləlikdən növbəti bir neçə il ərzində etibarlı şəkildə qoruyacaqdır. Qorunma və abortla bağlı sonrakı problemlərin qarşısını almaq niyyətində olan xanımlar abortun keçirilməsindən öncə mütləq həkimdən spiralın yerləşdirilməsinin mümkünlüyünü dəqiqləşdirməlidirlər. Həkim spiralı ya abortdan dərhal sonra və yaxud bir neçə həftə sonra yerləşdirə bilər.

 Doğumdan sonra və döşlə yedizdirmə dövründə spiralın yerləşdirilməsi

Uşaqlıq daxili spiral doğumdan təxminən 6 həftə sonra yerləşdirilə bilər. Tərkibində yalnız progestinlər (mini-pili) olan hamiləliyin qarşısını alan tabletlərlə yanaşı, uşaqlıq daxili spiral döşlə əmizdirən qadınlar üçün optimal qorunma üsuludur. Mini-pilidən (Oral kontraseptivlər məqaləsinə baxın) fərqli olaraq hormonsuz uşaqlıq daxili spiraldan daha uzun müddət istifadə oluna bilər və o qadının orqanizminə heç bir ümumi təsir göstərmir.

Uşaqlıq daxili spiral təkrar hamiləliyin (yenidən hamilə qalmaq ehtimalı doğumdan artıq bir neçə ay sonra mümkündür) baş verməsindən etibarlı şəkildə qoruyur bu isə qadın orqanizminin doğumdan sonra adekvat bərpası üçün çox vacibdir.

35 yaşdan yuxarı qadınlarda və ya oral kontraseptivlərin istifadəsi üçün əks-göstərişlər olduqda

Yuxarıda deyildiyi kimi uşaqlıq daxili spirallar hamiləliyin qarşısını alan tabletlərdən daha effektiv və etibarlıdır. Bundan başqa spiralların orqanizmə praktiki olaraq heç bir ümumi “hormonal” təsir göstərmədiyinə görə onlar kontraseptivlərin qadağan olunduğu hallarda da istifadə oluna bilər, daha dəqiq desək aşağıdakı hallarda:

  • 35 yaşdan yuxarı qadınlara;
  • Siqaret çəkən qadınlara;
  • Hipertoniya, diabet, piylər mübadiləsinin pozğunluğundan əziyyət çəkən qadınlara;
  • Süd vəzi, uşaqlıq və ya uşaqlıq boynu şişlərinin inkişaf etmə riski olan qadınlara.