Hamiləlik əleyhinə- Ertəsi gün həbləri

Bir hamilə qalmamaq üsulu deyil. Müdafiəsiz cinsi əlaqədə olduqdan sonra və ya istifadə edilən qorunma yolunun uğursuz olma ehtimalına qarşı (prezervativin yırtılması, deşilməsi, yerindən çıxması kimi) yarana biləcək mümkün hamiləliyin qarşısının alınmasında tətbiq olunur. Bir başqa istifadə sahəsi də təcavüz hallarında qadının hamilə qalmasının qarşısının alınmasıdır.

                                                  Tərkibi, istifadəsi zamanı və təsiri
Müdafiəsiz cinsi əlaqədən sonra ilk 72 saat ərzində yüksək doza estrogen və progesteron hormonu olan həb ağız yolu ilə alınır. Bu həblər uşaqlığın iç toxumasının formasını pozaraq mayalanmış yumurtanın uşaqlıq içərisinə yerləşməsinə mane olur. 12 saat içində doza təkrarlanır, əgər menstruasiyada gecikməsi olarsa hamiləlik araşdırılmalıdır.
Apteklərdə müxtəlif adlarda reseptsiz olaraq satılır. Qoruyuculuq faizi ilk 24 saat ərzində alınarsa 95%, ikinci gün 85%, üçüncü gün 58%-dir.

                                                             Əlavə təsirləri
Ürək bulanma, qusma, döşdə həssaslıq, baş ağrısı, qarın ağrısı və ləkələnmə tərzində qanaxma kimi yan təsirlər görülə bilər.

                                                                Diqqət!
Ertəsi gün həbləri ancaq xüsusi hallarda tətbiq edilməsi lazım olan bir üsuldur və vərdiş halına gətirilməməlidir. Tərkibində yüksək doza estrogen olduğu üçün doğum idarə həbi istifadə etməsi sağlamlıq üçün təhlükəli olan insanlarda təhlükəli ola bilər. Bundan başqa, qoruyucu qabiliyyətinin 100% olmadığını bilmək lazımdır.

Yaranmış bir hamiləlik üzərində təsiri yoxdur, yəni uşaq salmağa səbəb olmur.

 

Hamiləlik əleyhinə üsullarda tez-tez soruşulan suallara cavab
Hamiləlikdən qorunma- Spermisidlər
Hamiləlik əleyhinə- qoruyucu aylıq iynələr
Hamiləlikdən qorunma yolu- Prezervativ (Kondom)
Uşaqlıq daxili spiralın çıxarılması
Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra
Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?
Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri
Uşaqlıq daxili spiralın müsbət və mənfi cəhətləri.
Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur?
Qadın prezervativi nədir?
Hamiləlikdən qorunma yolu- qoruyucu çubuklar (İmplant-İmplanon)
Hamiləlik əleyhinə- Doğum nəzarət lenti (PATCH)
Təqvim üsulu ilə hamiləlikdən qorunma
Hamiləlik qorunma usulu- Diafraqma
Hamiləlik əleyhinə- Kontraseptiv həblər