Təqvim üsulu ilə hamiləlikdən qorunma


Təqvim üsulu nədir, necə hesablanır?

 Təbii ailə planlaşdırması olaraq da adlandırılan bu üsul, qadının menstruasiya  dövründə hamilə olmağın ən məhsuldar olduğu günlərdə cinsi əlaqənin  olmamasıdır . Bu üsul çox köhnə illərdən bəri istifadə edilir. Günümüzdə müasir hamiləlik əleyhinə nəzarət üsulları arasında çox üstünlük verilən üsul olmasa da, hamilə qalma faizində müvəffəqiyyət nisbəti digər üsullara nisbətən aşağı olsa da, hələ də seçim edilir.

  Menstruasiya dövriyyəsi nədir?

   Menstruasiya dövriyyəsi, bir qadının menstruasiya gördüyü ilk gün ilə bir sonrakı menstruasiya gördüyü ilk gün arasında keçən müddətdir. Qadınlarda bu müddət ümumiyyətlə ortalama olaraq 28 gündür. Ancaq 21 gün ilə 35gün arasında menstruasiya (aybaşı) dövriyyələrinə də rast gəlinir. Menstruasiya dövriyyəsi boyu qadının ən məhsuldar olduğu günlər, ovulyasiyanın olduğu günlərdir.

  Təqvim üsulunda hesablama necə edilir?

Hesablamağı 2 nümunə verərək açıqlayaq:

Qadının menstruasiya (aybaşı) dövriyyəsi 28 gündə bir isə; 28-dən 14 çıxararaq ovulyasiyanın olduğu gün 14 olur.

  Əgər qadının menstruasiya (aybaşı) dövriyyəsi 30 gün isə, bu dəfə 30-dan 14 çıxarılaraq 16 olur. Bu qadının ovulyasiya (yumurta hüceyrənin yaranması) tarixi menstruasiyanın ilk günündən başlayaraq 16-cu gündür.

  Təqvim üsulu- Ovulyasiya günlərindən 4-5 gün əvvəli ilə 2-3 gün sonrakı dövrdə cinsi əlaqədə olmamaq deməkdir. Yəni qadın ümumi olaraq 8 gün cinsi əlaqəyə girməməlidir.

   Təqvim üsulunun üstünlükləri nələrdir?

  Bu üsul ən ucuz və əlverişli yol kimi görünür. Orqanizmə təbii olmayan heç bir maddə işə düşmədiyindən,orqanizm bunların yan təsirlərinə də məruz qalmır.

  Təqvim üsulunun çatışmazlıqları nələrdir?

  Hesab səhvi: Üsulun ən böyük çatışmazlığı hesablamada ediləcək səhvlərin hamiləliyə səbəb olmasıdır.

 Menstruasiya nizamsızlığı: Hesab səhvlərinin yanaşı, qadınların menstruasiya dövriyyəsindəki nizamsızlıqlar də, üsulun müvəffəqiyyət faizini aşağı salır. Məsələn; Uzun menstruasiya dövriyyəsinə görə edilən hesab, o ay müxtəlif səbəblərlə qadının menstruasiya dövriyyəsi qısalacaq olsa, səhv günlərə təsadüf edəcəkdir. Bunu əksi də ola bilər. Bu kimi hallarda, təqvim hesabı edilərsə üsul uğursuz olacaq.

  Cinsi əlaqədən uzun müddət uzaq qalma: Üsula görə cinsi əlaqədə olmama lazım olan hesabla 1 həftəlik müddət bəzi cütlər tərəfindən uzun ola bilər.

  Təqvim üsulunun müvəffəqiyyət nisbəti nədir?

  Üsulun uğur nisbəti 70-75% arasındadır. Bu faiz əslində yetərli bir nisbət deyil.

  Təqvim üsulunun uğur şansını artırmaq üçün nələr edilə bilər?

  Hamiləlik baxımından riskli hesab edilən günlərdə digər doğum nəzarət üsullarından birini istifadə etmək, həm cinsi əlaqədən uzun müddət uzaq qalmağı engelleye bilərsiniz, həm də üsulun etibarlılığını artıra biləsiznizr.

  Sizin üçün ən təhlükəsiz hamiləlik əleyhinə üsulunu müəyyənləşdirmək üçün  həkimə müraciət edin.

Hamiləlik əleyhinə üsullarda tez-tez soruşulan suallara cavab
Hamiləlikdən qorunma- Spermisidlər
Hamiləlik əleyhinə- qoruyucu aylıq iynələr
Hamiləlikdən qorunma yolu- Prezervativ (Kondom)
Uşaqlıq daxili spiralın çıxarılması
Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra
Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?
Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri
Uşaqlıq daxili spiralın müsbət və mənfi cəhətləri.
Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur?
Qadın prezervativi nədir?
Hamiləlikdən qorunma yolu- qoruyucu çubuklar (İmplant-İmplanon)
Hamiləlik əleyhinə- Doğum nəzarət lenti (PATCH)
Hamiləlik əleyhinə- Ertəsi gün həbləri
Hamiləlik qorunma usulu- Diafraqma
Hamiləlik əleyhinə- Kontraseptiv həblər