Yüklənir...
Hamiləlikdən qorunma usulu - Diafraqma
Hamiləlikdən qorunma usullarından biri olan-diafraqma nazik rezin olub, uşaqlıq ağzını örtən gümbəz şəklində bir maddədir. Kişi toxum hüceyrələrinin, yəni spermanın uşaqlıq yolundan uşaqlığa keçməsini mane olur. Düzgün istifadə edildikdə təsiri olduqca çoxdur. Xüsusilə də xanımlar arasında yayılmış eyni zamanda təsirli bir nəticə verən hamilə olmanı əngəlləyən bir üsuldur. Arzuolunmaz zaman hamiləlik riskini azaltmaq üçün diafraqma üsulunu tətbiq edəbilərsiniz.
Diafraqma hamiləlikdən qorunma usulunun tətbiq etməsi
Diafraqma vaginaya yerləşdirildikdə, bir dairə şəklini alır və serviksin (uşaqlıq boynunun bir başqa adıdır, uşaqlığa uşaqlıq yolunun açıldığı yerdir, güclü əzələdir.) Serviksin girişini bağlayacaq şəkildə yerləşdirərək tətbiq olunur. Tətbiq edilən gel və ya krem ilə birlikdə istifadə edərək hamiləliyin baş vermə riskini azaltmış olarsınız, spermisit maddə isə diafraqma tərəfindən fiziki olaraq mane ola bilmədiyi spermaları öldürməyə yardımçı olur.
Servikal başlıq forma olaraq diafraqma şəklindədir, sadəcə, ondan bir az daha itidir. Serviksin girişi "örtüldüyü" üçün hamiləliyə mane olur. Hər zaman birlikdə istifadə edilməsi lazım olan isə, spermisid geldir. Bu gel spermanı öldürür və hərəkət etməsinə mane olur. Serviksiniz üçün uyğun ölçüdə olub-olmadığını anlamaq üçün ilk dəfə istifadə edəcəyinizdə həkim və ya tibb bacısından yardım almağınızda fayda vardır. Diafraqma cinsi əlaqədən ən az altı saat əvvəl yerləşdirməli və cinsi əlaqədən ən tez 6 saat ən gec 24 saat ərzində çıxarılmalıdır. Diafraqmanın 85% kimi yüksək qoruma xüsusiyyəti var.
Cinsi əlaqədə olduğunuz hər dəfəsində istifadə edilməlidir. Diafraqma əlaqə zamanı yerindən çıxa, oynaya bilər, yerinə təkrar yerləşdirməsi ilk əvvəl mürəkkəb gələ bilər, buna görə hər cinsi əlaqədən əvvəl spermisidin yenilənib nəzarət edilməsi lazımdır, cinsi əlaqə zamanı keçən xəstəliklərə qarşı qoruyucu xüsusiyyəti yoxdur.
Bəzi qadınlar diafraqmaya və gelə qarşı allergiyası ola bilər. Bu səbəbdən çox üstünlük verilən bir üsul olmaya bilər.
Müsbət tərəfləri:
* Qadın öz başına yerləşdirə bilər
* Cinsi yolla bulaşan xəstəliklərin yoluxmasını az da olsa mane olur
* Kişi sperma hüceyrələrini öldürən gel ilə birlikdə istifadə edildikdə, həm hamiləliyə mane olur, həm də cinsi yolla yoluxan infeksiyaların yoluxmasını mane olma faizini artırır.
Mənfi cəhətləri:
* Hamiləliyi önləyici digər üsullar qədər təsirli deyil.
* Cinsi əlaqə zamanı tərpəndiyi üçün əlaqədə çətinliyə səbəb ola bilər.
* Hamiləliyə mane olması üçün əlaqədən ən az 6 saat əvvəldən uşaqlıq ağzında qalması lazımdır.
* Qadının kilo alması ya da sürətli kilo verməsi, uşaqlıqdan əməliyyat olması kimi hallarda mütləq təkrar ölçüsü alınıb yeni diafraqma alınması lazımdır.
* Ölkəmizdə çox olmadığı üçün bahalı olur.
İstifadə edilməməsi lazım olan hallar
* Uşaqlığı geriyə doğru olanlar, sidik kisəsinin və uşaqlığı aşağı düşmüş qadınlarda, tez-tez sidik yolu infeksiya keçirən qadınlara uyğun deyil.
* Kişidə və qadında nadir hallarda olsa da, allergiya edə bilər. Allergiya yanma, qızartı, qaşınma kimi əlamətlər ortaya çıxır.
* Diafraqma ilə hamiləlikdən qorunma əslində sağlamlıq baxımından çox tövsiyə edilən bir üsul deyil. Amma istifadə edilməsi ilk başda bir az zəhmət alsa da qadın və kişiyə rahatlıq gətirə bilər. İstifadə etdikdən sonra yumaq lazımdır ki, infeksiya riskini azaltmış olsun.
Paylaş: