Yüklənir...
Hamiləlikdən qorunma yolu - qoruyucu çubuqlar (İmplant-İmplanon)
Hamiləliyin qarşısını almaqda çox təsirli bir üsuldur, qoruyuculuq faizi 99.3 %-dir. Uğursuzluq faizi 1% altındadır. Asan, rahat, təsiri son dərəcə yüksək, uzun müddətli, etibarlı, hər gün alınması və ya xatırlanması lazım olmadığı, istənilən anda geri dönən, əmizdirən qadınların da istifadə edə biləcəyi, cinsi həyata təsir etməyən bir üsuldur.
Ancaq implant yumurta hüceyrənin əmələ gəlməsinə mane olduğu üçün qadının menstruasiya düzəni dəyişə, menstruasiya zamanı qanın ifrazını azalda, hətta heç menstruasiya göstərməyə bilər. Menstruasiya görülməməsi hamiləlik qorxusuna səbəb olmamalıdır. İstifadə etməyi düşünən qadınların menstruasiyasında mümkün dəyişiklikləri də qəbul etməsi lazımdır. Bundan əlavə baş ağrısı, kilo dəyişikliyi, döşlərdə həssaslıq görülə bilər.
Kimlər istifadə edə bilər?
* Əmizdirən qadınlar
* Uzun müddətli və istənilən zaman geri dönən bir üsul istəyənlər
* Uzunmüddətli qanaxma səbəbilə spiral istifadə edə bilməyənlər
* Hər gün dərman almaq istəməyənlər və ya unudanlar,
* Estrogen istifadə etməsi təhlükəli olanlar
Kimlər üçün təhlükəlidir?
* Hamilə və ya hamiləlik şübhəsi olanlar
* Fəal qaraciyər xəstəliyi olanlar, qaraciyər şişi olanlar
* Diaqnozu qoyulmamış vaginal qanaxması olanlar
* Sintetik progesteron istifadə edə bilməyənlər
* İmplantasiya olun komponentlərinə allergiyası olanlar
* Döş xərçəngi və ya şübhəsi olanlar
Paylaş: