Yüklənir...

Təqvim üsulu ilə hamiləlikdən qorunma

Təqvim üsulu ilə hamiləlikdən qorunma

Təqvim üsulu nədir, necə hesablanır?

Təbii ailə planlaşdırması adlandırılan bu üsul, qadının menstruasiya dövründə hamilə olmağın ən məhsuldar olduğu günlərdə cinsi əlaqənin olmamasıdır. Bu üsul çox köhnə illərdən bəri istifadə edilir. Günümüzdə müasir hamiləlik əleyhinə nəzarət üsulları arasında çox üstünlük verilən üsul olmasa da, hamilə qalma faizində müvəffəqiyyət nisbəti digər üsullara nisbətən aşağı olsa da, hələ də istifadə edilir.

  Menstruasiya dövrü nədir?

Menstruasiya dövrü, bir qadının menstruasiya gördüyü ilk gün ilə bir sonrakı menstruasiya gördüyü ilk gün arasında keçən müddətdir. Qadınlarda bu müddət ortalama olaraq 28 gündür. Ancaq 21-35 gün arasında menstruasiya (aybaşı) dövrünə də rast gəlinir. Menstruasiya dövrü boyu qadının ən məhsuldar olduğu günlər, ovulyasiyanın olduğu günlərdir.

  Təqvim üsulunda hesablama necə edilir?

Hesablama üçün 2 nümunə göstərək:

Qadının menstruasiya (aybaşı) tsikli 28 gündürsə; 28-dən 14 çıxararaq ovulyasiyanın olduğu gün 14 olur.

Əgər qadının menstruasiya (aybaşı) tsikli 30 gündürsə, bu dəfə 30-dan 14 çıxarılaraq 16 olur. Bu qadının ovulyasiya (yumurta hüceyrənin yaranması) tarixi menstruasiyanın ilk günündən başlayaraq 16-cu gündür.

Təqvim üsulu - Ovulyasiya günlərindən 4-5 gün əvvəli ilə 2-3 gün sonrakı dövrdə cinsi əlaqədə olmamaq deməkdir. Yəni qadın ümumi olaraq 8 gün cinsi əlaqəyə girməməlidir.

  Təqvim üsulunun üstünlükləri nələrdir?

Bu üsul ən ucuz və əlverişli yol kimi görünür. Orqanizmə təbii olmayan heç bir maddə düşmədiyindən, orqanizm bunların yan təsirlərinə də məruz qalmır.

  Təqvim üsulunun çatışmazlıqları nələrdir?

Hesab səhvi: Üsulun ən böyük çatışmazlığı hesablamada ediləcək səhvlərin hamiləliyə səbəb olmasıdır.

Menstruasiya nizamsızlığı: Hesab səhvlərinin yanaşı, qadınların menstruasiya tsiklindəki nizamsızlıqlar da, üsulun müvəffəqiyyət faizini aşağı salır. Məsələn; Uzun menstruasiya tsiklinə görə edilən hesab, o ay müxtəlif səbəblərlə qadının menstruasiya tsikli qısalacaq olsa, səhv günlərə təsadüf edəcəkdir. Bunun əksi də ola bilər. Bu kimi hallarda, təqvim hesabı edilərsə üsul uğursuz olacaq.

Cinsi əlaqədən uzun müddət uzaq qalma: Üsula görə 1 həftə cinsi əlaqədə olmama bəzi cütlüklər üçün uzun ola bilər.

Təqvim üsulunun müvəffəqiyyət nisbəti nədir?

  Üsulun uğur nisbəti 70-75% arasındadır. Bu faiz əslində yetərli bir nisbət deyil.

  Təqvim üsulunun uğur şansını artırmaq üçün nələr edilə bilər?

Hamiləlik baxımından riskli hesab edilən günlərdə digər doğum nəzarət üsullarından birini istifadə etmək, həm cinsi əlaqədən uzun müddət uzaq qalmağı əngəlləyə bilərsiniz, həm də üsulun etibarlılığını artıra biləsiniz.