Yüklənir...
Hamiləlik əleyhinə üsul - Uşaqlıq borularının bağlanılması
Uşaqlıq (ya Fallop) borusunun bağlanılması - qadın orqanizmində silindrəbənzər uzun boru şəklində cüt üzvlərdən olan, yumurta hüceyrə daşıyan və qadında iki tərəfdə yerləşən, sperma və yumurta hüceyrəsinin birləşdiyi yerin, yəni uşaqlıq borularının bağlanmasıdır. Uşaqlıq borusunun bağlanılması cərrahi bir prosesdir və geri dönüşü çox çətindir. Uşaqlıq borusu bağlanan qadınlar, artıq təbii yolla hamilə qala bilmirlər. Uşaqlıq borusunun bağlanması, yumurtalıqdan atılan yumurta hüceyrəsinin uşaqlıq borusundan keçməsini və uşaqlığa çatmasına mane olaraq hamiləlikdən qoruyur.
Uşaqlıq borusunun bağlanılmasından sonra cinsi həyat əvvəlki kimi davam edir. Menstruasiyanın gedişinə və bədən quruluşu hər hansı bir şəkildə bununla əlaqədar dəyişilmir.
Uşaqlıq borusunun bağlanılması prosesi qadın çoxalma orqanlarına hər hansı bir zərəri yoxdur. Amma bu proses əməliyyatla həyata keçirildiyi üçün əməliyyata dair riskləri var. Olduqca asan və qısa müddətdə tamamlanan bir prosesdir. Anesteziyadan asılı olaraq kiçik riskləri var.
Uşaqlıq borusunun bağlanmasının üstünlükləri nələrdir?
→ Hamiləlikdən qoruma faizi olduqca yüksəkdir. Hamilə qalma riski yox deyiləcək qədər azdır.
→ Olduqca asan bir əməliyyatda, ömür boyu qoruma təmin edir.
→ Ana südünün miqdarına və keyfiyyətinə təsir etməz.
→ Cinsi münasibətdə hər hansı bir problemə yol açmır.
Uşaqlıq borusunun bağlanmasının çatışmazlıqları nələrdir?
→ Uşaqlıq borusunun bağlanması uzunmüddətli bir prosesdir. Geri dönüşü olduqca çətin və məşəqqətlidir.
→ Üsulun tətbiqi üçün bu əməliyyatı yaxşı bilən ginekoloq cərrah və əməliyyat şəraiti lazımdır.
→ Cinsi xəstəliklərə qarşı qoruyuculuğu yoxdur.
Uşaqlıq borusunun bağlanılması kimlər üçün uyğundur?
→ Uşaqlıq borusunun bağlanılması haqqında yetərli məlumata malik olan və buna əmin olan cütlər.
→ Bir daha, ya da heç uşaq sahibi olmaq istəməyən cütlüklər.
→ Uşaq sahibi olması təhlükəli olanlar şəxslər
Uşaqlıq borusunun bağlanılması kimlər üçün uyğun deyil?
→ Uşaq istəyib istəmədiyi məsələsində qərarsız olan şəxslər,
→ Xanımı gələcəkdə uşaq istəyən adamlar,
→ Təzyiq altında qərar vermiş olan şəxslər üçün uyğun bir üsul deyil.
Necə həyata keçirilir?
Uşaqlıq borusunun bağlanılma prosesində ilk olaraq qəti qərar üçün məsləhət almaq olduqca əhəmiyyətlidir. Bu sayədə şüurlu qərar veriləcək. Cütlərdən ikisinin də imzası alınır. Əgər qadın və ya kişi imzalı razılıq verməmişsə, uşaqlıq borusunun bağlanılma əməliyyatı olunmaz.
→ Göbək altından kiçik bir kəsik aparılaraq əməliyyat başlayır. Ümumi anesteziya altında həyata keçirilir.
→ Kəsik aparıldıqdan sonra qarında Uşaqlıq borusu tapılaraq bağlanılır və kəsilərək örtülür.
→ Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac yoxdur, ancaq anesteziyadan sonra xəstənin vəziyyətinə görə bir gün qalmaq lazımdır.
→ Uşaqlıq borusunun bağlanılmasından sonra əməliyyat yerində ağrılar meydana gələ bilər.
→ Qadının hamilə olmamasına əmin olduqdan sonrakı dövrdə edilə bilər.
Həkimə müraciət edilməsi lazım olan hallar:
→ Uşaqlıq borusunun bağlanılması əməliyyatı olunan xəstələrdə, əməliyyatdan sonrakı günlərdə həddindən artıq ağrı, temperatur və ya qanaxma olarsa, vaxt itirmədən mütəxəssisə müraciət edilməlidir.
→ Müxtəlif vəziyyətlərdə yumurtalıq kanallarında avtomatik açılma görülə bilər. Olduqca nadir hal olsa da, menstruasiya gecikməsində mütləq mütəxəssisə müraciət edilməlidir.
Uşaqlıq borusunun bağlandığı halda hamiləlik əmələ gəlmə riski varmı?
Hamiləlik əleyhinə üsulların heç bir zaman yüzdə yüz hamiləlikdən qorunma zəmanəti verə bilməz. Ancaq uşaqlıq borusunun bağlanılması hamiləlikdən qorunma faizi ən yüksək olan üsullardan biridir. Amma buna baxmayaraq, qadın tədbirli olmalı və menstruaiya gecikməsində mütləq bir mütəxəssislə məsləhətləşmək lazım olduğunu unudulmamalıdır. Uşaqlıq borusunun bağlanılması əməliyyatından sonra cütlüyün hamilə qalma ehtimalı yox deyiləcək qədər azdır. Uşaqlıq borusunun açma əməliyyatları olduqca çətin və uğur şansı olduqca aşağı proseslərdir. Uşaqlıq borusu açıldıqdan sonra da uşaq sahibi olma şansı, ən uğurlu cərrahiyyə əməliyyatlarında yalnız 50%-dir. Buna görə uşaqlıq borusunun bağlanmasına yol vermə əməliyyatları artıq qətiyyən uşaq istəməyən ailələrə təklif edilir.
Uşaqlıq borusunun bağlanılması əməliyyatı etdirən qadınlar uşaq sahibi ola bilərmi?
Uşaqlıq borusu bağlandıqdan sonra cütlüyün təbii yollarla uşaq sahibi olma şansı yoxdur. Bu cütlər, yalnız süni mayalanma üsulu ilə uşaq sahibi ola biləcəklərini bilməlidirlər. Uşaqlıq borusunun açılması əməliyyatları olduqca çətin və uğur şansı aşağı əməliyyatlardır.
Uşaqlıq borusunun bağlanması qadının cinsi həyatına təsir edirmi?
Uşaqlıq borusunun bağlanması qadının cinsi həyatını hər hansı bir şəkildə təsir etmir. Hormonal olaraq da cinsi istəyini aşağı salmır.
Paylaş: