Yüklənir...

Hamiləlikdən qorunma - Spermisidlər

Hamiləlikdən qorunma - Spermisidlər

Hamiləlikdən qorunma - Spermisidlər

Spermisid spermaları öldürmək üçün istifadə edilən qorunma üsullarından biridir. Spermisid reseptsiz satılır və şam, gel, köpük kimi müxtəlif növləri vardır. Spermisid cinsi əlaqə zamanı uşaqlıq yolunun içinə tətbiq edilir, hüceyrələrin uşaqlıq içərisinə çatmasını mane olur. Bu qorunma üsulu cinsi əlaqə ilə keçən xəstəliklərdən qorumanqda o qədər də təsirli deyil. Bu səbəb prezervativ kimi digər qorunma üsulları ilə birlikdə istifadə edilməsi təklif edilir.

Spermisidin üstünlükləri

  • Tək başına istifadə edildikdə olduqca təsirlidir. Qadınlar partnyorlarından gözləməyə ehtiyac olmadan təkbaşına istifadə edə bilərlər. 
  • Əlaqədən əvvəl tətbiq etdiyi üçün əlaqə anında motivasiya pozacaq heç bir vəziyyət yaratmaz.
  • Amma ən çox 1 saat əvvəl çəkilməlidir. Uşaqlıq yolunun daha sürüşkən olmasını təmin edir.
  • Uşaq əmizdirən qadınlar da rahatlıqla istifadə edə bilərlər. 
  • Hormonlara zərər verən digər hamiləlik əleyhinə olan üsullar kimi zərərləri yoxdur.
  • Həkimə getməyiniz lazım deyil.
  • Apteklərdən reseptsiz əldə edə bilərsiniz.

 Spermisidin  çatışmazlıqları

  • HİV və QİÇS virusu ehtimalı olan hallarda qətiyyən istifadə edilməməlidir. Çünki qorumaqda qismən təsirlidir, yəni tamamilə təsirli deyil. Qoruma xüsusiyyəti digər qorunma üsullarına baxaraq yox deyiləcək qədər azdır.
  • Əvvəlcədən istifadə edilməzsə cinsi əlaqədə fasiləyə səbəb ola bilər. 
  • İstifadə edərkən barmağı uşaqlıq yolunun iç hissəsinə salmaq lazımdır. Qeyd edək ki, isti havalarda tətbiq olunduğu təqdirdə əriyə bilər.
  • Qadınların sidik yolları infeksiya düşməsinə səbəb ola bilər.
  • Qaşınma, yanma məlum olan ən çox rast gəlinən fəsadlarındandır.


Spermisidlər kimlər üçün uyğundur

  • Hər yaş qrupu üçün uyğundur, lakin 18 yaşdan kiçik və hamiləlik düşünən yaşı 30 yaşdan az olan qadınların istifadə etməsi məsləhət görülmür.
  • Kimyəvi maddələrə allergiyası olan şəxslər, cinsi əlaqə bitdikdən sonra uşaqlıq yolunu yuyan qadınlar və uşaqlığın ağız hissəsində toxuma pozğunluğu problemi olan qadınlar qətiyyən istifadə etməməlidir.

İstifadə qaydası

  • Spermisid istifadə edilməyə başlamazdan əvvəl üzərində olan istifadə etmək göstərişinin ən incə detallarına qədər oxunması lazımdır.
  • Spermisid cinsi əlaqədən təxminən 25 dəqiqə (ən çox bir saat) əvvəl istifadə edilməlidir. Bir saatı ötməməlidir. Sperma ən çox bir saat fəal qala bilər.
  • Bir saat sonra cinsi əlaqə davam edirsə və ya yenidən başlayacaqsa təkrar istifadə edilməlidir.
  • Cinsi əlaqə bitdikdən sonra ən azı 5 saat yuyunulmamalıdır. Yuyunma spermisidin təsirini azaldacaq, hətta məhv edəcəkdir.
  • Spermisit istifadə edilmədən əvvəl gigiyenaya çox diqqət edilməlidir. Əllər yaxşı sabunla yuyulmalı daha sonra istifadə edilməlidir. Bərkitmə əməliyyatı quru əllə aparılmalıdır.
  • Yeni əlaqələr üçün yeni spermisidlər istifadə edilməlidir.