
Yüklənir...
Spiralın çıxarılması qadının istəyi ilə istənilən zaman mümkündür. Spiralın çıxarılmasından öncə həkim sizə ümumi ginekoloji baxışın və rutin ginekoloji müayinələrin (mikrofloraya və sitologiyaya yaxma nümunəsinin götürülməsinin) keçirilməsini tövsiyə edə bilər.
Uşaqlıq boşluğundan spiralı çıxartmaq üçün həkim sıxacla onun bığcıqlarının uclarından ehtiyatla tutur və spiralı müəyyən bucaq altında dartıb çıxarır. Yalnız nadir hallarda uşaqlıq daxili spiralın çıxarılması üçün uşaqlıq boynunun ağrıkəsici və ya xüsusi əməliyyatla genişləndirilməsi tələb oluna bilər.
Spiral çıxarıldıqdan sonra bir neçə gün ərzində keçib gedən və heç bir xüsusi müalicə tələb etməyən qarında küt sızıldayan ağrılar, güclü olmayan qanaxmalar və ya uşaqlıq yolundan yaxılan qanlı ifrazatlar müşahidə oluna bilər.
Spiral çıxarıldıqdan sonra 4-5 gün ərzində aşağıdakıları etmək olmaz:
|
Spiral çıxarıldıqdan sonra növbəti aybaşılar vaxtında və ya bir neçə günlük gecikmə ilə başlaya bilər.
Əgər siz hormonal spiraldan istifadə etmişdinizsə - aybaşıların bərpası daha uzun vaxt çəkə bilər.
Əgər spiralın çıxarılmasından sonra bir neçə gün ərzində temperaturunuz qalxmışdırsa, uşaqlıq yolundan çox güclü qanlı ifrazatlar, qarında ağrılar, və ya uşaqlıq yolundan qeyri-adi, xoşagəlməz qoxulu ifrazatlar əmələ gəlmişdirsə mütləq həkimə müraciət edin. |
Spiralı özbaşına çıxartmaq olarmı?
Heç bir halda spiralı özbaşınıza çıxartmağa çalışmayın – bu çox təhlükəli ola bilər. Spiralı çıxartmaq üçün mütləq həkim ginekoloqa müraciət edin. |
Metal spirallardan (məsələn, mis) 10 ildən artıq əvəzlənmədən istifadə oluna bilər. Hormonlu spirallar (məsələn, Mirena) hər 5 ildən bir əvəzlənməlidirlər. Müxtəlif spirallarda fərqli istifadə müddəti vardır, buna görə də öz spiralınızı nə vaxt dəyişmək lazım olduğunu öz həkim ginekoloqunuzla mütləq dəqiqləşdirin.
Paylaş: