
Yüklənir...
İstifadəsi asan, ucuz və etibarlı bir üsuldur. Cinsi əlaqə ərəfəsində doğru bir şəkildə və hər dəfə yeni birini istifadə edilməsi halında qoruyuculuğu 96-97% səviyyəsindədir. Qoruyuculuğu prezervativ keyfiyyətindən də asılıdır. Üzərində istehsal və son istifadə etmə tarixi olan və içərisində spermisit (sperma öldürücü) maddə saxlayan prezervativlərə üstünlük verilməlidir.
Uc hissəsində spermanın yığılıb qalması üçün bir boşluq qoyulmalı və hər əlaqədən sonra deşik olub olmadığına nəzarət edilməlidir. Əgər yırtıq olduğundan şübhə edilərsə, dərhal bir həkimə müraciət edilməlidir. Düzgün qoyulmaması zaman cırıla və ya ağrıya səbəb ola bilər. Prezervativ vaselin, ya da masaj yağı kimi yağ maddələrlə istifadə edilməməlidir. Bəzi insanların lateksə allergiyası ola bilər. Ən böyük üstünlüyü, nizamsız cinsi həyatı olan cütlər üçün ən uyğun qorunma üsuludur.
Paylaş: