Yüklənir...
Hamiləlik əleyhinə - Ertəsi gün həbləri
Bu hamilə qalmama üsulu deyil. Müdafiəsiz cinsi əlaqədə olduqdan sonra və ya istifadə edilən qorunma yolunun uğursuz olma ehtimalına qarşı (prezervativin yırtılması, deşilməsi, yerindən çıxması kimi) yarana biləcək mümkün hamiləliyin qarşısının alınmasında tətbiq olunur. Bir başqa istifadə sahəsi də təcavüz hallarında qadının hamilə qalmasının qarşısının alınmasıdır.
Tərkibi, istifadəsi zamanı və təsiri
Müdafiəsiz cinsi əlaqədən sonra ilk 72 saat ərzində yüksək doza estrogen və progesteron hormonu olan həb oral yolla qəbul edilir. Bu həblər uşaqlığın iç toxumasının formasını pozaraq mayalanmış yumurtanın uşaqlıq içərisinə yerləşməsinə mane olur. 12 saat içində doza təkrarlanır, əgər menstruasiyada gecikmə olarsa hamiləlik araşdırılmalıdır.
Apteklərdə müxtəlif adlarda reseptsiz olaraq satılır. Qoruyuculuq faizi ilk 24 saat ərzində alınarsa 95%, ikinci gün 85%, üçüncü gün 58%-dir.
Əlavə təsirləri
Ürək bulanma, qusma, döşdə həssaslıq, baş ağrısı, qarın ağrısı və ləkələnmə tərzində qanaxma kimi yan təsirlər görülə bilər.
Diqqət!
Ertəsi gün həbləri ancaq xüsusi hallarda tətbiq edilməsi lazım olan bir üsuldur və vərdiş halına gətirilməməlidir. Tərkibində yüksək doza estrogen olduğu üçün istifadə edilməsi sağlamlıq üçün riskli olan insanlarda təhlükəli ola bilər. Bundan başqa, qoruyucu qabiliyyətinin 100% olmadığını bilmək lazımdır.
Yaranmış hamiləlik üzərində təsiri yoxdur, yəni uşaq salmaya səbəb olmur.
Paylaş: