Yüklənir...
Qadın prezervativi nədir?
Qadınlar tərəfindən seks zamanı istifadə edilən incə bir kisədir. Hamiləliyi və cinsi yolla keçən xəstəliklərin qarşısını almağa kömək olur.
Nitrilden və ya lateksdən düzəldilən və 9-17 sm uzunluğunda olan formaları var. Qapalı ucunda olan elastik halqa və ya süngər vasitəsi ilə prezervativ sürüşmədən durması üçün uşaqlıq yolu içinə yerləşdirilir. Prezervativin bir ucu uşaqlıq yolunun kənarında, digəri uşaqlıq yolu girişində qalır.
Xüsusiyyətləri nədir?
Prezervativin içində silikon əsaslı sürüşkənləşdirici maddə var, amma istənilən halda digər sürüşkənləşdiricilərdən də istifadə edilə bilər. Lateks allergiyası olanlar nitrilden olan qadın prezervativini seçim edə bilər. Lateksdən düzəldilən prezervativlərlə birlikdə yağ əsaslı sürüşkənləşdiricilərin istifadəsi lateksə zərər verə bilər. Tərkibində spermisid (sperma öldürücü) yoxdur.
Addım addım qadın prezervativinin taxılması:
*Paketi diqqətlə açın. Prezervativin qapalı ucundakı halqanı sıxışdırın (nazik və uzun bir halqa yaradacaq şəkildə)
*Prezervativi uşaqlıq yolu girişindən içəri doğru itələyin,
*Daha sonra prezervativin açıq ucundan əlinizlə getdiyi qədər itələyərək uşaqlıq yolunun içinə yerləşdirin.
*Uşaqlıq yoluna itələyərkən saldığınız halqa kifayət qədər içəri getdikcə prezervativ yenə də açılacaqdır. Əgər prezervativi hiss edirsinizsə halqa açılmamış, yəni prezervativ doğru yerləşməmiş deməkdir.
Prezervativ uşaqlıq yolu içərisində dönmədiyindən və ya qatlanmadığından əmin olun. Açıq uc uşaqlıq yolundan kənarda qalmalıdır.
Süngərli qadın prezervativi də yerləşdirərkən eyni şəkildə edin.
Əlaqə zamanı penisin qadın prezervativ içində olduğuna əmin olmalı və kifayət qədər sürüşkənləşdirici istifadə edilməlidir, yoxsa prezervativ yerindən çıxa bilər. Qadın prezervativi və kişi prezervativi bir arada istifadə edilməməlidir, bu cırılmasılara səbəb ola bilər.
Əlaqə əsnasında prezervativ çıxarsa, ya da uşaqlıq yolunun içinə qaçarsa dərhal çıxarmalı və yerinə yenisi qoyulmalı və daha çox sürüşkənləşdirici istifadə edilməlidir.
Çıxararkən də spermanın prezervativ içində qalmasını təmin etmək üçün kənarda qalan halqanı döndərin və kənara çəkin. İstifadə olunmuş prezervativi tualetə atmayın. Qadın prezervativlərinin təkrar istifadə olunması tövsiyə edilmir. Digər tərəfdən son istifadə tarixini də nəzarət etməyi unutmamalısınız.
Faydaları nədir?
* Prezervativ məsələsində qadınların partniyoru ilə birgə məsuliyyəti bölüşmək imkanı yaradır.
* Partnyoru prezervativ istifadə etməyi rədd edən qadınlar özləri prezervativ istifadə edə bilər.
* Düzgün istifadə edildikdə hamiləliyi və cinsi yolla yoluxan xəstəliklərə mane olur. Cinsi yolla keçən xəstəliklərin qarşısını almada kişi prezervativ daha uğurlu olduğu sübut olunmuşdur.
* Cinsi əlaqədən əvvəl taxıla bildiyi üçün əlaqədən ani ayırmağınıza gərək qalmaz.
* Nitrilden düzəldilmiş qadın prezervativləri yağ və ya su əsaslı sürüşkənləşdiricilərlə istifadə edilə bilər. Bundan başqa, nitril istiliyi çox yaxşı keçirir, bu səbəblə prezervativin varlığını hiss etməyəcəksiniz.
Çatışmazlıqları nələr?
* Prezervativin açıq ucu xaricdən görülə bilər, bu da qadınların özünə inam məsələsində pis hiss etmələrinə səbəb ola bilər.
* Qadın prezervativi əlaqə zamanı səs çıxara bilər. Daha çox sürüşkənləşdirici istifadə etmək səsi azalda bilir.
* Bəzi qadınlar prezervativin yerləşdirilib çıxarılmasının çətin olduğunu düşünür.
* Doğum nəzarəti məsələsində digər üsullarla müqayisədə qadın prezervativinin uğursuzluq nisbəti daha yüksəkdir.
* Qiyməti kişi prezervativindən daha bahalıdır və istifadəsi çox geniş olmadığından tapılması daha çətin ola bilər.
Cinsi yolla keçən xəstəliklərin qarşısını almaq üçün bir maneədir. İstifadəsi çox rahat olmasa da prezervativ istifadə etməyən bir partnyorunuz varsa, hamiləlik əleyhinə olan həblərlə hormon tarazlığınızı pozmaqdansa qadın prezervativi daha yaxşı həll yoludur.
Paylaş: