Hamiləliyin 6-cı həftəsi

  


  Körpənin ölçüsü təpədən büzdüm sümüyünə qədər 4-6 mm təşkil edir. 
•  Ürəyi döyünməyə başlayır. 
•  Dölün artıq ağzı, burnu və qulaqları formalaşır. 
 Həkimə birinci müraciət üçün ideal vaxtdır.

 Dölün inkişafı

Körpənin ölçüsü (təpədən büzdüm sümüyünə qədər) достигает 4-6 mm-dir. Uşaq döl kisəsində sərbəst yerləşir və uşaqlıqla bu günlərdə formalaşmış göbək bağı ilə bağlıdır. Bu həftə ərzində gələcək uşaq balıq embrionuna bənzəyir - onun qəlsəmələri və quyruğu var. İnkişaf prosesində bunlar yox olacaqdır. Hamiləliyin 6-cı həftəsində embrionun ürəyi döyünməyə başlayır. Ürək dəqiqədə 100-160 dəfə vurur ki, bu da böyüklərdə olduğundan təxminən 2 dəfə çoxdur. Uşağın artıq ağzı, burnu və qulaqları formalaşır, beynin, qaraciyərin, mədəaltı vəzin, ağ ciyərlərin və mədənin rüşeyimləri inkişaf edir. Qaraciyər qan hüceyrələrini istehsal etməyə, beyin isə əzələ və ürəyin işinə nəzarət etməyə başlayır.

Ananın vəziyyəti

Erkən toksikoz inkişaf edir: bəzi iylərə qarşı həssaslıq yaranır, ağız suyunun ifrazatı artır. Döşdə yüngülvari ağrılar hiss olunur: süd vəzləri 8 aydan sonra süd istehsal etməyə hazırlaşır. Gilələr ətrafı areollar çox güman ki, qaralmağa başlayacaqdır. Əhvalı yaxşılaşdırmaq üçün həkimlər qida rejimini dəyişməyi, az porslarla gündə 7 dəfəyə qədər qida qəbul etməyi tövsiyə edirlər: Səhərlər ürəkbulanmanın qarşısını almaq üçün birinci səhər yeməyini birbaşa yataqda təşkil etmək olar. Hamilə qadınlar üçün nəzərdə tutulan vitaminləri toksikoz əlamətlərinin minimal olduğu saatlarda qəbul etmək lazımdır. Qusma hallarında maye və duz itkisini əvəz etmək üçün şirəli meyvələr – qarpız, yemiş, xurma, armud, xiyar və pomidor yemək olar.

Həkim qəbulu

6-7-ci həftə həkimə birinci müraciət üçün ideal vaxtdır. Uşaqlıqdan kənar hamiləliyi, donmuş hamiləliyi və hamiləlik olmamaqla İXH miqdarının yüksək olduğu anomaliyaları istisna etmək üçün həkim çox güman ki, ilk USM təyin edəcəkdir. Həmçinin həkim gələcək ananın çanağının ölçülərini təyin edəcək, ailə və mama anamnezini tərtib edəcəkdir. Qadın məsləhətxanasına getmək üçün hazırlaşmaq lazımdır. Uşaqlıqda keçirdiyiniz xəstəliklərin siyahısını tərtib etsəniz, ananızda doğuşların necə keçdiyini araşdırsanız, yaxşı olar. Həmçinin hamilə qadının ailəsində və ya onun ərinin ailəsində genetik xəstəliklərin, kənara çıxmaların (hemofiliya, daltonizm), nəsildə əkizlərin olub-olmadığını müəyyən etmək lazımdır. Bütün bunlar həkimə kart doldurmaqda köməklik edəcəkdir. Həmçinin 6-7-ci həftədə çoxdöllü hamiləliyi də təyin etmək mümkündür.

Diaqnosik müayinələr

Ilk dəfə həkim qəbulunda venadan qan analizi təyin olunur. TORCH-kompleks ananın qanında toksoplazmoz, məxmərək, sitomeqalovirusa qarşı antitellərin olub-olmadığını müəyyən etməyə imkan verəcəkdir. Məxmərəyə yoluxma hamiləlik dövründə baş verdikdə, bu, döl üçün (xüsusən də birinci trimestrdə) daha təhlükəli olur. Odur ki, ananın qanında antitellər aşkar edilmədikdə, o və onun yaxınları potensial infeksiya daşıyıcıları ilə təmasdan uzaq olmalıdırlar. Statistikaya görə, insanların təxminən 90%-i herpes virusunun daşıyıcılarıdır. Analiz herpesin bu an üçün latent və ya kəskin fazada olduğunu və ya ilkin yoluxmanın artıq hamiləlik dövründə baş verib-vermədiyini göstərəcəkdir. Uşağın inkişafı üçün bu infeksiyaların nəticələri haqqında Sizə müalicə həkiminiz danışacaqdır.

Risk amilləri

Başlamış toksikozun birdən birə yox olması həyəcan təbili ola bilər. Bu, hamiləliyin inkişafdan dayanmasından xəbər verə bilər. Özünüzdə herpetik infeksiyanın (dodaqlarda və ya burun pərlərində “soyuqdəymə”) əlamətlərini gördükdə, həkimin təyini olmadan virusəleyhinə preparatları qətiyyən qəbul etməyin.

Ailə münasibətləri

Ər arvadının yeni halına qarşa daha diqqətli olur və artıq onunla birlikdə toksikoz əlamətlərini hiss etməyə başlayır. Gələcək atada baş ağrıları, yorğunluq və hətta ürəkbulanma da yarana bilər. Ərin diqqətini daha konstruktiv yaşantılara yönəltmək, məsələn, gələcək ana üçün daha faydalı məhsulların qayğısına qalmağı tapşırmaq lazımdır. Evdə pişik yaşayırsa, ər onun ifrazatlarını təmizləməyi öz üzərinə götürməlidir: toksoplazmoza görə analizlərin nəticələri əldə olunmayınca, potensial infeksiya mənbəyi ilə təmasda olmaq lazım deyil.

Diqqətli olun!

Hamiləlik dövründə öz qida rasionunuza yenidən baxmalı, qızardılmış, habelə acı və hisə verilmiş yeməkləri azaltmalısınız. Səhərlər qazsız su içmək (toksikoz əlamətlərini yüngülləşdirmək üçün ona limon şirəsi əlavə etmək olar), gün ərzində isə su, ot çayları, təzə sıxılmış şirələr içmək lazımdır. Səhər yeməyində kobud kletçatka ilə zəngin olan məhsullardan (məsələn, sıyıq, buğda çörəyi) mümkün qədər çox istifadə etmək lazımdır. Az porslarla tez-tez yemək yaxşı olar. Gələcək ananın gündəlik rasionunda quru meyvələr və süd-turşu məhsulları (bağırsalarla bağlı problemlərin olmaması üçün), kəsmik, balıq (kalsium çatışmamazlığını aradan qaldırmaq üçün), yumurta və yağsız ət, meyvə, tərəvəz çox olmalıdır. Yatmazdan bir qədər əvvəl yüngülvari “gecə” yeməyi də yemək olar.