Yüklənir...

Sağrı gəlişi, körpənin tərs gəlməsi

Sağrı gəlişi, körpənin tərs gəlməsi

Sağrı gəlişi, körpənin tərs gəlməsi

Bu vəziyyət normalda doğum kanalına başı ilə girməli olan uşağın anormal olaraq bud və ya ayaqları ilə girməsidir. Yəni normalda ana bətnində uşağın başı aşağıda olması lazım olarkən dalı aşağıda isə bu sağrı gəlişi adlanır. Hamiləliyin ilk aylarında və orta aylarında tərs dayandığı görülən körpələr əksəriyyətlə son aya qədər dönürlər və düz mövqeyə gəlirlər. Sağrı inkişafı, doğuş zamanı yaxınlaşmış hamilələrin 3-4 %-inda müşahidə olunur.

Səbəbləri və risk faktorları:

1. Yarımçıq doğulma (Normal hamiləlik müddəti ən az 9 ay 15 gün olmalıdır. Yəni normal hamiləlik 38-42 həftə arasında sürür. Hamiləlik 37 həftədən əvvəl yekunlaşarsa doğulan körpə vaxtından qabaq doğulmuş adlanır.)
2. Plasenta previa, ana bətnindəki körpə (fetus) ilə hamilə arasında əlaqəni təmin edən və "uşağın cift hissəsi" olan plasentanın, körpə ilə doğum kanalının arasında olması (yəni doğum kanalını tutması) halıdır. Bu halda plasenta, uşaqlığın yəni serviksin (rahim ağzının) qonşuluğundadır.
3. Oligohydramnion - dölyani mayenin az olması
4. Polihidramnios - dölyani mayenin çox olması
5. Miotonik distrofiya
6. Anadangəlmə anomaliyalar (Hidrosefaliya, anensefaliya)
7. Xromosom anomaliyalar (Trisomiya 21, 28, 13)
8. Əkiz, üçəm hamiləlik
9. Grand multiparite (5-dən artıq doğum etmiş olmaq)
10. Daha əvvəl sağrı doğumu etmiş olmaq
11Uşaqlıq anomaliyaları
12. Kiçik çanaq orqanlarının şişləri

Doğumdan əvvəl aparılan ultrasəs müayinəsi vəziyyəti aydınlaşdırır. 
Sağrı gəlişi olan vəziyyətlərdə müxtəlif meyarlara görə normal vaginal yoldan doğula bilər. Hər zaman aşağıdakı meyarlar kifayət olmaya bilər, hər doğumda olduğu kimi ananın müayinəsi və ultrasəs qiymətləndirməsi qərarı müəyyən edir. Günümüzdə sağrı gəlişi müəyyənləşdirilən körpələr əksər vaxtı keysəriyyə ilə doğulur, bəzən risk olmadıqda xüsusilə daha əvvəl doğum keçirmiş qadınlarda normal doğum seçilir.

Normal (vaginal) doğum belə hallarda təklif edilir:

Saf sağrı tipində, 34 həftənin üstündə olan hamiləlik, təxmini doğum çəkisi 2000-3500 qr. arasında olan hallarda, körpənin doğumdan gələn xəstəliyi yoxdursa, doğum aktı irəliləmişddirsə, ana çanağı dar deyilsə normal doğum təklif edilə bilər.

Keysəiyyə bu hallarda təklif edilir:

Tam sağrı gəlişi, ayaq gəlişi, erkən doğum, iri körpə, canaq darlığı

Sağrı doğumun (tərs doğum) ağırlaşmaları, riskləri:

Körpənin tərs dayanması normal hamiləliyə nisbətən artan bəzi risklər və təhlükələr aşağıda sadalanmışdır, bu təhlükələr sağrı gəlişi, yəni tərs olaraq doğulan uşaqların hamısında olmur, sadəcə, risk artımı vardır.
- Cift sallanması
- Çətin doğum
- Keysəriyyə faizi artma
- Doğuş kanalında yırtılma
- Uşaqlıq atoniyası
- Döldə bazu, körpücük, bud sınığı
- Brakial pleksus yaralanması
- Döldə toxumluq zədələnməsi, beyin zədələnməsi, intrakranial qanaxma, asfiksiya

Hamiləlikdə uşağın tərs dayanması necə başa düşülür?

Ana namizədinin özünün bunu anlaması mümkün deyil. Uşağın vəziyyətini anlamaq üçün ultrasəs müayinəsi aparılması kifayətdir. Ultrasəs müayinəsi qədər dəqiq məlumat verməsə də əl ilə müayinə də həkimə uşağın vəziyyətini anlamağa kömək edir.

Tərs dayanan körpə necə dönür?

Hamiləlikdə ana bətnində tərs duran körpələrin çoxu sonrakı aylarda öz-özünə düzəlir. Uşağın vəziyyətinin düzəlməsi üçün ananın və ya həkimin edə biləcəyi bir şey yoxdur, uşaq öz yerinə qayıda bilər. Körpəni düzəltmək, yəni baş aşağı qayıtması üçün ana bətninə təzyiq tətbiq edilməsi, təhlükəli hərəkətlər edilməsi məsləhət deyil. Hamiləlik ayları irələrdikçə körpə daha çox böyüdüyü üçün uşaqlıq içərisində sahə daralır uşağın qayıtmaq şansı azalır, yenə də hamiləliyin son günlərində qayıdan uşaqlar olur.

Körpənin tərs gəlməsi halında nə etməli?

Hamiləlikdə başqa bir problem yoxdursa hamiləlik təqiblərinə müntəzəm davam etmək və uşağın dönüb dönməməsinə görə həkimlə birlikdə doğum variantı haqqında danışmaqdan başqa edilə biləcək bir şey yoxdur.

Tərs duran körpələr nə vaxt doğur?

Hamiləlikdə uşağın tərs dayanması doğum müddətini dəyişdirmir. Tərs duran körpələrin erkən və ya gec doğulma riski yoxdur, doğum müddəti düz duran uşaqlar ilə təxminən eynidir. Tərs gələn körpələrin də çoxu 37-40 həftə arasında normal doğum və ya keysər kəsiyi ilə dünyaya gəlir. 37-ci həftədən əvvəl doğumun reallaşmasına erkən doğum deyilir. Gün keçməsi 41-42-ci həftənin dolmasına baxmayaraq, ağrıların başlanmamasına deyilir ki, bu halda eyni düz duran uşaqlardakı üsullar aiddir, ancaq sağrı gəlişi gələn körpələrin gün keçməsi halında keysər kəsiyi əməliyyatı ilə doğulmaları ehtimalı böyükdür.