Yüklənir...
Uşağın vəziyyətini dəyərləndirən test - BFP
Antepartum dövrdə (uşaq doğulmadan) tətbiq edilən testlərdəndir. BioFizikProfil (BFP) NST-yə əlavə olaraq ultrasəslə uşağın amniom mayesi tutumu, tənəffüs hərəkətləri, bədən hərəkətləri və əzələ tonusu (gərginliyi) olmaq üzrə dörd ayrı parametrin daha dəyərləndirildiyi bir fetal distres tanınma sınağıdır.
Hansı hallarda tətbiq olunur?
BFP ən çox nonreaktif çıxan NST-testinin nəticəsinə görə sonradan tədqiq edilir. Nonreaktif NST-də BFP uşağın həqiqətən təhlükədə olub olmadığını olduqca həssas bir şəkildə göstərə bilər. Yüksək xal (8 ya da 10) əldə edilməsi zaman uşağın yaxşı vəziyyətdə olma ehtimalı olduqca yüksək, aşağı xal əldə edilməsi vəziyyətində isə uşağın pis vəziyyətdə olma ehtimalı olduqca yüksəkdir. Buna görə dölün vəziyyətinin qiymətləndirilməsində son pilləni təşkil edir. Mənfi çıxanda daha irəli bir tədqiqat üsulu yoxdur.
İkinci tətbiqi sahəsi- dölün distres inkişaf riski çox yüksək olan hallarda birinci və yeganə pillə test olaraq istifadə edilir. Bu məqsədlə ən çox nəzarətsiz diabetdə (şəkər xəstəliyi) adətən üç gündə bir və infeksiya inkişaf riski yüksək olan SEG (suların erkən gəlməsi) vəziyyətlərində gündəlik həyata keçirir.
Dölün vəziyyətinin qiymətləndirilməsi lazım olan hallar:
- Dölün hərəkətlərin az hiss edilmesi
- Suların erkən gəlməsi
- Amnion mayesinin az və ya çox olması
- Döldə imkişaf geriliyi
- Doğum vaxtının keçdiyi zaman
- Qan uyğunsuzluğu
- Döl anomaliyaları
- Ekiz hamiləliyi
- Anormal ya da nizamsız fetal qürək atımları
- Hipertoniya
- Diabet
- Böyrək xəstəlikləri
- Kallogen toxuma xəstəlikləri
- Ürək xəstəlikləri
- Tiriotoksikoz (Zob testlərində pozğunluq)
- Hemoqlobinopatiyalar
- Qan azlığında
Həyata keçirilməsi
NST üsuluna uyğun şəkildə aparıldıqdan sonra hamiləyə 30 dəqiqə ərzində USM yoxlaması aparılır. Bu araşdırmada ilk öncə amnion mayesi miqdarı qiymətləndirilir. Daha sonra 30 dəqiqə ərzində uşağın tənəffüsü, bədən hərəkətləri və əzələ tonusu ultrasəsdə izlənir.
Şərh olunması
Araşdırma zamanı körpənin tənəffüs hərəkətlərinin varlığı və müəyyən bir müddət davam etməsi, müəyyən sayda hərəkət olması, amnion mayesi həcminin yetərli olub olmaması və uşağın tonusunun gərgin və ya zəif olmasına görə hər bir parametrə sıfır və ya iki xal verilir və xallar toplanır. NST reaktifliği üçün verilən iki xalla yanaşı 8-10 xal arasında olduqda uşağın yaxşı vəziyyətdə olduğuna qərar verilir. 6 ya da daha aşağı döldə fetal distres şübhəsi vardır. Bu halda testin müəyyən bir müddət sonra təkrarlanması və ya xalın çox aşağı olması vəziyyətində doğumun həyata keçirilməsi lazımdır.
Biofizika profil göstəriciləri:
NST (Non stress test): Reaktiv 2 xal, ya a 0 xal alır.
Dölün tənəffüs hərəkətləri: 30 dəqiqədə 3 tənəffüs sayı varsa 2 xal, yoxsa 0 xal alır.
Dölün tonusu: Dölün qollarını və onurğasını açması ilə aydınlaşılır və 2 xal alır.
Amnion mayesi tutumu: 50-dən çoxdursa 2 xal alır.
Dölün hərəkətləri: 30 dəqiqədə 2 və ya daha çox hərəkət etməsi 2 xal alır.
Bu kriteriyalara baxılaraq hər bir meyar üçün 0 və ya 2 xal verilir və cəmi 8 və ya daha çox isə dölün vəziyyəti yaxşı qiymətləndirilir. 6 və az xal alınan hallarda döldə bir sıxıntı halı ola bilər.
Biofizika profilə təsir edə biləcək amillər:
Bu meyarlar biofizika profili təsir edərək testin normadan aşağı xal almasına səbəb ola bilər.
- Ananın sakitləşdirici dərman istifadə etməsi
- İndometasin istifadə etməsi
- Siqaret
- Ananın qan şəkərinin düşməsi
- Körpənin ağciyərinin inkişafı məqsədi ilə anaya steroid təyini
- Ananın teofilin istifadə etməsi
- Ananın kokain istifadə etməsi
Paylaş: