Yüklənir...

Hamiləlik və peyvəndlər

Hamiləlik və peyvəndlər

Hamiləlik və peyvəndlər

Hamiləlik dövründə qadına tətbiq ediləcək olan peyvəndlər, ana namizədinin və ana bətnində yaşamaqda olan körpənin sağlam qalmasına dəstək olur. Bu dövr ərzində hansı peyvəndlərin aparılması ana namizədləri üçün təhlükəli bir vəziyyət yaradır, hansı peyvəndlər mütəxəssislər tərəfindən tövsiyə edilir?

1. Hamiləlikdə hepatit-B peyvəndi

Ananın hepatit daşıyıcısı olması doğumun həyata keçməsinin ardından ilk 12 saat içərisində mütləq körpəyə hepatit-B peyvəndi edilməlidir. Çünki ana daşıyıcıdırsa uşağına doğum əsnasında hepatit yoluxdurması mümkündür. Əgər ana yox, ata hepatit-B daşıyıcısıdırsa ananın hamiləlik dövrü ərəfəsində peyvənd etdirməsi lazımdır. Həyat yoldaşı hepatit-B daşıyıcısı olan qadınlar, hepatit-B xəstəliyinə tutulurlar. Bu səbəbdən ana da peyvənd ilə qorunmanı təmin etməlidir. Əgər ana hamiləlik dövründən əvvəl peyvənd etdirməmişdirsə, mütləq hamiləlik dövründə  peyvənd etdirməlidir.

2. Hamiləlikdə qrip peyvəndi

Qrip hər il özünü yeniləyərək yenidən qarşımıza çıxır. Hər il baş verən yeni növ qrip virusuna qarşı yeni peyvənd yaradılır. Hamilə ana namizədlərinin qrip peyvəndi etdirməsinin heç bir ziyanı yoxdur. Əmizdirmə dövründə də qrip peyvəndi etdirməyin pis bir nəticəsi yoxdur. Qrip peyvəndi, heç bir şəkildə qripə səbəb olmaz. Peyvənddən sonra görülən yuxarı tənəffüs yolları infeksiyası təsadüfdən ibarətdir. Bir sözlə bu vəziyyətin qrip peyvəndi ilə heç bir əlaqəsi yoxdur.

3. Hamiləlikdə tetanus peyvəndi

Daha əvvəl heç tetanus peyvənd etdirməmiş olan ana namizədlərinin, hamiləlik dövrü içərisində tetanus peyvəndini etdirməsi lazımdır. Hamiləlik dövrünün ikinci və üçüncü üç ayında tetanus peyvəndi edilir. Bir ay ara ilə keçirilən bu tetanus peyvəndi 2 doza edildikdən 6 ay sonra 3-cü doza tetanus peyvəndi edilir.
Ana namizədi hamiləlik dövründən əvvəl tetanus peyvəndi etdirmişdirsə və peyvəndin elədiyi zamandan 10 ildən az bir müddət keçmiş isə, ana namizədinin hamiləlik dövründə peyvənd etdirməsinə ehtiyac yoxdur. Ancaq ana namizədi, hamiləlik dövründən əvvəl peyvənd etdirdiyi halda, ən son aparılan peyvənddən 10 ildən artıq bir müddət keçmişdirsə, ana namizədinə tək doza peyvənd edilməsi lazımdır.
Tetanus yeni doğulan körpələrin xüsusilə ilk vaxtlarda 60% nisbəti ilə ölümcül risk daşıdığından tetanus peyvəndi çox əhəmiyyətli prosedurdur.

4. Hamiləlikdə meningokokk peyvəndi

Meningokok peyvəndi hamilələrdə meninqokokal meningit epidemiyalarında təklif edilir (1 doza). Anada yaranan anticisimlər plasenta yolu keçərək yenidoğulmuşlarda ilk bir neçə ay ərzində 50%-ə yaxın qoruma təmin edir. Ana və döldə hər hansı bir yan təsiri görülməmişdir.

5. Hepatit A

İnkişaf etməkdə olan ölkələrə gedəcəyi vaxtlarda, əgər ana namizədi hepatit A xəstəliyinə keçirməmişdirsə hepatit A immunqlobulini etdirməsi tövsiyə edilir. Canlı virus peyvəndləri olduğuna görə hamiləliyin hər dövrü üçün təhlükəlidir.

6. Hamiləlikdə quduzluq peyvəndi

Hamiləlik dövrü içərisində şübhəli heyvanlarla təmasda olduğu halda hamilənin quduzluq peyvəndi edilməsinin heç bir ziyanı yoxdur. Bu səbəbdən belə bir vəziyyətlə qarşı-qarşıya qaldığı zaman sizə ən yaxın olan səhiyyə ocağında peyvəndin aparılmasını təmin edin. Hamiləlik dövründə həm ana namizədi, həm də döl üçün hər hansı bir mənfi nəticəsi yoxdur.

 7. Hamiləlikdə hansı peyvəndlər təklif edilir, hansıları ziyanlıdır?

Hepatit A: yüksək riskli bir halda, lazım görülərsə edilməlidir.
Hepatit B: bəzi hallarda tövsiyə edilir. Hamiləlik zamanı hepatit B infeksiyası riskli olan qadınlar mütləq peyvənd etdirməlidir.
HPV (insan papilloma virusları): MƏSLƏHƏT GÖRÜLMÜR.
Qrip peyvəndi: Təklif edilir.
Xanazır, qızılca, məxmərək: ZİYANDIR.
Meningit: lazım görüldüyü təqdirdə edilə bilər.
Polio: nəzəri olaraq edilməməlidir. Lakin yüksək infeksiya riski daşınması halında və təcili qorumaq lazımdırsa, edilə bilər.
Tetanuz (Difteriya): mütləq edilməlidir.
Suçiçəyi: ziyandır.
Vərəm peyvənd (BSJ): ziyandır.
Quduzluq: gərək görülərsə etmək olar.
Sarı qızdırma: yoluxma riski çox yüksəkdirsə etmək olar.

8. Hamiləlikdə yalnız həkimin lazım bildiyi zaman aparılan peyvəndlər:

Polio
Sarı qızdırma
Pnevmokokk
Vəba
Göy öskürək
Hepatit A

9. Hamiləlikdə heç vaxt edilməməsi lazım olan canlı hüceyrə vaksinləri:

BSJ
Xanazır
Qızılca
Məxmərək
Su çiçəyi