Hamiləliyin 13-cü həftəsi

 

Körpənin çəkisi 28 qramdır
• Dölün uzunluğu təxminən 7 sm-dir.
• qız uşaqlarının yumurtalıqlarında artıq 2 mln-a qədər yumurta hüceyrəsi formalaşmışdır.
• Toksikoz yox olur və ya xeyli azalır.

 Dölün inkişafı

Körpənin çəkisi 28 qramdır, uzunluğu təxminən 7 sm-dir. Barmaq yastıqlarının üzərində hər bir insan üçün unikal olan dəri naxışı əmələ gəlmişdir. Son həftələrdə bədənin nisbəti də dəyişmişdir: indi baş dölün ümumi ölçüsünün üçdə birini təşkil edir. 13-cü həftəyə yaxın qız uşaqlarının yumurtalıqlarında artıq 2 mln-a qədər yumurta hüceyrəsi formalaşır. Bu həftədən etibarən və ikinci trimestrin sonuna qədər körpə əsasən uzunluğa verəcəkdir.

Ananın vəziyyəti

Bəzən döş artıq 13-cü həftədə xüsusi maye olan molozivo hasil etməyə başlayır. Bu, uşağın dünyaya gəldikdən sonra ilk günlərdə qidası olacaq “ilk süddür”. Orqanizmdə hormonal yenidənqurma baş verdiyindən, damaqlar şişə bilir. Uşaqlıq yolunun turşuluğunun artması nəticəsində kolpit (göbələk xəstəliyi) başlaya bilər. Lakin müsbət dəyişikliklər də qeydə alınır: adətən bu dövrə yaxın toksikoz yox olur ya da xeyli azalır. Sidik ifrazı da azalır. Bundan başqa, ikinci trimestrin başlaması ilə uşaqsalma riski də bir neçə dəfə azalır. Buna görə də 13-cü həftədən 24-cü həftəyə qədərki dövr nisbətən təhlükəsiz və ana üçün daha rahat dövr olur.

Həkimə baş çəkmə

Bir qayda olaraq, həkim qəbul zamanı gələcək ananın çəki, qan təzyiqi, sidikdə şəkər və zülalın miqdarı, zahiri müayinəyə əsasən uşaqlığın ölçüsü kimi parametrlərə nəzarət edir. O, şişkinlik və ya venaların varikoz genişlənmə əlamətlərinin olub-olmadığını yoxlayacaqdır.

Risk amilləri

Birinci trimestrin sonu-ikinci trimestrin başlanğıcında USM-yə reaksiya uşaqlıq yolunun hipertonusu ola bilər. Hipertonusun səbəbləri həmçinin uşaqlığın inkişaf patologiyaları, əvvəlki abortlar, qarın zədələri, bəzən də psixoloji stress ola bilir. Həkim uşaqlığın hipertonusunu aşkar edərsə, medikamentoz terapiya təyin edəcəkdir. Bəzən seksual münasibətlərdən və fiziki işdən də uzaq olmaq tövsiyə oluna bilər.