Hamiləliyin 19-cu həftəsi

 

Körpənin çəkisi artıq təxminən 200 qramdır
• Dölün boyu 13-15 sm-dir
• Beyində eşitmə, dadbilmə, iybilmə, görmə və lamisəyə görə cavabdeh olan sahələr formalaşır.
• USM üzrə mütəxəssis gələcək uşağın cinsini artıq deyə bilir.

 Dölün inkişafı

Körpənin çəkisi artıq təxminən 200 qram, boyu isə 13-15 sm-dir. Onun əl və ayaqları bədənə nisbətdə daha düzgün formalardadır, başında isə ilk tüklər meydana gəlmişdir. 5 əsas duyğunun inkişafı üçün zaman yetişmişdir: beyində eşitmə, dadbilmə, iybilmə, görmə və lamisəyə görə cavabdeh olan sahələr formalaşır. Süd dişlərinin rüşeyimlərindən daha dərində daimi dişlərin rüşeyimləri yaranır. Dərialtı piy toxumaları bir qədər sıxılır, buna görə də dəridən qan damarları daha o qədər də aydın görünmür. Uşağın bədəni ilk doğuş sürtküsü olan bakterisid xassəli kəsmik konsistensiyalı boz maddə ilə örtülməyə başlayır. Qoltuq altında və aralıq qatlarında, başda, əl və ayaq qatlarında bu, daha çox olur.

Ananın vəziyyəti

Hamiləliyin ortalarına yaxın qadının çəkisi normada 2-6 kq artırır. Onlardan 200 qramı uşağın payına, təxminən 170 qramı isə plasentanın, 300 qramdan bir qədər artıq – dölyanı suların və bir o qədər də uşaqlığın payına düşür. Qarında bir və ya hər iki tərəfdən qəfil zəif ağrılar başlaya bilər. Bunlar uşaqlığı çanağın yan divarlarına birləşdirən yumru liqamentlərin gerilə bilməsi ola bilir. Üz və dərinin rəngi bir qədər qarala bilir: estrogen hormonunun və böyrəküstü vəzlərin intensiv şəkildə fəaliyyət göstərməsi dərini melanin piqmentini daha aktiv surətdə hasil etməyə məcbur edir. Piqment ləkələr doğuşdan sonra tədricən yox olur. Lakin onların elə indidən daha da tündləşməməsi üçün açıq günəş altında az olmaq məsləhətdir.

Diqqətli olun!

Hamiləliyin ortalarına yaxın allergiya başlaya bilər. Ağırlaşmaların qarşısını almaq üçün qidaya və dərmanların qəbuluna fikir vermək lazımdır. Şübhəli hallarda həkimlə məsləhətləşin.

Diaqnostik müayinələr

19-cu həftədə USM-nin köməyi ilə dölün inkişafında hidrosefaliya (baş beynin su ilə dolması) kimi kənara çıxmaları diqanostika etmək mümkündür. Bu zaman uşağın beynini yuyan serebrokürək mayesinin kənara axını pozulur. Dölün başı böyüyür, beyin sıxılmağa başlayır. Hidrosefaliya baş beyin və onurğa iliyinin müxtəlif qüsurlarından xəbər verir. Onu korreksiya və müalicə etmək çox çətindir. Buna görə də 18-20-ci həftədə planlı USM-ni etmək vacibdir.