Hamiləliyin 21-ci həftəsi

 

Körpənin şəkisi artıq təxminən 300-370 qramdır
• Körpə uşaqlıq boşluğunda diyirlənir, onun vestibulyar aparatı formalaşır
• Hamiləliyin əvvəlindən indiyə qədər gələcək ananın çəkisi 4-7 kq arta bilər.

 Dölün inkişafı

Körpənin şəkisi artıq təxminən 300-370 qramdır. Onun endokrin sistemi tam həcmdə işləməyə başlayır. Hipofiz, epifiz, böyrəküstü, qalxanvari və qalxanvariyanı vəzlər uşağın inkişafını idarə edir. Ananın orqanizmindən o, onda passiv immunitet yaradacaq immun cisimlərini alır. Körpə uşaqlıq boşluğunda diyirlənir, bu zaman onun vestibulyar aparatı formalaşır.

Ananın vəziyyəti

Çəki artımı gündən-günə daha çox olur. Hamiləliyin əvvəlindən indiyə qədər gələcək ananın çəkisi 4-7 kq arta bilər. Hamilə qadınların əksəriyyəti piy vəzlərinin aktivləşdiyini qeyd edirlər. Buna görə də üzdə xırda sızanaqlar yarana bilər. Dərini daha yaxşı təmizləmək üçün gündə iki dəfə yumşaq kosmetik vasitələrlə yuyunmaq, gün ərzində isə problemli zonaları tərkibində salisilium turşusu olan toniklərlə silmək olar.

Risk amilləri

Hamiləliyinn ikinci yarısında bəzən tromboz kimi ağırlaşma ola bilir. O, adətən ayaqların şişməsi ilə, ağrılarla venaların dolaşdığı yerlərdə qızartılarla özünü bildirir. Hamiləlikdən əvvəl də tromboz halları olurdusa, bu barədə həkimə mütləq xəbər vermək lazımdır. O, qan laxtalanması prosesini nəzarətə alacaq və vaxtında müalicə təyin edəcəkdir.

Hamiləliyin ağırlaşmaları

Davamlı qəbizlik zamanı babasilin yaranması mümkündür. Anus ətrafəndakı, xaricindəki və daxilindəki qan damarları uşaqlığın çəkisinin artması və bağırsağın qeyri-mütəmadi şəkildə boşalması üzündən şişir. Isti oturaq vannaların və ya babasiləleyhinə şamların köməyi ilə əhvalı yüngülləşdirmək olar. Özünümüalicə ilə məşğul olmayın, həkimlə məsləhətləşsəniz, daha yaxşı olar. Uzun müddət oturmaq məsləhət deyil. Ara-sıra ən azı 5 dəqiqəlik fasilələr vermək və hərəkət etmək lazımdır.