Yüklənir...

Hamiləliyin 24-cü həftəsi

Hamiləliyin 24-cü həftəsi

• Körpənin çəkisi 600 qrama çatır
• Uşağın boyu təxminən 30 sm-dir
• Vaxtının çox hissəsini körpə yatır, qalan vaxtı aktiv hərəkət edir
• Hamilə qadınlarda şəkəri istisna etmək üçün şəkərə görə qan analizi verilir

Dölün inkişafı

Körpənin çəkisi 600 qrama çatır, boyu təxminən 30 sm-dir. Dərialtı piy yaranmaqda davam edir, beyin inkişaf edir, gözlər rəng alır, dad bilmə daha da həssaslaşır. Vaxtının çox hissəsini (16-20 saat) körpə yatır, qalan vaxtı uşaqlığın bir hissəsindən o biri hissəsinə keçməklə aktiv hərəkət edir. Yeri gəlmişkən, bu dövrdə uşağın beynini elektroensefaloqram etmək və onun yuxusunun iki fazasını - tez və ləng fazalarını fərqləndirmək olar.

Ananın vəziyyəti

Uşaqlıq göbəyin üstündən qalxmaqda davam edir, qarın günbəgün böyüyür, daim genişlənməli olan dərinin qaşınma və gicişməsini nəmləndirici kremlərin köməyi ilə yüngülləşdirmək olar. Bəzən hamiləliyin ortalarında qadınlar gözlərində gicişmə hiss edirlər, sanki “ona qum töküblər”. Bu, ağirlaşma deyil. Apteklərdə satılan göz yaşi damcısını imitasiya edən damcıların köməyi ilə bu halı yüngülləşdirmək olar.

DİQQƏTLİ OLUN!

Orqanizmin hormonal baxımdan yenidən qurulması və qan axının güclənməsi libidonun artmasını təmin etsə də, yadda saxlamaq lazımdır ki, hamiləlik dövründə seks heç də həmişə faydalı deyil. Həkim plasentanın tərs duruşunu və ya onun aşağıda yerləşdiyini diaqnostika etmişdirsə, hamilə qadında əvvəllər erkən doğuşlar olmuşdursa, qanlı ifrazatlar meydana gəlmişdirsə, seksdən çox güman ki, bir müddət imtina etmək lazım gələcəkdir. Uşaqlıq boynu çatışmazlığı (istmiko-servikal çatışmazlıq) - uşaqlıq boynunun 3-4 sm-dən və hətta boyun kanalının tam hamarlanadək və açılanadək qısalması da seksə əks göstərişdir.

DİAQNOSTİK MÜAYİNƏLƏR

Hamiləliyin 6-7-ci aylarında adətən şəkərə görə qan analizi təyin edilir. Ana orqanizmi uşağı qlükoza ilə təmin etdiyindən hamiləlik dövründə qanda şəkər arta bilər. Hamilə qadın nə qədər yaşlı olsa, şəkər xəstəliyi ehtimalı da bir o qədər yüksək olur. Adətən hamilə qadınlarda şəkər doğuşdan sonra keçib gedir, lakin şəkərə görə doğuşun özü ağırlaşa bilər. Buna görə də gələcək analar mütləq şəkərə görə qan analizi verməlidirlər. 

Əvvəlki həftə Sonrakı həftə