Hamiləliyin 26-cı həftəsi

 

Körpənin çəkisi təxminən 750 qramdır
• Uşağın uzunluğu 30 sm-dən bir qədər artıqdır
• Axşama yaxın ananın ayaqalrı şişməyə başlayır
• Fosforun artıqlığından və ya kalsium və ya maqnium çatışmamazlığından ayaqlarda qıcolmalar ola bilər.

 Dölün inkişafı

Körpənin çəkisi təxminən 750 qramdır. Uşağın uzunluğu 30 sm-dən bir qədər artıqdır. Dölün hipofizi “böyütmə” funksiyalarını öz üzərinə götürür: artım hormonunu hasil edir (25-ci həftəyə qədər körpənin artımına görə ananın hormonal sistemi cavabdeh idi). Bu həftədən etibarən böyrəküstü vəzin qabıq maddəsi ilə beyin ən mühüm hormonlardan olan kortikoidlər hasil etməklə əlaqədə hərəkət etməyə başlayırlar. Bu hormonlar uşaq orqanizmini ana bədənindən kənarda yaşamağa hazırlaşdırır. Uşağın eşitmə aparatı artıq kifayət qədər inkişaf etmişdir və səsləri fərqlənidirə bilir.

Ananın vəziyyəti

Bu dövrdə hamilə qadınlar ayaqlarında qıcolmalardan şikayət edirlər. Bu, , orqanizmdə fosfor artıqlığından və ya kalsium və ya maqnium çatışmamazlığından ola bilir. Həkim dərmanlar tövsiyə edər və bu problemlər öz həllini tapar (məsələn, adi kalsium qlükonat çox yaxşı effekt verə bilir). Yadda salxamaq lazımdır ki, fosfat ətin tərkibində olur, buna görə onu qidadan azaltmaq lazımdır. Bəzən üçüncü trimestrin əvvəllərində hamilə qadınlarda ayaqlar şişməyə başlayır. Bu, aşağı ətrafdan mayenin axmasında pozuntular nəticəsində baş verir. Axı böyümüş uşaqlıq daima qarın boşluğunun iri damarlarını sıxır.

Risk amilləri

Ayaqların axşama yaxın bir qədər şişməsi, səhər isə öz normal halına qayıtması normaldır. Səhərə yaxın şişlərin daha da artması həyəcanlı simptomdur. Bu, ciddi problemlərdən, məsələn, yetkin toksikozdan və ya gestozdan (bəzən gestoz hətta 2-ci trimestrin ortalarında da başlaya bilir) xəbər verə bilir. Şişkinliyi azaltmaq üçün mümkün qədər duzlu yeməklərdən uzaq olmaq lazımdır. Əvəzində isə hamiləlikdən qabaqkı dövrlərlə müqayisədə daha çox su içməlisiniz. Gestozdan kəskin şəkildə çəki artımı (orqanizmdə suyun artıq miqdarda olması üzündən), qan təzyiqinin qəfildən artması (130/90-a qədər), proteinuriya (sidikdə zülalın olması) da xəbər verə bilir.