Hamiləliyin 28-ci həftəsi

                                                                                                                                                        

İndi uşağın çəkisi 1000-1300 qramdır. 
• Uşağın boyu təxminən 35 sm-dir. 
• Uşaqlıq 28 sm hündürlüyə qalxmış, plasentanən çəkisi təxminən 400 qramdır. 
• Kürəkdə ağrılar olduqda, doğuşaqədərki bandaj gəzdirmək tövsiyə olunur.

 Dölün inkişafı

Uşaq artıq aktiv surətdə təkan verir. Buna görə də ana bu hərəkətləri hiss etməyə bilməz. İndi uşağın çəkisi 1000-1300 qram, boyu təxminən 35 sm-dir. Körpənin endokrin sistemi inkişaf etməkdədir. Hipofiz inkişaf hormonunu ifraz edir. Ananın qalxanvari və mədəaltı vəzləri uşağın inkişafına artıq dəstək vermir - indi o, lazım gəldikdə, ana orqanizmində çatışmayan hormonların hasilini öz üzərinə götürə bilir. Körpənin öz xüsusi maddələr mübadiləsi formalaşır.

Ananın vəziyyəti

Uşaqlıq artıq 28 sm-ə qədər yüksəlmiş, plasentanın çəkisi isə artıq 400 qrama yaxındır. Bütövlükdə 28 həftə ərzində çəki artımı 7,5 kq-dan 10 kq-a qədər təşkil edə bilər. Qarında gülcü qaşınma qeydə alına bilər, çünki gündən-günə o, daha da dartılır. Xüsusi yağlardan, kremlərdən, homeopatik preparatlardan (məsələn, apisdən) istifadə etmək olar. Lakin unutmamalıdır ki, bu, sadəcə müvəqqəti yüngülləşmə verir. Təəssüf ki, qaşınmanı tam olaraq götürmək mümkün deyil. Gələcək ana döşlə qidalandırmağı planlaşdırırsa, onda massajın köməyi ilə döşləri uşağın qidalandırılmasına hazırlamaq istəyi yarana bilər. Lakin doğuşa qədər bunu etmək məsləhət deyil: gilələrin həvəsləndirilməsi uşaqlığın hipertonusuna və hətta erkən doğuşa səbəb ola bilər.

Risk amilləri

Ağır fiziki yüklərə məruz qalan, məsələn, iş gününün çox hissəsini ayaq üstə dayanan qadınlarda bəzən qan təzyiqinin artması, kürəkdə güclü ağrıların olması qeydə alınır. Ağır fiziki iş həm də plasentanın ayrılmasına və ya dölün bətndaxili inkişafının ləngiməsinə səbəb ola bilər. 28-ci həftədən sonra ağır fiziki işlərdən, ezamiyyətlərdən və stresslə bağlı olan işlərdən imtina etmək lazımdır. Döl qişalarının cırıldığına şübhə yarandıqda (alt paltarı nəmlənmiş və maye tökülməkdə davam edir), dərhal həkimə müraciət etmək lazımdır. Döl qişalarının tamlığının pozulması nəticəsində uşağa infeksiya keçə bilər ki, bunun da nəticəsi erkən doğuş olacaqdır.

Diqqətli olun!

Gələcək anaların əksəriyyətini aşağıdakı suallar narahat edir: uşaq kifayət qədərmi hərəkət edir və onda hərəkətlərin olmaması hər hansı patologiyadan xəbər vermirmi? Körpə bir qədər az təkanlar verməyə başlamışdırsa, onda onu nə isə şirin bir şey (konfet, dondurma) yeyib 10-15 dəqiqə sakit uzanmaqla “tərpətməyə” cəhd etmək olar. Uşaqda hər şey qaydasındadırsa, o, çox güman ki, hərəkətə gələcəkdir. Əgər bir saat ərzində, hətta yaxşı bir şam yeməyindən sonra belə körpə cəmi bir neçə dəfə hərəkət etmişdirsə, bu, problemlərdən xəbər verə bilər. Onda həkimə zəng etmək lazımdır. Əgər, əksinə, uşağın təkanları həddindən artıqdırsa və güclü ağrılar verirsə, onda onu bir neçə dəqiqə “yelləyərək” gəzmək lazımdır. Bəlkə də o, bununla sakitləşəcəkdir (yellətməklə onun vestibulyar aparatına təsir etmək və uşağı mürgüləməyə və nisbətən az hərəkət etməyə sövq etmək olar).

Həkim qəbulu

Bu həftədən etibarən həkimə ayda iki dəfə baş çəkmək lazımdır. Anada qanın rezus-faktoru mənfi, atada müsbətdirsə, 28-ci həftədə rezus-münaqişənin qarşısını almaq üçün həkim qadına xüsusi preparatlar təyin edə bilər. Hər ay immunoqlobulini yeritməzdən əvvəl rezus-faktora qarşı antitellərə görə qan vermək lazımdır. İmmunoqlobulin yeridilməmişdirsə, antitellərə görə qan doğuşa qədər verilir.