Hamiləliyin 30-cu həftəsi

 

Uşaq boya 40 sm-ə qədər vermişdir, çəkisi isə təxminən 1300 qramdır. 
• Uşağın hərəkətləri xaotiklikdən daha “düşünülmüş” hala keçid edir.
• Körpə uşaqlıqda başı aşağı “yerləşməyə” başlayır.
• QM-da gələcək anaya doğuş sertifikatı verilir.

 Dölün inkişafı

Uşaq boya 40 sm-ə qədər vermişdir, çəkisi isə təxminən 1300 qramdır. Uşağın hərəkətləri getdikcə yenicə doğulmuş uşağın hərəkətlərinə bənzəyir: o, artıq çiyinlərini çəkə bilir, yumruqlarını sıxıb açır və hətta dartınır. O, artıq Sizin işıqlı və ya qaranlıq otaqda oturduğunuzu da hiss edir: qarın divarı və plasentanın divarı işıq üçün maneə deyil və uşağın gözləri işıq ləkələrini fərqləndirə bilir. Uşağın hərəkətləri xaotiklikdən daha “düşünülmüş” hala keçid edir. İndi o, artıq uşaqlığın çox hissəsini tutur və burada istədiyi istiqamətdə yerini dəyişə bilməyib sadəcə əllərini və ayaqlarını yığıb aça, bədənin vəziyyətini dəyişə bilir.

Ananın vəziyyəti

Bu dövrdə anada çəki artımı 8-10.5 kq təşkil edir. Uşaqlıq o qədər yüksəkdədir ki, diafraqma ürəyi sıxır. Bundan ürək hətta vəziyyətini dəyişə də bilir. Diafraqmaya təsir üzündən qadında bir qədər təngnəfəslik ola bilir. Yuxusuzluq qeydə alına bilər: yuxu üçün daha rahat vəziyyəti tapmaq getdikcə çətinləşir. Həkimlər hamilə qadınlar üçün nəzərdə tutulan bir neçə yastıq almağı tövsiyə edir ki, qarına yastıqlar qoymaqla və ya bir yastığı dizlərin arasına qoymaqla böyrü üstə rahatlıqla yatmaq mümkün olsun.

Diqqətli olun!

30-32-ci həftələrdə körpə uşaqlıqda başı və ya yanları aşağı “yerləşməyə” başlayacaqdır. Bu hal əksər hallarda doğuşa qədər qalır. Sizin doğuş üçün ən rahat yeləşməni (başı aşağı) təmin etmək imkanınız var. 30-cu həftədə USM-yə görə uşaq başı aşağıdırsa, xüsusi bandaj gəzdirmək məsləhətdir (əgər gələcək ana bunu daha əvvəl etməmişdirsə). Bandaj qarın divarını tutub saxlayacaq və uşağa çevrilməyə imkan verməyəcəkdir.

Risk amilləri

Uşaqlığın və dölün çəkisi artdıqca, aşağı boş venaya təzyiq də artır. Kürəyi üstə uzandıqdan və ya oturduqdan sonra qadın hava çatışmamazlığı, başgicəllənmə və gözlərində qaralma hiss edərsə, çox güman ki, bu, “boş venanın sıxılması sindromu”nun əlamətləridir. Dərhal böyrü üsrə çevrilmək lazımdır. Heç bir halda qadın yerindən kəskin şəkildə durmamalıdır, çünki o, huşunu itirə bilər. Bu simptomlar boş venanın sıxılma ehtimalı olmadan da (yəni hamilə qadın kürəyi üstündə uzanmadıqda və bir neçə dəqiqədən artıq oturmadıqda belə) yarandıqda, dərhal həkimə müraciət etmək lazımdır. Bu, hestozdan xəbər verə bilir.

Həkim qəbulu

30-cu həftədə doğum evini seçməklə məşğul olmaq olar. Həkimdən seçim zamanı hansı amilləri nəzərə almalı olduğunuzu soruşa bilərsiniz. Bəlkə də sağlamlıq durumunuzdan asılı olaraq o, Sizə hansısa konkret doğum evi məsləhət görər. Həmçinin doğum evləri haqqında internetdə və ya jurnallarda dərc olunmuş rəylərlə tanış olmaq və profilaktik yumaların cədvəllərini də öyrənmək olar. Adətən doğum evləri yuyulma üçün ildə hər dəfə bir aylıq müddətə 1-2 dəfə bağlanır. Lakin unutmamalıdır ki, doğuş sürətlə də cərəyan edə bilir. Buna görə də doğum evini şəhərin o biri başında seçmək məqsədə müvafiq deyil. Bundan başqa, 30-cu həftədən etibarən həkim hamilə qadına mübadilə kartını verməlidir. Burada hamiləliyin gedişi, müayinələrin nəticələri və qadının vəziyyəti haqqında bütün məlumatlar göstərilir. Bu məlumatlar doğum evinin həkimlərinə qadının doğuşdan əvvəlki və doğuş zamanı vəziyyətinə nəzarət etmək üçün lazımdır. Sonralar mübadilə kartında doğuşun gedişatı və yenicə dünyaya gəlmiş körpə haqqında informasiya yazılacaqdır.