Hamiləliyin 37-ci həftəsi

 

Uşağın çəkisi artıq 2 kq-a yaxındır, boyu 47-49 sm-dir.
• Başında 0,5-4 sm-ə qədər uzunluğunda tüklər çıxmışdır.
• Məşq sancıları daha tez-tez, daha davamlı və daha güclü olur.
• Uşaqlıq yolundan ifrazatlar arta bilər.

 Dölün inkişafı

Uşağın çəkisi artıq 2 kq-a yaxındır, boyu 47-49 sm-dir. Bu həftədən etibarən o, artıq daşınmış hesab olunur və ana bədənindən kənarda yaşamağa hazırdır. Burun və qulaqların təşkil olunduğu qığırdaqlar nisbətən bərkiyir, üz cizgiləri artıq tam olaraq formalaşmışdır. Çox güman ki, onun başında 0,5-4 sm-ə qədər uzunluğunda tüklər çıxmışdır. Düzdür, körpənin dünyaya gələrkən saçı bir rəngdə olur, vaxt kecdikcə, isə, onun rəngi, gözlərinin rəngi kimi, dəyişir. Şabalıdı rəngli gözlər nadir hallarda daha açıq çalar alır, mavi və yaşıl rəngli gözlər isə körpənin ömrünün ilk 9 ayında tündləşə bilir.

Ananın vəziyyəti

Brekston-Hiks sancıları çox güman ki, daha tez-tez, daha güclü və daha davamlı olacaqdır. Uşaqlıq yolundan ifrazatlar da arta bilər. Bu ifrazatlar çox və sıxdırsa, onda çox güman ki, bu, uşaqlığa girişi bağlayan selikli tıxacın çıxmasından və ən yaxın günlərdə doğuşun başlayacağından xəbər verir. Tıxacın çıxmasından başqa, dölyanı suların açılması da başlamışdırsa, onda doğuş yollarına infeksiya salmamaq üçün doğuşa qədər vanna qəbul etmək və ya bol axar su ilə aralığı yumaq olmaz. Əgər qadın əkiz uşaqlara hamilədirsə, onda doğuş fəaliyyəti artıq bu həftədə başlaya bilər.

Diqqətli olun!

Əvvəlki USM zamanı çox güman ki, körpənin duruşu bəlli oldu. Onun duruşu hələ dəyişə bilsə də (xüsusən də ana bandaj gəzdirmədikdə), artıq doğuşun necə baş verəcəyini müəyyən dəqiqliklə proqnozlaşdırmaq olar. İdeal duruş uşağın başı aşağı, üzü ananın onurğasına tərəf olmasıdır. Doğuş bir az narahat olan duruş başın arxa tərəfə olmasıdır – bu zaman uşaq sanki anasının “baxdığı” yerə baxır. Yanı üstə və ya tərs duruş fizioloji cəhətdən normal sayılmadığından, xüsusən də döl iri olduqda, bu, kesar kəsiyi üçün əsas ola bilər.

Həkim qəbulu

Hər dəfə qəbulda həkim uşaqlıq boynunu vəziyyətini, onun bərkmi yoxsa yumşaqmı olduğunu, açılmanın olub- olmadığını qiymətləndirəcəkdir. Uşaqlıq boynunun açılması santimetrlərlə (və ya “barmaqlarla”) təyin edilir: məsələn, 3 barmaqlıq açılma 3 sm açılma deməkdir. Doğuş ərzində uşaqlıq boynu əvvəlcə hamarlaşır, sonra isə 10 sm-ə qədər açılır ki, körpə problemsiz doğuş kanalından keçə bilsin. 1 santimetrə qədər açılma doğuş əlamətləri hesab olunmur.

Yaxınlaşmaqda olan doğuşun əlamətləri

Cinsi yollardan az miqdarda qanlı ifrazatların olması, selikli tıxacın çıxması, nəcisin bir qədər yumşaq olması - bütün bunlar yaxınlaşmaqda olan doğuşun əlamətləridir.Həmçinin yaxınlaşmaqda olan doğuşdan qarnın sallanması da xəbər verir – dölün başı uşaqlıqla bilrikdə ananın çanağına sallanır. Adətən qarın doğuşdan 2-3 həftə əvvəl sallanmağa başlayır. Bu, birnci doğuş deyildirsə, uşaqlığın dibinin sallanmasını qadın hiss etməyə də bilər. Birinci dəfə doğan qadınlarla təkrar doğan qadınların uşaqlıq boynunun doğuşa hazırlığında fərqlər var. Ilk dəfə doğan qadınlarda uşaqlıq boynu əvvəlcə qısalır, sonra isə hamarlanır və yalnız bundan sonra açılır. Təkrar doğan qadınlarda bu proses eyni zamanda baş verir və uşaqlıq boynunun qısalması ağrısız baş verir.