Hamiləlik zamanı təngnəfəslik: səbəblər, qurtulmanın ən effektiv üsulları

Təngnəfəslik — havanın kəskin çatışmamazlığı ilə müşahidə olunan nəfəsalma dərinliyinin və tezliyinin pozulmasıdır. Belə vəziyyətlə qadınlar çox vaxt hamiləlik dövründə üzləşirlər. İlk vaxtlarda onun üçün yuxarı mərtəbələrə qalxmaq çətinlik törədir, ondan sonra tam sinə ilə nəfəs ala bilmir, sonra isə nəfəs almanın ağırlaşması və ürək döyüntüsünün həddindən artıq sürətlənməsi ilə müşahidə olunan tutmalar daha çox baş verir. Hamiləlik zamanı təngnəfəsliyin nədən yarandığını və onunla hamiləliyin müxtəlif dövrlərində necə mübarizə aparmaq lazım olduğunu hər bir gələcək ana bilməlidir.

 Səbəblər

Bir çox hamilə qadınların həyatına neqativ gətirən bu ağır və xoşagəlməz halın səbəbləri müxtəlif ola bilər və körpə inkişafının hansı ayında təzahür olunmasından asılıdır.  Əgər hamiləlik zamanı təngnəfəslik  erkən dövrlərdə meydana gəlirsə, onu, həyatın kiçik sevinclərindən imtina etmək istəməyən gələcək ananın aparmağa davam etdiyi düzgün olmayan həyat tərzi və bəzi ciddi daxili xəstəliklər əmələ gətirə bilər. Bu mərhələdə ağır nəfəs almanın səbəbləri aşağıdakılar ola bilər:

  • ağır fiziki yüklənmələr;
  • güclü emosional gərginlik;
  • hamiləlik zamanı həddindən artıq güclü hormonal partlayış da təngnəfəslik əmələ gətirə bilər;
  • siqaret çəkmə;
  • alkoqolun qəbulu;
  • anemiya (qan azlığı);
  • orqanizmdə dövr edən qanın çoxalması;
  • ağciyər xəstəlikləri: vərəm, astma və başqaları;
  • dar, sintetik paltarların geyilməsi.

Lakin erkən dövrlərdə bu xoşagəlməz hal gələcək anaları kifayət qədər az narahat edir, və onlar öz vəziyyətlərindən tam şəkildə həzz ala bilırlər. Əksər hallarda hamiləlik zamanı təngnəfəslik ikinci rübdə meydana çıxır, çünki məhz bu dövrdə orqanizmdə ciddi dəyişikliklər baş verir:

  • dölün çəkisi tədricən artır – və təbii ki, daha çox yer tələb edir;
  • böyüyən “nəhəngə” daha çox sərbəstlik vermək üçün, uşaqlıq dartılır və onun yanında yerləşən orqanları sıxmağa başlayır;
  • onun təzyiqinə diafraqma məruz qalır və bunun nəticəsi kimi, hamiləliyin ikinci yarısından qadında təngnəfəsliyin ilk simptomları əmələ gəlir, lakin onlar hələ ki o qədər də güclü deyil;
  • bu dövrdə nəfəs almanın ağırlıq dərəcəsi birbaşa uşaqlığın gündən günə nə qədər yuxarı qalxmasından asılıdır;
  • təngnəfəslik simptomlarını adı çəkilən anemiya, siqaret çəkmə, alkohol, düzgün olmayan paltar və daxili orqanların, xüsusilə də - ağ ciyərin bəzi xəstəlikləri gücləndirir.

Təngnəfəslik xüsusilə hamiləliyin üçüncü rübündə güclənir,  çünki böyümüş uşaqlıq bədəndə sığmır və o diafraqmanı daha da çox sıxmağa başlayır. Bu halda bir az gözləmək lazım olacaq, yaxşı ki, bu çox uzun çəkməyəcəkdir. Doğuşa bir neçə həftə qalmış uşaq çanaq nahiyəsinə düşür və uşaqlıq diafraqmanı daha sıxmır. Qadın nəfəsalmanın nə qədər yüngülləşdiyini özü hiss edəcəkdir. Lakin bu hamıda eyni olmur və bəziləri buna sona kimi dözməli olurlar.

Yuxarıda göstərilən hamiləlik zamanı təngnəfəslik səbəbləri gələcək analara onlarla baş verən proseslərin qanunauyğun və təbii olduğunu başa düşməyə kömək edir. Məsələ sadəcə ondadır ki, bu xoşagəlməz və kifayət qədər ağır vəziyyəti necə yüngülləşdirmək olar.

Aradan qaldırma üsulları

Əgər hamiləliyin artıq birinci rübündə təngnəfəslik meydana gəlmişdirsə, qadın öz həyat tərzini yenidən nəzərdən keçirməlidir və bu nasazlığı əmələ gətirə biləcək bütün amilləri aradan qaldırmalıdır.

  • Həkimə müraciət etmək, müxtəlif daxili (xüsusilə də ağciyər) xəstəliklərin olub olmadığına dair müayinədən keçmək lazımdır.
  • Fiziki yüklənmələri azaltmaq.
  • Emosional gərginliklərdən uzaq olmaq.
  • Siqareti atmaq.
  • Alkoqolun qəbulundan imtina etmək.
  • Təbii materiallardan olan rahat və sərbəst paltarlar geyinmək.

Təngnəfəsliyi yüngülləşdirmək üçün bu qaydalara hamiləliyin bütün dövrü ərzində hər bir qadın əməl etməlidir. Bundan başqa, əgər məsələ gündən günə böyüyən uşaqlıqdadırsa, təngnəfəslikdən tam qurtulmaq olmasa da, heç olmasa onun tutmalarını əhəmiyyətli dərəcədə yüngülləşdirməyə kömək edən çoxdan sınanılmış vasitələrdən istifadə etmək olar.

  • Tənəffüs gimnastikası ilə məşğul olmağa başlayın.
  • Yarı uzanıqlı vəziyyətdə yatmağa çalışın.
  • Təmiz havada daha çox gəzin.
  • Uzun müddət olduğunuz otağın havasını tez-tez dəyişin.
  • Televizor və ya kompüter qabağında oturduqda pozanızı mümkün qədər tez-tez dəyişin.
  • Kiçik porsiyalarla, amma tez-tez qidalanın: bu mədəni bir az rahat vəziyyətdə saxlamağa imkan verəcək və məhz o uşaqlığın əsas təzyiqini öz üzərinə götürəcəkdir, çünki o düz onun yaxınlığında yerləşir.
  • Həkimin icazəsi ilə hamiləlik dövründə sakitləşdirici ot yığımlarını - pişikotu və ya məndəcər  qəbul etmək olar.
  • Tutmalar zamanı özünü ələ almağı və təşvişə düşməməyi öyrənmək lazımdır.

Bu sadə, lakin çox faydalı və təsirli tövsiyələri nəzərə alsanız, hamiləlik zamanı təngnəfəslikdən heç bir əsər-əlamət qalmayacaqdır. Çətinləşmiş tənəffüs tutmalarına dözmək və ya onlardan əziyyət çəkmək lazım deyil: bu gələcək ananın emosional vəziyyətinə yaxşı təsir etmir.

Yaddan çıxartmayın, çıxdığınız bu yolun sonunda balanıza qovuşacaqsınız. Təmkinli olun!