Hamiləlik zamanı dəri dartılmaları

Hamiləlik zamanı dəri dartılmaları – analığın özündən sonra qoyduğu xoşagəlməz “baqajıdır”. Qadınlar üçün nəzərdə tutulmuş müasir vasitələr və üsullar dəri ilə problemlərin qarşısını almağa kömək edir, həmçinin onun kiçik qüsurlarını korreksiya etməyə və çatışmamazlıqları gizlətməyə qadirdir. Hamiləlik zamanı dəri dartılmaları haqqında hər bir qadın bilməlidir, onların əmələ gəlməsinin qarşısını almaq olar, dartılmalardan qurtulmaq olar, əsas məsələ, düzgün vasitələr və üsullar seçməkdir.

 Dəri dartılmaları nədir?

Mütəxəssislər və həkimlər dəri dartılmalarını striyalar adlandırırlar, onlar tamamilə ağrısız və sağlamlıq üçün təhlükəsizdir. Onların əsas zərəri qadın bədəninin gözəlliyini korlayan qeyri-estetik görünüşdən ibarətdir. Elastikliyin və turqorun azalması nəticəsində, həmçinin çəkidəki güclü dəyişikliklər səbəbindən dərinin daxili qatları deformasiyaya uğrayır və onlarda mikrodartılmalar əmələ gəlir. Birləşdirici toxuma başdan ayağa kimi qan damarları ilə əhatə olunur, dartıldıqca kapilyarlar zədələnir, ona görə də yaranmasının ilkin mərhələsində striyalar qırmızı rəng çalarını alırlar. Vaxt keçdikcə zədələnmiş epidermis bərpa olunur, lakin onun səthində açıq rəngli yarıqlar qalır. Bu açıq rəngli çapıqlar hətta qaralmış dəri də belə aydın şəkildə nəzərə çarpır.

Hamiləlik zamanı dəri dartılmaları nədən əmələ gəlir?

İnsan dərisinə təbiətdən unikal xüsusiyyətlər verilmişdir: möhkəmlilik, elastiklik, o çətinliksiz dartılır və eləcə də asanlıqla sıxılır. Bir sıra hormonal pozulmalar və çəkidə əhəmiyyətli dərəcədə artımla əlaqədar olaraq, dəri səthi bu möcüzəvi xüsusiyyətlərini itirir və hamiləlik zamanı dəri dartılmaları əmələ gəlir. Dölün bətndaxili inkişafına görə estrogen və progesteron hormonları cavabdehlik daşıyır, onların yüksək konsentrasiyası isə istər-istəməz dəri səthinin elastikliyinə və hamarlığına birbaşa təsir edən kollagen və elastin sintezinin azalmasına gətirib çıxarır.

Bütün qadınlarda epidermisin sıxlığı fərqlidir, o əsasən genetik amildən asılıdır. Belə, əgər sizin ana və ya nənəniz dəri dartılmalarından əziyyət çəkmişdirsə, böyük ehtimal var ki, hamiləlik dövründə həmin problem sizdə də əmələ gələcəkdir.

Hamiləlik dövrü ərzində çəkidə güclü artım, müşayiət edən endokrin və ürək-damar xəstəliklərinin olması, bel və onurğa ilə problemlər, xroniki şişkinlik və həddindən artıq böyük qarın, bunların hamisi və bir çox başqa şeylər dərinin yüklənməsinə gətirib çıxarır, bu isə onun həddindən artıq dartılma və sonradan partlama riskini çoxaldır.

 Onlara daxildir:

  • qidalanmanın aşağı keyfiyyətdə olması;
  • avitaminoz;
  • hərəkət aktivliyinin olmaması;
  • zərərli vərdişlər;
  • bədən çəkisində intensiv dəyişikliklər və s.

Striyalarin ən çox rast gəlinən yeri – budlar və qarındır, hamiləlikdən sonrakı dəri dartılmaları isə qadın sinəsinin zahiri görünüşünü pozur. Onların yaranma səbəbləri eynidir: hormonların artması və daxil olan döş südü həcminin kəskin artımıdır.

Dəri dartılmaları haqqda miflər

Dəri dartılmaları mövzusunda çoxlu məlumatlar mövcuddur və onlar haqqda jurnallardan, internetdən və rəfiqələrdən alınan məlumatın heç də hamısı həqiqətə uyğun deyil. Burada biz gələcək analarda yanlış fikir yaradan dəri dartılmaları haqqda ən yayılmış şayiələri alt-üst edəcəyik:

  1. Əgər mənim qadın xətti üzrə qohumlarım dəri dartılmalarından əziyyət çəkməyiblərsə, demək, onlar məndə də olmayacaqdır. Əslində, şirniyyata və un məmulatlarına qarşı olan həddindən artıq aludəlik, hərəkətsiz həyat tərzi və artıq çəki bütün müsbət irsi keyfiyyətləri heçə çıxarmağa qadirdir.
  2. Gündə qaralma istənilən dəri dartılmalarını gizlədir. Dəri dartılmalasının birləşdirici toxumasında melanin piqmenti demək olar ki tamamilə qalmır, ona görə də bu yerdəki dəri ultrabənövşəyi şualara qarşı ömürlük qeyri-həssas qalır.
  3. Dəri dartılmaları əleyhinə krem yalnız onlar yarandıqda effektivdir. Bədəndə striyaların əmələ gəlməsinin qarşısını almaq daha asandır, nəinki dəri dartılmalarının yaranmasından sonra onları müalicə etmək. Nə qədər tez dərinin elastikliyini və möhkəmliyini saxlayan xüsusi vasitələrdən istifadə etməyə başlasanız, o qədər də az sonradan problem yaranacaqdır.
  4. Dəri dartılmalarından qurtulmaq mümkün deyil. Təəsüf ki, bu elədir, yeganə edə biləcəyiniz şey, onların gözə görünən təzahürlərini maksimal dərəcədə azaltmaqdır, bu isə uzun, çox xərc tələb edən və çox mürəkkəb bir prosesdir.

Hamiləlik zamanı dəri dartılmalarından necə qurtulmaq olar?

Əgər gələcək ana öz şəxsi təcrübəsindən stiyalarla artıq yaxşı tanışdırsa və onu daima sual narahat edirsə ki,  “hamiləlik zamanı dəri dartılmalarından necə qurtulmaq olar?”, başlanğıc üçün onların əmələ gəlməsinin qarşısını almağa çalışmaq və ya sonrakı inkişafını gecikdirmək lazımdır:

  1. Rasiona yenidən baxmaq lazımdır ki, o ana və körpənin sağlamlığı üçün xeyirlidir yoxsa yox, onu zülallar, bitki yağları, vitaminlər, kalsium, minerallar və sellülozla zənginləşdirmək, kifayət qədər maye qəbuluna nəzarət etmək.
  2. Çəkiyə nəzarət etmək, hamiləlik dövrü ərzində qadının konstitusiyası, bədən quruluşu və fiziki parametrlərindən asılı olaraq bərabər çəki artımı norması 10-15 kq aralığı hesab edilir.
  3. Xüsusilə hamilə qadınlar üçün nəzərdə tutulmuş düzgün paltarlar geyinin, qarını tutmaq üçün bandaj və kəmərlərdən istifadə edin.
  4. Təbii tərkibli, körpə üçün tamamilə təhlükəsiz olan hamiləlik zamanı dəri dartılmaları əleyhinə kremlər tətbiq edin, əgər gözə görünən təzahürlər olmasa belə, bədən üçün təbii skrablar və bitki yağları da heç də pis deyil. Bütün kosmetikanı yüngül masaj hərəkətləri ilə birbaşa risk zonalarına vurun.
  5. Kontrast duş və yüngül masaj əhval-ruhiyyə və qan dövranı üçün faydalıdır, həmçinin o gənc ananın dərisini ideal vəziyyətdə saxlamağa kömək edəcəkdir.

Doğuşdan sonra strialardan necə qurtulmaq olar?

Əgər hamiləlikdən sonra dəri dartılmaları qadına tam şəkildə həyatdan həzz almağa imkan vermirlərsə, tövsiyə etmək olar ki, yalnız doğuşdan sonra onların aradan qaldırıması üçün yüksək texnoloji üsullardan istifadə edilsin: lazer cilalaması, kimyəvi pilinq, ozon inyeksiyalarının kursu və ya mezoterapiya. Bu üsullar əla və davamlı zahiri nəticələr verir.

Çəkilən əzablara görə hər bir qadına təbiət mükafat kimi möcüzə- onun doğma uşağını bəxş edir . Əgər hamiləlikdən sonra dəri dartılmalarını aradan qaldırmağa müyəssər olmursunuzsa, təcili surətdə onlara qarşı olan münasibətinizi dəyişin. Onda həyat daha şən və parlaq olacaqdır!