Hamilə qadınlarda yorğunluq və yuxusuzluq

 

Hamiləlik zamanı yüksək yorğunluq – hamilə qadınların tez-tez şikayətləndiyi və hətta körpənin dünyaya gəlməsindən sonra müşahidə olunan haldır. Əgər normal həyat tərzi keçirdikdə, yaxşı qidalandıqda və halın yüngülləşməsi üçün preparatlar qəbul etdikdə yorğunluq keçmirsə, bu patoloji hal ola bilər. Bu cür hallar hamiləliyin birinci və ikinci rüblərində tez-tez rast gəlinir. Qadın öz şikayətləri haqqında mütləq həkimə deməlidir və tam müayinədən keçməlidir. Hamiləliyin ilk rübündə ümumi halın pisləşməsi çox vaxt yorğunluq, pis əhval-ruhiyyə əmələ gətirir. Adətən bu əlamətlər yaxşı istirahət etdikdən sonra çıxıb gedir.

Yorğunluq keçmirsə ne etməli?

Əgər yorğunluq hissi getmirsə həkimin müayinəsindən keçmək lazımdır. Əgər bu bədən çəkisinin azalması, hər hansı bir orqanın fəaliyyətinin pozulması ilə müşahidə olunursa qadını stasionara yerləşdirmək lazımdır. Çoxdöllü hamiləlik zamanı yorğunluq daha güclü təzahür olunur, bu halda o özünü yüksək arterial təzyiq, yumurtalıqların polikistozu və ya hormonal statusun pozulması  fonunda büruzə verir. Güclü toksikoz keçirən və hamiləliyin ilk rübündə tez-tez və güclü qusmaların müşahidə olunduğu gələcək analar cansız və gücsüz olurlar. İkinci və üçüncü rübdə qadının bədən çəkisi əhəmiyyətli dərəcədə artır, bu da həmçinin ümumi duruma təsir edir və tez yorulmanın səbəbi olur. Çox vaxt həzm orqanlarının fəaliyyətində pozuntular, əzələ və sümüklərdə ağrılar, qaşınma və yuxu pozğunluğu müşahidə olunur. Bu pozuntular yaxşı istirahətdən sonra adətən öz-özünə çıxıb gedir. Böyrəklərin fəaliyyətində pozuntular, polihidramnioz, qaraciyərin piylənməsi, qeyri-yoluxucu sarılıq olan qadınlar çox tez yorulurlar. İlk doğuşa hazırlaşan qadınlar bu halları daha ağır keçirirlər.

Qadın tez yorulduqda, gücdən düşdükdə və eyni zamanda onun normadan heç bir fizioloji kənara çıxmaları olmadıqda nə etmək lazımdır?

1. Sutkada 8-9 saat yatmaq, istirahət üçün ən yaxşı vaxt saat 22-dən səhər saat 7-dəkdir.

2. Yuxudan əvvəl gəzmək, hovuzda çimmək və ya yüngülvari gimnastika ilə məşğul olmaq faydalıdır.

3. Yuxudan əvvəl otağın havasını dəyişmək yaxşıdır.

4. Yuxudan əvvəl duş qəbul etmək.

5. Bir çay qaşığı bal ilə 200 ml bir az qızdırılmış süd içmək.

6. Suda qaynadılmış hind quşu ətinin bir tikəsini yemək – onun tərkibində yuxunu yaxşılaşdıran triptofan maddəsi vardır.

7. Yuxunun rahatlığı üçün bir neçə kiçik yastıqdan istifadə etmək. Onları dizlərin arasına, belin altına və ya necə rahatdırsa elə yerləşdirmək lazımdır.

8. Nahardan sonra yarım saat istirahət etmək.

9. Balanslaşdırılmış şəkildə qidalanmaq, rasionda vitaminlərin olmasına nəzarət etmək. İspanaq, alma, ərik, qarağat, itburnu, qarabaşaq, nar, çovdar çörəyi, kök çox faydalıdır.

Bir yandan digər yana çevrilirsən, durusan, gəzirsən, yenə uzanırsan, kitab oxumağa başlayırsan, yenə və yenə zavallı və min dəfə saysız-hesabsız saydığın qoyunları saymağa başlayırsan, amma xilasedici yuxu gəlmir ki, gəlmir!

«Rahatlaş və yat» şübhəsiz ki, çox yaxşı tövsiyədir, ağır günün sonunda elə belə etmək də istəyirsən, lakin əvvələr sağlam yuxu ilə heç bir problemi olmayan bir çox gələcək analarda, qarının böyüməsi və narahat etməsi ilə bərabər, çox vaxt hamiləliyin erkən dövrlərində əmələ gələn və qadını körpənin düz doğuluşunadək  müşahidə edən yuxusuzluq narahat etməyə başlayır. Belə halın səbəbi nədir və yuxunun keyfiyyətini necə  yaxşılaşdırmaq olar?

Yuxusuzluq səbəblərinin təhlili

  • Hormonal fonda dəyişikliklər

Əlbəttə ki, hamilə qadınlarda yuxusuzluğun əsas səbəblərindən biri tam hormonal yenidən qurulma prosesidir. Gələcək və ya yenicə ana olmuş ananın orqanizmi progesteron, prolaktin, oksitosin və adrenalin kimi çoxlu maddələr hasil edir. Bu şəkildə təbiət qadında müdafiə instinktlərinin oyanmasını təmin edir. Hamilə və yenicə uşaq dünyaya gətirmiş qadınların yuxusu adətən səthi və həssas olur: onlar yeni həyata görə məsuliyyət daşıyır, yeni insancığa qulaq asır və tez onun köməyinə çatmağa hazırdırlar.

  • Qadının bədəninin yenidən qurulması

Böyüyən qarın gələcək ananın bədəninin rahat və adət olunmuş vəziyyətini tutmağına çətinlik törədir, yuxu vaxtı normal çevrilməyə mane olur, uşaq sidik kisəsindən basır və tez-tez tualetə getməyə vadar edir. Çox vaxt kürəyin bel nahiyəsində  ağrılar və xoşagəlməz hisslər əmələ gəlir və  yuxu üçün münasib vəziyyət tapmaq çətin olur.

  • Uşağın hərəkət etməsi

Çox vaxt uşaqlar saatın neçə olmasından və ananın yaxşı yuxu almaq istəyindən asılı olmayaraq gecə vurnuxmağa başlayır. Qismən bu yuxu zamanı gələcək ananın bədən vəziyyəti ilə bağlıdır. Əgər siz kürək üstə yatmağı sevirsinizsə, yekəlmiş qarının ağırlığı altında uşağın qanla təchizatı pisləşə bilər və o fəal tərpənişlərə başlayaraq bu haqqda Sizə dərhal xəbər verir.

  • Ayaqlarda qıc olmalar

Bu xoşagəlməz hallar həm hamiləliyin erkən dövrlərində, həm də doğuşdan bir müddət sonra yuxusuzluq əmələ gətirə bilər. Səbəb – orqanizmdə kaliumun və maqneziumun  çatışmamazlığıdır. Dabanlardakı qıc olmalar adətən kaliumun defisitindən irəli gəlir, əgər ayaq baldırlarının damarı qaçırsa, çox güman ki, günah maqneziumun çatışmamazlığındadır.

  • Ümumi əsəbilik

Qarşıdan gələn doğuşa görə qorxu, uşağın həyatına və sağlamlığına görə daimi narahatçılıq, ailə münasibətlərinin sonrakı inkişafına görə olan həyəcan gələcək ananı həyəcanlı, əsəbi edir və müvafiq olaraq yuxunun keyfiyyətini pisləşdirir. Yuxuya getmək daha da çətinləşir. Bəzən də bütün bu qayğılar gecə qarabasmaları şəklində özünü büruzə verir.

  • Çox tərləmə

Hormonal dəyişikliklər fonunda tərin yüksək ifrazı, otaqda hərarətin olması hissi əmələ gələ bilər. Bu diskomfort vəziyyəti yuxuya getməyə mane olur və müntəzəm ayılmalara və yuxusuzluğa səbəb olur.

  • Gecə vaxtı ürək bulanma və qıcqırma

Hamilə qadınlarda yuxusuzluq əmələ gətirən daha bir xoşagəlməz səbəb ürək bulanmadır. Bu halı demək olar ki, bütün gələcək analar yaşamalı olur, xüsusən də ilk 12-13 həftədə. Əksər hallarda söhbət səhər vaxtı nasazlıqlardan gedir, lakin çoxlarında ürək bulanma və qıcqırma gecə saatlarında başlayır. Müxtəlif alimlərin fkirincə, bunun səbəbi hormonal proseslər, iylərə qarşı yüksək həssaslıq, mədənin sıxılmış vəziyyətdə olması, mədə şirəsinin yüksək turşuluğu, stress, tez yorulmadır.

Hamiləlik zamanı yuxusuzluq — nə etməli?

Əlbəttə ki, yuxu gətirici dərmanları qəbul etmək tövsiyə olunmur, onlar dölün orqanizminə nüfüz edir və ona zərər gətirir. Bir çox analar bunu anlayırlar və bilirlər ki, hamiləlik zamanı bu cür dərmanların qəbulu  qadağandır.  Əgər hamiləlik zamanı və hətta doğuşdan sonra daimi yuxusuzluq sizi əldən salıbsa, nə etməli?

Sən demə bu cür yuxu pozulmaları ilə mübarizəyə dair bir çox ev üsulları və əsrlərlə yoxlanılmış xalq reseptləri mövcuddur. Özü də bir çox xalqların bu üsulları bir-birinə çox oxşayır.

Beləliklə, gəlin bu üsullardan bizim üçün ən çox hansının uyğun gəldiyini müəyyən edək.

  • Gözəl, beynəlxalq bir vasitə: yuxudan bir az əvvəl bir qaşıq təbii bal ilə bir stəkan isti süd içmək olar.
  • Əgər Siz süd sevmirsinizsə, özünüz üçün tünd olmayan ot çayı dəmləyin.  Limonotu (melissa) və ya razyana otlarının cövhəri  rahatlaşmağa çox yaxşı kömək edir. Lakin nanə ilə bir az ehtiyatlı olmaq lazımdır: hamiləliyin son həftələrində onu içmək tövsiyə edilmir, çünki o ana südünün sonrakı hasilatını azaltmaq qabiliyyətinə malikdir. Həmçinin adaçayından(şalfeydən) da imtina etmək lazımdır.
  • Suda həll edilmiş efir yağları (məsələn, lavanda) ilə isti vannalar rahatlıq və həzz hissi gətirir. Böyük ehtimal var ki, yuxu Sizi birbaşa bu xoşagələn prosedur zamanı bürüsün.  Bir az mürgüləmək istəyinə müqavimət göstərməyin , sonra isə yatağa keçin və ya kiminsə sizi oraya aparmasına imkan verin.
  • Hamilə qadınlar üçün tez-tez tualetə getmənin qarşısını almaq bir az çətindir. Onlar düz doğuşun başlanmasınadək daha da çoxalacaqdır, lakin elə bədən vəziyyəti tapmaq olar ki, uşağın sidik kisəsinə olan təzyiqi bir az azalsın. Əgər istənilən halda Siz durmalı olursunuzsa, özünüz üçün yatağın yanında yumşaq isti çəkələtlər hazırlayın, yataqdan durduqda isə yorğanı kənara atmayın, onu daha çox istilik saxlamaq üçün  öz yerinizə qoyun. Belə Siz daha tez yuxuya gedəcəksiniz. Vanna otağına gedən yolda və vanna otağının özündə güclü, parlaq işıqlandırmanı birləşdirməyin, daha yaxşı olar ki, yumşaq, isti işıqlı gecə lampaları quraşdırasınız. Saata baxmağı heç ağlınıza belə gətirməyin! Belə sadə və təbii hərəkət Sizin geri çarpayıya qayıtmağınızdan sonra tezliklə yuxuya getməyinizə mane olacaqdır.
  • Baldırlarda və pəncələrdəki qıc olmalar orqanizm üçün vacib olan – kalium və maqnezium maddələrinin çatışmamazlığından xəbər verə bilər. Bu problem haqqında mütləq həkim-ginekoloqla söhbət etmək lazımdır, ola bilsin ki, həkim sizə bu elementləri qəbul etməyi təyin etsin. Həkimin konsultasiyasının vacib olduğunu unutmayın, çünki Sizə hansı dozada və hansı maddənin lazım olduğunu yalnız mütəxəssis müəyyən edə bilər.
  • Əgər yataq otağında Sizin üçün çox istidirsə və Siz bədəninizin su içində olmasından oyanırsınızsa, otaqda Sizin üçün rahat olan hava temperaturunu saxlamağa çalışın və pəncərəni mümkün qədər tez-tez açın ki, otağa təmiz hava dolsun. Gecə təbii materiallardan olan nazik və geniş pijama və ya gecə köynəyi  geyinin. Bunun üçün batist və ya ipək yaxşı olar. Yataq dəyişəyi də təbii olmalıdır. Yastıq və yorğan aldıqda, yuma zamanı yüksək temperaturlara davamlı və allergiyanın qarşısını ala bilən materiallar seçin.
  • Qarın böyüdükcə, yuxu zamanı çevrilmək və rahat vəziyyət tapmaq daha çətin olur, bel daha tez yorulmağa başlayır. Ölçü və yumşaqlığına görə çoxlu müxtəlif yastıqların köməyi ilə özünüzə rahat yer hazırlamağa çalışın. Avropada qadınlar uşağı əmizdirmək üçün xüsusi yastıqlardan geniş istifadə edirlər. Onlar böyük, nal formasında olan yastıqlardır, onlar rahatdır və körpənin döğuşundan əvvəlki müddətdə yuxu vaxtı belin altına qoymaq üçün müvəffəqiyyətlə istifadə edilir.
  • Çalışın arxası üstə yatmayın, Sizin və uşaq orqanizminin qanla təchizatına zərər verməmək üçün böyrü üstə və ya yarı qarın üstə rahat vəziyyət tapın.
  • Ürək bulanma əlamətlərini azaltmaq üçün çarpayının yaxınlığında krekerlər saxlayın və yuxudan əvvəl bir ikisini çeynəyin.
  • Qıcqırmanı aradan qaldırmaq üçün öz qidalanmanızı elə nizamlamağa çalışın ki, o həqiqətən də hərtərəfli olsun və tərkibində yağların və acı ədviyyatların miqdarı mümkün qədər az olsun.
  • Təmiz havada – parkda və ya meşədə gəzintilər şübhəsiz olaraq ümumi əhvala çox yaxşı təsir edir. Yol kənarında və mağazalara gəzintilər sayılmır!
  • Yoqa ilə məşğul olma sizə özünüzü tarazlığa gətirməyə kömək edəcək, sizin mənəvi halınızı balanslaşdıracaq, rahatlıq və özünəəminlik hissi gətirəcəkdir. Hamiləlik zamanı hind qadınlarının əsrlərlə böyük müvəffəqiyyətlə istifadə etdikləri bir çox məşq və pozalar mövcuddur. Bundan başqa, meditasiya etmək imkanını əldən verməyin. Diqqət: yoqa məşqləri müəllimin müşahidəsi altında aparılmalıdır! Unutmayın ki,
  • Xoşagələn, sakit, asta, meditasiya musiqisi Sizə yuxuya getməyə və hətta daimi yuxusuzluğa qalib gəlməyə kömək edəcəkdir!

Necə olursa olsun, unutmayın: hamiləlik zamanı əmələ gələn yuxusuzluq əksər hallarda uşağın dünyaya gəlməsindən sonra bir anda yoxa çıxır.