Hamiləlikdə ikili test


Hamiləlik zamanı müəyyən edilmiş zamanlarda uşağın sağlam inkişafının olub olmadığının tədqiq edilməsi lazımdır. Həkimin təyin etdiyi zaman intervalları daxilində aparılan bu testlər sayəsində, uşağın bədən üzvlərinin inkişafında bir çatışmazlıq olub olmadığı, genetik quruluşunda və xromosomlarında normal olmayan bir inkişaf yaxud çatışmazlıq olub olmadığı, fiziki və zehni inkişaf prosesinin normal gedişində gedib getmədiyi, vaxtında bilinir və ona görə lazımi müdaxilələr etmək olur.

Körpə ana bətnində həftə həftə inkişaf edərək doğmağa hazırlanarkən, müəyyən test, ultrasəs və buna bənzər tədqiqatlar sayəsində,hamiləlik dövrünü ana namizədi də içi daha rahat və inamla davam etdirir. Məhz ikili testi də bu testlərdən biridir. Həkimin tövsiyəsi ilə hamiləlikdə ikili test etdirən ana namizədləri uşaqda inkişaf etməsi ehtimal edilən hər hansı bir mental anomaliyanı əvvəlcədən öyrənir.

                                                       İkili Test Nədir

 İkili testdə, hamiləlik zamanı ana bətnindəki körpədə yarana biləcək xromosomal anomaliyaları tapmağa və müəyyənləşdirməyə kömək edən bir testdir. İkili test ilə uşaqda Trisomiya 21 deyilən Daun sindromu və Trisomiya 18 olaraq da bilinən Edwars sindromu kimi mental geriliyə səbəbiyyət verən anomaliyalar müəyyənləşdirilə bilir. İkili test körpənin zəka səviyyəsini ölçən bir test deyil. Zəka geriliyi və bir sıra orqan anomaliyalarını qabaqcadan müəyyən etməyə yarayan bir testdir.

                                                İkili Test nə Zaman edilir

 İlk trimeester, ikili test ilə, hamiləliyin 11-ci ilə 14-ci həftələri arasında ultrasəs cihazı vasitəsilə NT, yəni uşağın ənsə qalınlığı ölçülür.
İkili test eyni zamanda ana bətnində PAPP-a və free B-HCG nisbətini da ölçür. Daun senromu və Edwars sindromu yoxlamasında çox əhəmiyyətli bir test olan ikili test zamanı ölçülən PAPP-a nisbəti son dərəcə əhəmiyyətlidir. PAPP-a hamiləliyə xas bir zülaldır və əgər uşaqda anomaliya varsa bu zülal nisbəti daha aşağı səviyyədə müəyyən olunur. B-HCG səviyyəsi isə normadan daha yüksək çıxır.

                                                   İkili test necə aparılır

Hamiləlikdə ikili test edilərkən ilk əvvəl ultrasəs müayinəsi aparılır. Ultrasəs zamanı NT də deyilən körpənin ənsə qalınlığı və CRL kimi tanınan boyun uzunluğu ölçülür. Ölçümdən alınan nəticələr bir yerə qeyd edilir. Həmin gün içində ana namizədi bu ölçü nəticələri ilə birlikdə qan verməyə gedir. Qan vermə prosesində əhəmiyyətli olan məqam, ac qarına və ya tox qarına olması deyil, ultrasəsin edildiyi günlə eyni gündə baş verməsidir. Ana namizədindən alınan az miqdarda qan nümunəsi labarator şüşə içinə alınaraq B-HCG və PAPP-a miqdarına baxılır. Bu göstəricilərin müəyyən edilməsi ilə əldə edilən dəyərlər, ultrasəsdə ölçülən dəyərlərlə birlikdə kompüter proqramına yüklənir. Proqrama ana namizədinin son ədəd tarixi, doğum tarixi və kilosu da əlavə olunur. Kompüter proqramı bütün verilən məlumatları dəyərləndirərək risk hesablaması aparır.

Hesablama nəticəsində trisomiya 21 (Daun sindromu) və trisomiya 18 (Eduard sindromu) üçün iki ayrı risk nəticə çıxır. Faizlər 1/200, 1/700, 1/2000 kimi göstəricilər şəklində yazılır. Faizlər, aşağı risk yaxud yüksək risk şəklində ikiyə ayrılır. Aşağı riskli nəticələrdə hər hansı bir müdaxiləyə ehtiyac olmaz. Ancaq yüksək riskli nəticələrdə CVS yaxud amniyosentez həyata keçirilir. Bu barədə ana və ata namizədi həkimlə birlikdə qərar verməlidir.

kili test nəticəsi kağızında trisomiya 21 (Daun sindromu) riski, trisomiya 18 (Eduard sindromu) yaş riski, NT kimi nəticələr yazılmışdır. NT- İkili testin öncəsində qan verməzdən əvvəl ultrasəsdə ölçülən dölün ənsə qalınlığı dəyəridir. Əksəriyyətlə 3 mm-nin üzərində olması anormal olaraq qəbul edilir. NT nəticəsi, ikili testin nəticəsi ilə ayrı olaraq qiymətləndirilir. Çünki ikili test nəticəsi normal çıxsa belə, NT qalınlığı çox olan uşaqlarda ürək anomaliyası əmələ gəlmə riski yüksəkdir. Bu səbəbdən də fetal eko (ekokardiyografi) keçirilməsi də lazımdır. 

Daun sindromu təhlükəsində sərhəd 1/270 kimi qəbul edilir. Əgər nəticə bu sərhədin üzərində 1/200, 1/100, 1/50 kimi dəyərləri göstərərsə, bu vəziyyət yüksək risk olduğunu göstərir. 1/300, 1/1000 kimi dəyərlər isə aşağı risk kimi qəbul edilir. Trisomiya 18-də bu sərhəd 1/100 olaraq qəbul edilir. Bunun üstündəkilər yüksək, altındakılar isə aşağı risk kimi qəbul edilir. Yaş riski isə, ana namizədinin yaşındakı neçə qadından birində down sindromlu körpə doğulacağı riskini göstərir.

İkili test nəticələri yüksək riski göstərirsə, bu vəziyyət, uşaqda test nəticəsində qeyd olunan miqdarda Daun sindromu ola biləcəyi mənasına gəlir. Məsələn, nəticə 1/100 çıxıbsa, körpədə 100 də 1 nisbətində Down sindromu ortaya çıxma riski var deməkdir. Bu nəticə uşağın qətiyyən Daun sindromlu olacağı anlamına gəlməz. Körpədə 99 % nisbətdə Daun sindrom olmadığı mənasına gəlir. Qəti diaqnoz üçün CVS, ya da amniyosentez diaqnostika metodları istifadə edilərək nəticəyə daha dəqiq və qəti göstəricilərlə çatılır. Əgər amniyosentez ediləcəksə 16-ci həftəni gözləmək lazımdır, çünki bu test 16-ci həftədən sonra keçirilə bilər. Ancaq bu vəziyyət ana və ata namizədində nəticəni cavabı çıxana qədər müəyyən zaman aldığı üçün gərginliyə səbəb olur. Bu səbəblə 10 ilə 13-ci həftələr arasında edilə bilən CVS testi etdirə bilərlər. Bu iki testi etdirmədən əvvəl çox yaxşı düşünmək lazımdır çünki bu testlər keçirilərkən ana namizədinin uşaq salma riski var. Amma bu 200-300 hamiləlikdə bir görülən bir riskdir. CVS yaxud amniyosentez edildikdə nəticə bir neçə gün içərisində ortaya çıxır. Ancaq bu testlər edilməzsə qəti nəticə uşaq anadan olanda ortaya çıxır.

Bəs ikili test nəticələri aşağı riskli çıxarsa bu nə mənaya gəlir? Risk nisbəti 1/270den aşağı düşsə, fərz edək 1/1000 kimi bir nəticə əldə edilərsə, bu halda uşaqda Daun sindromu olma riskinin olduqca zəif olduğunu göstərir, amma qətiyyən Daun sindromu olmayacağı anlamına da gəlmir.

Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)
Hamiləlikdə üçlü test
Hamiləlikdə-NST müayinə usulu
Qadın məsləhətxanasına müraciət
Hamiləliyin planlaşdırılması zamanı analizlər
Hamiləlikdə qarın nə zaman böyüyür?
Hamiləlikdən əvvəl və sonra fol turşusu
Oğlan uşağına (övladına) necə hamilə qalmaq olar?
Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Dar çanaq
Doğuş fobiyası
Hamiləlik və dişlər
Uşaq salma
Hamiləliyin müddətini necə təyin etməli?
Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləlik testi: bilmək istədiyiniz hər şey
35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?