Hamiləlikdə-NST müayinə üsulu

    

Dölün ürək döyüntülərinin gedişini və körpə hərəkətləri ilə olan əlaqəsini əsas tutaraq "fetal distres", yəni uşağın oksigensiz qalma ehtimalının yoxlamasında istifadə edilən bir testdir ("nonstres": Doğum aktı "stressi" yox mənasında işlədilən bir kəlmədir. Bu səbəblə nonstres test hər zaman doğuş başlamazdan əvvəl edilən bir test olma xüsusiyyətinə malikdir. Bu məqsədlə istifadə olunan alətə NST və ya kardiyotokografi cihazı adı verilir

Kardiyotokografi (kardiyo=ürək, toko=uşaqlıq yığılması) və ya qısaca "toko" adı verilən cihazla körpənin ürək döyüntülərinin gedişini, uşaq hərəkətləri və varsa yığmalarla olan əlaqəsini əsas götürərək uşağın yaxşı olub olmama halını dəyərləndirən bir testdir. 
"Prob" olaraq təqib edilən və hamilənin qarnı üzərində bərkidilən iki alıcı ucu var. Problardan biri bətnin yığılmalarının (uterinkontraksiyon), digəri isə körpənin ürək səslərini eşidir. Qəbul edilən yığılmalar və ürək səsləri cihaz tərəfindən bir qrafik kağız üzərinə köçürülür.

                                                             Hansı hallarda tətbiq olunur
NST, dölün distres (körpədə sıxıntı) inkişaf ehtimalı yüksək olan dölün qiymətləndirilməsində və döl distres varlığından şübhələnilən hər halda (körpə hərəkətlərinin azalması kimi) birinci seçim test olaraq tətbiq olunur. Bəzi həkimlər sadəcə, riskli vəziyyətlərdə NST apararkən, bəzi həkimlər müəyyən bir hamiləlik həftəsindən etibarən hər müayinədə adi olaraq NST araşdırması edər.
 Adətən həftəlik tətbiq etməklə, uşaqlıqdaxili inkişaf geriliyi (İUGG) preeklampsi ("hamiləlik zəhərlənməsi") kimi uşağın oksigensiz qalma riskinin olduğu hallarda üç gündə bir və suların erkən gəlməsi kimi dölün vəziyyətinin sürətlə dəyişməsinin mümkün olduğu hallarda gündəlik həyata keçirir və bu hallarda araşdırmağa tez-tez amnion mayesi tutumu qiymətləndirilməsi əlavə olunur. Suların erkən gəlməsi gündəlik NST əvəzinə gündəlik biofizik profil (BFP) adı verilən test seçim edilə bilər (saytımızda BFP ilə bağlı məlumatı ala bilərsiniz).
Kardiyotokografi (kardiyo=ürək, toko=uşaqlıq yığılması) və ya qısaca "toko" adı verilən cihazla körpənin ürək döyüntülərinin gedişini, uşaq hərəkətləri və varsa yığmalarla olan əlaqəsini əsas götürərək uşağın yaxşı olub olmama halını dəyərləndirən bir testdir. 
"Prob" olaraq təqib edilən və hamilənin qarnı üzərində bərkidilən iki alıcı ucu var. Problardan biri bətnin yığılmalarının (uterinkontraksiyon), digəri isə körpənin ürək səslərini eşidir. Qəbul edilən yığılmalar və ürək səsləri cihaz tərəfindən bir qrafik kağız üzərinə köçürülür.
                                                          NST necə edilir?
Təxminən 20 dəqiqə davam edən bu proses zamanı hamilələrdən, körpələrin hər hərəkətlərini hiss edəndə əllərinə verilən kiçik bir düyməyə basmaları tələb olunur. Beləliklə körpənin ürək atım tempi və reaktivliyi (atım sureti dəyişiklikləri), uşaqlıq sancılar və uşağın ürəyinin bu yığılmalara verdiyi cavablar həkim tərəfindən qiymətləndirilərək uşağın sağlamlığı haqqında dolayı məlumat əldə edilmiş olur.

 Rəsmdə NST tətbiq olunan bir hamilə görürsünüz.

 Körpə hərəkətlərini hiss edən hamilə əlindəki düyməyə basır.

 

  
Ürək atımları və uşaqlıq sıxılmaları eyni anda bir qrafik kağız üzərinə qoyulur. Üst hissə ürək səslərinə, alt hissə isə uşaqlıq əzələləri aiddir.
NST xüsusilə hamiləliyin son aylarında körpənin sağlamlığını göstərdiyi kimi, doğuş zamanı da son dərəcə önəmlidir.
Riski olmayan hamiləliklərdə, NST tətbiqinə 37-cu hamiləlik həftəsindən sonra həftədə bir, 40-ci hamiləlik həftəsindən sonra isə 3 gündə bir təkrar olunması təklif edilir.
NST prosesi öncəsi ananın karbohidrat zəngin pəhrizlə gedərək tox olması təklif edilir. Belə qidalanmanın tətbiq etmənin, körpəyə heç bir mənfi təsiri yoxdur.
NST xüsusilə ana namizədinin körpə hərəkətlərində azalma olduğunu ifadə etdiyi hallarla, yığılmaların varlığından şübhələndiyi anlarda istifadə edildikdə olduqca qiymətli məlumatlar verir. Bu şəkildə doğum aktının başlayıb başlamadığı, körpənin içəridə çətinlikdə olub olmadığı indirekt kimi başa düşülə bilər.
NST, yanlış nəticələrə yol açmaması üçün ana tox qarınla ikən edilir. O üzdən NST tədqiqi üçün gəlməzdən əvvəl tox olmalısınız.

Hamiləlik zamanı sizi maraqlandıran digər məlumatları oxumaq üçün aşağıdakı məqalələrdən seçin və üzərinə tıklayın.
Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)

Amniyosentez nədir?
Hamiləlikdə üçlü test
Hamiləlikdə ikili test
Qadın məsləhətxanasına müraciət
Hamiləliyin planlaşdırılması zamanı analizlər
Hamiləlikdə qarın nə zaman böyüyür?
Hamiləlikdən əvvəl və sonra fol turşusu
Oğlan uşağına (övladına) necə hamilə qalmaq olar?
Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Dar çanaq
Doğuş fobiyası
Hamiləlik və dişlər
Uşaq salma
Hamiləliyin müddətini necə təyin etməli?
Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləlik testi: bilmək istədiyiniz hər şey
35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?