Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)

  
 
11-14-cü həftələr arasında dölün anatomik orqanları və böyüklüyü qiymətləndirilir. Bundan başqa, ultrasəslə ənsə qalınlığı ölçülür. Dölün ənsə qalınlığı (NT-Nuchal translucency) ultrasəsdə uşağın boynunun arxa hissəsində tünd rəngli görünən hissənin qalınlığını ifadə edir. Ənsə qalınlığının uyğun ölçmək üçün döl uyğun vəziyyətdə olmalıdır. Yenə son menstuasiya (aybaşı) tarixinə görə 11 həftə 1gün ilə 13 həftə 6 gün arasında ölçülməli və baş-sağrı məsafəsi 45-84 mm arasında olmalıdır.


Döl ənsə qalınlığının artması halları:

Xromosomal fəsadlar: Trisomiya 13, Trisomiya 18, Trisomiya 21, (daun sindromu), Turner sindromu (45, X0)
Döl ənsə qalınlığı yalnız xromosom anomaliya artmaz- artdığı digər hallar:

*Ürək anomaliyaları
*Ağciyər anomaliyaları (diafraqma qüsuru) 
*Böyrək anomaliyaları
*Qarın divarı anomaliyaları (omfalosel)
*Bəzi genetik xəstəliklər (Arthrogryposis, Noonan sindromu, Smith-Lemli-opitz sindromu, Stickler sindromu, Jarcho-Levin sindromu və bəzi skelet anomaliyaları)

Döl ənsə qalınlığının artdığı hallarda ürək anomaliyası görülmə riski artıb o üzdən ənsə qalınlığı artmış olan döllərin mütləq ekokardiyografi ilə dəyərləndirilməsi lazımdır. Bu artımın səbəbi körpənin ənsə bölgəsindəki maye yığılmasıdır (şişkinlik) və bunu ultrasəslə bilmək mümkündür.

Normal olaraq körpənin ənsə qalınlığı hamiləlik həftəsi getdikcə artır. Ümumiyyətlə 3 millimetrin üstü patoloji qəbul edilir və bu halda döl xüsusilə "Daun sindromu" baxımından irəlidə qiymətləndirməlidir. Əgər 14-16 həftə arası keçirilən təkrar ənsə qalınlığı aşağı düşməyibsə, bu fetusta genetik bir anomaliya ya da infeksiya olma ehtimalı yüksəkdir.
Ənsə qalınlığı sahəsi, son illərdə hamiləlik təqiblərinə girmiş bir üsuldur. Ancaq aparılması müəyyən təcrübə tələb edir.

Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)
Hamiləlikdə üçlü test
Hamiləlikdə-NST müayinə usulu
Hamiləlikdə ikili test
Qadın məsləhətxanasına müraciət
Hamiləliyin planlaşdırılması zamanı analizlər
Hamiləlikdə qarın nə zaman böyüyür?
Hamiləlikdən əvvəl və sonra fol turşusu
Oğlan uşağına (övladına) necə hamilə qalmaq olar?
Qız uşağına (övladına) necə hamilə qalmaq olar?
Dar çanaq
Doğuş fobiyası
Hamiləlik və dişlər
Uşaq salma
Hamiləliyin müddətini necə təyin etməli?
Hamiləliyin planlaşdırılması dövründə dieta. Dietanın hamiləlikdən əvvəl seçirik.
Hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi
Hamiləlik testi: bilmək istədiyiniz hər şey
35 yaşdan sonra hamiləlik: necə hazırlaşmaq lazımdır?