Uşaqlıq daxili spiralın çıxarılması

Uşaqlıq daxili spiralın çıxarılması necə həyata keçirilir?

Spiralın çıxarılması qadının istəyi ilə istənilən zaman mümkündür. Spiralın çıxarılmasından öncə həkim sizə ümumi ginekoloji baxışın və rutin ginekoloji müayinələrin (mikrofloraya və sitologiyaya yaxma nümunəsinin götürülməsinin) keçirilməsini tövsiyə edə bilər.

Uşaqlıq boşluğundan spiralı çıxartmaq üçün həkim sıxacla onun bığcıqlarının uclarından ehtiyatla tutur və spiralı müəyyən bucaq altında dartıb çıxarır. Yalnız nadir hallarda uşaqlıq daxili spiralın çıxarılması üçün uşaqlıq boynunun ağrıkəsici və ya xüsusi əməliyyatla genişləndirilməsi tələb oluna bilər.

Ətraflı: Uşaqlıq daxili spiralın çıxarılması
Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra

Spiralın yerləşdirilməsinə necə hazırlaşmaq lazımdır?

Spiralın yerləşdirilməsindən öncə;

  1. Etibar etdiyiniz həkim ginekoloqla bütün məsələləri müzakirə edin;
  2. Spiralın yerləşdirilməsindən 1-2 gün əvvəl cinsi əlaqələrdən imtina edin;
  3. Spiralın yerləşdirilməsindən bir neçə gün əvvəl şırınqa etməyin və istənilən intim gigiyena vasitələrinin istifadəsindən imtina edin; Ətraflı: Uşaqlıq daxili spiralın yerləşdirilməsi, öncə və sonra
Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?

Aşağıda təqdim olunmuş bir sıra hallarda, uşaqlıq daxili spiralın yerləşdirilməsi arzuolunmaz hamiləlikdən qorunma baxımından ən optimal qərardır.

Abortdan sonra

Uşaqlıq daxili spiral abortdan dərhal sonra yerləşdirilə bilər. Bu halda o qadını arzuolunmaz hamiləlikdən növbəti bir neçə il ərzində etibarlı şəkildə qoruyacaqdır. Əgər siz qorunma və abortla bağlı sonrakı problemlərin qarşısını almaq istəyirsinizsə, abortun keçirilməsindən öncə mütləq həkimdən spiralın yerləşdirilməsinin mümkünlüyünü soruşun. Həkim spiralı ya abortdan dərhal sonra və yaxud bir neçə həftə sonra yerləşdirə bilər.

Ətraflı: Uşaqlıq daxili spiralın istifadəsi hansı hallarda tövsiyə olunur?
Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri

Uşaqlıq daxili spiralın yerləşdirilməsi bəzi ağırlaşmalara gətirib çıxara bilər, lakin ağırlaşmalar heç də spiral gəzdirən bütün qadınlarda inkişaf etmir. Müasir tədqiqatlar göstərir ki, spiral gəzdirən qadınların 95%-dan çoxu onu çox yaxşı və rahat kontrasepsiya üsulu hesab edirlər və öz seçimlərindən razıdırlar.

Ətraflı: Uşaqlıq daxili spiralların yan təsirləri və əks göstərişləri
Uşaqlıq daxili spiralın müsbət və mənfi cəhətləri.

Uşaqlıq daxili spiral (UDS, hamiləliyin qarşısını alan spiral) arzuolunmaz hamiləlikdən qorunmanın ən etibarlı və müasir üsullarından biridir. Uşaqlıq daxili spiralın yerləşdirilməsindən sonra hamiləliyin əmələ gəlmə ehtimalı 1 faizin onda bir ölçüsü hüdudlarındadır. Müasir uşaqlıq daxili spirallar kiçik, nazik plastik və ya metal qurğulardır. 

Ətraflı: Uşaqlıq daxili spiralın müsbət və mənfi cəhətləri.
Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur?

Uşaqlıq daxili spiral necə təsir göstərir?

Plastik və ya metal (mis, gümüş) spirallar spermatozoidlərə qarşı məhvedici təsir göstərir və onların mayalandırma qabiliyyətini məhv edir. Həmçinin spiral uşaqlığın selikli qişasının xüsusiyyətlərini dəyişir və onu embrionun daxil edilməsi (implantasiyası) üçün yararsız edir.

Tərkibində hormonlar (məsələn, Mirena) olan spirallar yuxarıda göstərilən bütün xüsusiyyətlərə malikdirlər, lakin bundan əlavə, hormonların ləng ifrazı sayəsində uşaqlığın selikli qişasının hüceyrələrinin böyüməsinin qarşısını alır, bu isə aybaşıların tədricən yox olmasına və həmçinin spermatozoidlər və xəstəlik törədən mikroblar üçün uşaqlıq boynunun nüfuz etmə qabiliyyətini dəyişir.

Ətraflı: Uşaqlıq daxili spiralların hansı növləri mövcuddur?
Kontraseptiv (hamiləlik əleyhinə) həblər

Kontraseptivlər (hamiləlik əleyhinə həblər) nədir?

Kontraseptiv həblər estrogen ve progesteron təsrkibli hormonal həblərdır. Yüksək nəticə ve az yan təsirinə görə ən çox istifadə olunan qorunma usuludur. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Hamiləlikdən qoruma faizi bu həblərdə 100 faizdir. 

Ətraflı: Kontraseptiv (hamiləlik əleyhinə) həblər