
Yüklənir...
Dölün inkişafı
Uşağın uzunluğu artıq 9,5-10,5 sm-dir. O, artıq diafraqmasını məşq etdirməyə başlayır: ağciyərlərinə dölyanı suları çəkir və buraxır. Dölyanı sular tamamilə sterildir və sutkada 10 dəfəyə qədər yeniləşir. Körpədə ayaqlar inkişaf edir: onlar artıq əldən uzundur. Oynaqlar da formalaşmışdır və uşaq artıq sərbəst olaraq ətrafları yığıb aça bilir. Göz qapaqları ilə örtülü olan gözün toru artıq işığa reaksiya verə bilir: qarına fənər şüası salmış olsaq, körpə işığı görəcəkdir. Uşağın dilində isə dad bilmə orqanı formalaşır.
Hamilə qadınlar hafizə pozuntularından, dalğınlıqdan, diqqətin zəifləməsindən şikayət edirlər. Dərk etmək lazımdır ki, hamiləlik dövründə bu, normal haldır: ananın orqanizmi bütün resursları uşağın həyat fəaliyyətinin və inkişafının təmin edilməsinə yönəldir. Bəzi fiziki işlərdən şüurlu şəkildə imtina etmək bəlkə də daha yaxşı olar, çünki bunlar gərginliyin artması və stresslərlə müşayiət olunur.
Paylaş: