
Yüklənir...
İnsanın istənilən əzələsinin və ya əzələli orqanın tonusu vardır, yəni sinir sisteminin təsiri altında o, stabil gərginlik vəziyyətində olur. Bu vəziyyətdə əzələ lazım gəldikdə, yığılır. Normal vəziyyətdə uşaqlığın da tonusu olur, bəzi hallarda o, artıq (hiper), digər hallarda isə az (hipo) olur. Tonusunu artırmaqla uşaqlıq doğuşa hazırlaşır ki, bu da tamamilə normal haldır.
Özlüyündə uşaqlığın hipertonusu xəstəlik və ya diaqnoz deyil. Hətta bu, sırf Rusiya anlayışıdır. Xəstəliklərin beynəlxalq təsnifatında o, qeyd olunmur, Avropa və Amerika həkimlərinin bu barədə məlumatı yoxdur.
Hamiləliyin ilk günlərindən uşaqlıq dövri olaraq yığılır, yəni qısa müddətli hipertonusa keçid edir. Bu yığılmalar spontan olaraq yaranır, ağrılara səbəb olmur və uşaqlıq boynunun açılmasına gətirib çıxarmır.
Hamiləliyin ikinci yarısında uşaqlığın yığılmaları qadın üçün hiss olunan dərəcəyə çatır. Onlar qarnın alt hissəsində gərginlik hissi kimi özünü büruzə verir və əl ilə toxunduqda, o, bərk olur. Uşaqlığın yığılmaları qeyri-mütəmadi olur və 1-2 dəq.-dən artıq davam etmir. Bu, məşq sançılar və ya Brekston-Hiks yığılmasıdır.
Hipertonusun səbəbləri
Uşaqlığın tonusunun müvəqqəti olaraq artmasına səbəb aşağıdakı güclü qıcıqlandırıcılar ola bilər:
Hipertonusun hamiləlik üçün təhlükəsi
Uşaqlığın hipertonusu çox vaxt yanlış olaraq “hamiləliyin sona qədər daşınmaması təhlükəsi” diaqnozu ilə səhv salınır. Bu, bir-birindən asılı olmayaraq mövcud ola bilən, bəzən də bir arada mövcud ola bilən iki tamamilə fərqli hallardır.
Uşaqlığın hipertonusu |
Uşaq salma və ya erkən doğuş təhlükəsi |
Yığılmalar ağrısızdır və ya ağrılar zəifdir |
Qarnın alt hissəsində dartıcı və kürəyə yayılan xoşagəlməz ağrılar |
Yığılmalar qeyri-mütəmadidir |
bərabər zaman kəsiyində təkrarlanır ( erkən doğuş təhlükəsi) |
Uşaqlıq yollarından ifrazat yoxdur |
Qanlı ifrazatlar ola bilər |
Uşaqlıq boynu bağlıdır |
Uşaqlıq boynu bir qədər açıqdır və qısadır (USM-də) |
Hamiləliyin kəsilməsini təhlükəsinin ən əsas meyarı uşaqlıq boynunun vəziyyətidir. O, bir qədər açıq vəziyyətdədirsə, onda hətta normal tonusda belə uşaq salmaya və ya erkən doğuşa gətirib çıxara bilər. Uşaqlıq boynunun bağlı olması hətta hipertonusda belə uşaq salmanın qarşısını alır.
Hipertonusu necə müalicə etməli?
Uşaqlığın tonusunun ağrısız olaraq artması (hətta bir gün ərzində dəfələrlə baş versə belə) nə ananın, nə də uşağın sağlamlığına təhlükə kəsb etmir və müalicəyə ehtiyacı yoxdur. Lakin hamiləliyin kəsilməsi təhlükəsi yarandıqda, təcili tədbirlər görülməlidir.
Uşaqlıq boynunun açılmasının qarşısını almaq üçün həkimlər Sizə, məsələn, klipləşdirmə və ya uşaqlıq boynunun tikilməsi kimi başqa müalicə üsulları da təklif edə bilərlər. Onların rəylərinə diqqətlə qulaq asın və özünüzə necə rahatdırsa, elə də hərəkət edin.
Faydalı məsləhətlər
Hipertonusdurmu bu, yoxsa hamiləliyin kəsilməsi təhlükəsidir- diaqnozdan asılı olmayaraq, istənilən halda orqanizmi boşaltma bacarıqlarına yiylənmək lazımdır. Bunu özünüz də kitablardan, videolardan öyrənə bilərsiniz, lakin daha yaxşısı kurslara yazılmaqdır. Bir dəfə öyrəndikdən sonra hər zaman qarnınızın alt hissəsində dartıcı ağrı hiss etdikdə, bu boşaltma üsullarından istifadə edin. Kifayət qədər uzun müddət məşğul olduqda, doğuş vaxtına yaxın boşaltma artıq Sizin gərginliyə qarşı instinktiv reaksiyanız olacaqdır. Bu, həm uşağı daşımağa, həm də narkozsuz və cırılmasız doğmağa imkan verəcəkdir.
Paylaş: