Yüklənir...

Qadın məsləhətxanasına müraciət

Qadın məsləhətxanasına müraciət

Hamilə qadının qadın məsləhətxanasına müraciətləri

Hamiləliliyin fizioloji gedişi zamanı qadının tibb müəssisəsinə 7 gəlişi (hamiləliyin 7 həftəsinə qədər, 18-20-ci, 26-28-ci, 30-32-ci, 34-36-cı, 38-ci, 40-cı həftəsində) tövsiyyə olunur.

1-ci gəliş (12-ci həftəyə qədər)

- Məsləhətvermə (həkim hamilə qadına hamiləliyin fizioloji gedişi haqqında məlumatlar verir, anamnez toplayır, ona hamilənin kartını təqdim edərək doldurulma qaydalarını izah edir).
-  Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.
-  Axırıncı menstruasiya (aybaşı) tarixinə əsasən doğumun güman edilən vaxtının təyini.
-  Bədən çəkisi indeksinin təyini (BÇİ) = çəki (kq) / boy2  (m2). BÇİ-nin yol verilən sərhədləri 18-30-a qədərdir. BSİ > 30 və ya 18< olduqda hamilə qadına müvafiq pəhriz tövsiyyə olunur və müayinə aparılır (BÇİ-nin göstəriciləri normal olduqda qadının bədən çəkisinin artmasına xüsusi diqqət edilməməli və məhdudlaşdırıcı pəhriz təyin olunmamalıdır).
-  Qanın klinik analizi.
-  Sidiyin ümumi analizi.
-  Qanda şəkərin təyini.
-  Qan qrupu, rezus faktorun, əgər qadın RH (-), partnyoru isə RH (+) olarsa rezus anticisimlərinin təyini.
-  Hepatit B, HİV, siflis testləri
-  Rubella (İgG) skriningi. Hamilə qadın seroneqativ olduqda xəstəliyin kəskin formasına müayinə aparmalı və hamiləliyin  II, III trimestrində dinamik müayinə aparmalıdır.
-  Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi (yaxma götürülən zaman uşaqlıq boynunun müayinəsi aparılmalıdır).
-  USM.
-  Hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun (400 mkq/sut təyini) mayalanmadan bir neçə həftə öncə və hamiləliyəliyin ilk 3 ayı müddətində təyini döldə sinir sisteminin qüsurlarının inkişaf tezliyini azaldır.
- 7-10 gün sonra hamilə qadın müayinələrin nəticələri ilə təkrar həkimin qəbuluna gəlməlidir .

2-ci gəliş (18-20-ci həftədə)

- Məsləhətvermə

- Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

- Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

- Sidiyin ümumi analizi.

- USM.

            3-cü gəliş (26-28-ci həftədə)

-  Məsləhətvermə

-  Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

-  Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

-  Auskultasiya- dölün ürək döyüntülərinə qulaq asılması.

-  Qanın ümumi analizi.

-  Sidiyin ümumi analizi.

- Antirezus immunoqlobulininin rezus-mənfi immunizasiya olmamış qadına yeridilməsi

                                                    4-cü gəliş (30-32-ci həftədə)

- Məsləhətvermə

- Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

- Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

- Auskultasiya - dölün ürək döyüntülərinə qulaq asılması.

- Qanın ümumi analizi.

- Sidiyin ümumi analizi.

                                               5-ci gəliş (34-36-cı həftədə)

-  Məsləhətvermə

-  Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

- Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

- Auskultasiya - dölün ürək döyüntülərinə qulaq asılması.

- Hepatit B, HİV, siflis testləri.

- Uşaqlıq yolundan mikroskopik müayinəsi.

- Sidiyin ümumi analizi.

- USM.

6-cı gəliş (38-ci həftədə)

-  Məsləhətvermə

-  Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

-  Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

- Dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qanın palpasiyası. Dölün çanaq gəlişi zamanı doğuşun aparılma taktikasının  müəyyən olunması (mamalıq vəziyyətindən asılı olaraq hamiləliyin cərrahi və ya təbii yolla başa çatdırılmasının proqnozlaşdırılması)

- Auskultasiya - dölün ürək döyüntülərinə qulaq asılması.

-  Sidiyin ümumi analizi.                  

 

7-ci gəliş (40-cı həftədə)

-  Məsləhətvermə

-  Arterial təzyiqin ölçülməsi, nəbzin sayılması.

-  Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi.

-  Auskultasiya- dölün ürək döyüntülərinə qulaq asılması.

-  Sidiyin ümumi analizi.

Əgər bu müddətdə doğum baş verməyibsə növbəti gəliş 1 həftədən sonra təyin olunur və 42-ci həftədə hamilə qadın doğumun induksiyası üçün stasionara göndərilir.