Yüklənir...

Hamiləlik əleyhinə- Kontraseptiv həblər

Hamiləlik əleyhinə- Kontraseptiv həblər

Kontraseptivlər (hamiləlik əleyhinə həblər) nədir?

Kombine oral kontraseptiv adı verilən hamiləlik əleyhinə həblər - estrogen ve progesteron tərkibli hormonal həblərdır. Mini həblərin-tərkibinə qadında təbii olaraq olan qadın hormonunun yalnız biri (progesteron) daxildir. Ana südünə təsir göstərmədiyi üçün əmizdirən qadınlar da istifadə edə bilər. Kontraseptiv həblər - yüksək nəticə və az yan təsirinə görə ən çox istifadə olunan qorunma üsuludur. Kontraseptivlərin istifadəsinə menstruasiyanın ilk günü başlanılmalıdır. Nizamlı istifadə edildiyində etibarlılığı 99.9 %-dir. 

Kontraseptiv həblərin əsas tələbi unudulmamalı və gündəlik alınmalıdır. Kontraseptiv həblərin alındığı zaman, ilk həbin qəbulundan qorunmanın başlandığı düşünülür. Hətta qadın həbləri istifadə etməyə başladıqda iki gün dalbadaı unudarsa, o ay belə bir başqa, qorunma yollarından istifadə edilməsi tövsiyə edilir. Bir gün unutmaq çok vacib deyil, ancaq iki gün üst-üstə unudularsa bu zaman qorunma pozulur. Kontraseptiv həblər günlük həblərdir, o gün sizi qoruyur, qutu bitdikdən sonra heç bir şəkildə qorumur.

Kontraseptivlər hamiləliyin qarşısını necə alır?

Hamiləlik qadın yumurtalıqlarında əmələ gələn yumurta hüceyrə ilə kişi spermatozoidinin birləşib, döllənərək uşaqlıq içinə yerləşməsi nəticəsində yaranır. Kontraseptivlərin içində olan hormonlar xaricdən verildiyi üçün orqanizmin hormon kontrolunu ələ alaraq yumurtalıqlarda yumurtlamanın yəni yumurta hüceyrənin əmələ gəlməsinin qarşısını alır. Beləliklə spermanın dölləndirə biləcəyi yumurta hüceyrə olmadığından hamiləlik olmur.

Kontraseptiv həbləri kimlər istifadə edə bilər, kimlər edə bilməz?

Damar tutulmasının olması və ya şübhəsi olanlar, damar tutulması olan şəkər xəstələri, ciddi qaraciyər xəstələri və qaraciyər  şişi, döş və ya cinsiyyət organlarına aid şiş, ciddi miqren tutmaları olanlar, ailəvi qanda lipid yüksəkliyi olanlar, bilinən hamiləlik və ya hamiləlik şübhəsi olanlar - oral kontrseptiv preparatlar istifadə etməməlidir. Həmçinin səbəbi bilinməyən qanaxmaları olan qadınlar da kontraseptivlərdən istifadə etməməlidirlər. Əlbəttə kontraseptiv həblərin istifadəsinə ümumi ginekoloji müayinədən keçdikdən sonra başlamanız daha məsləhətdir.

Kontraseptiv həblər kilo almaya səbəb olurmu?

Son vaxtlar istifadə olunan az dozalı kontraseptiv həblərdə təsir çox azdır. İstifadə olunan ilk vaxtlardan bunu bilmək olur.

Kontraseptiv həblərinin düzgün itifadəsi necədir?

Kontraseptiv həblər 21, 28 və ya 24 günlük buraxılış formasında ola bilər. Mütləq həkiminiz ara vermədən, təyin etdiyi kimi istifadə edin. İçində 21 ədəd həb olan preparatlarda, sadəcə ilk dəfə həb istifadə olunmağa başlanacaqsa, qutudakı ilk həb menstruasiyanın (aybaşının) ilk 5 günü ərzində istifadə olunmağa başlanmalıdır. Hər gün 1 həb qəbul edilir. Bütün qutudakı həblər qurtardıqda, 7 gün ara verilir, 8-ci gün yeni qutuya başlanılır. Bu 7 günlük arada menstuasiya başlayır. Menstruasiya davam etmiş olsa bele 8-cı gün yeni qutuya keçilməlidir. Əgər 24 günlük həblərdirsə, üzərində 1-ci gün yazılan həbdən istifadə etməyə başlanılır və davam edilir. Dərman istifadəyə başlanılan ilk 3 ayda, ləkə şəklində qanamalar ola bilər. Qısmən gözlənilən haldır. Nadirən bu preparatın dozasından asılı olur və preparatı dəyişmək lazım gəlir. Bu ləkələr görüldüyü zaman həkiminizi xəbərdar etməlisiniz.

Həbləri istifadə edərkən, günün eyni saatında qəbul etməyə calışın. Kontraseptiv preparatlar istifadə edərkən başqa dərman (məsələn antibiotik) içməli olsanız mütləq həmin preparatın kontraseptiv preparatlarla birgə istifadəsi zamanı bir-birinin təsirindən xəbərdar olun. Çünki bəzi preparatlar konseptivlərin təsirini azaldır

Kontraseptiv həblərin qadına başqa nə müsbət təsiri var? 

  • Kontraseptivlər uşaqlıq, yumurtalıq və uşaqlıq yolu xərçəngi riskini azaltdığı bilinir. 
  • Menstruasiya sancılarını azaldır, menstrual tsiklin normal gedişini təmin edir.
  • Menstrasiya önü gərginliyi azaldır.
  • Menstrual qanın miqdarını azaldaraq qan itkisinin qarşısını alır.
  • Civzə və tüklənmənin müalicəsində faydalıdır.
  • Fibrokistoz döş xəstəliyi daha az rast gəlinir.
  • Vaginal infeksiyaların rast gəlmə tezliyini azaltır.
  • Uşaqlıq xaric hamiləlik riskini azaldır.

Kontraseptiv həblərin istifadəsi hansı halda dayandırılmalıdır?

Şiddətli baş ağrısı, eyni zamanda ürək bulanma, qusma, bulanıq görmə olarsa, ani görmə itkiləri, keçici korluq kimi hallarda dərman dərhal kəsilməlidir. Ayaqlarda qızartı, şişliklik və ağrı, iflic, şiddətli qarın ağrısı, şiddətli sinə ağrısı və nəfəs almada çətinlik, qan təzyiqində yüksəlmə dərmanın kəsilməsini tələb edən digər hallardır. Əlavə təsir olaraq isə ürək bulanma, baş ağrısı, cinsi istəksizlik, mensruasiyalar arasında qanaxmalar görülə bilər.

Nədən kontraseptivlərin istifadəsi dayandırıldıqda hamilə qalmaqda çətinlik olur?

Kontraseptivlərin qəbulu dayandırılan kimi hamiləlik baş verə bilər. Hamilə qala bilmənin çətinləşməsi əzələ içinə edilən qorunma üsulunda daha çox rast gəlinir.

Diqqət edilməsi lazım olanlar:


* Siqaret çəkirsinizsə siqareti atmağınız lazımdır. Əgər yaşınız 35-dən çox və eyni zamanda siqaret çəkirsinizsə siqareti atmalı və ya başqa qorunma üsulu seçməlisiniz.
* İstifadə etməyə başlamazdan əvvəl qaraciyər, ürək və damar xəstəlikləri baxımından hər hansı bir probleminiz olmadığına əmin olmalısınız. Yüksək təzyiq problemi olan və ya tromboflebit kimi laxtalanma problemi qadınlarda istifadəsi təhlükəlidir.
* Həbləri mütləq müntəzəm almalısınız, unutduğunuz təqdirdə qoruyuculuğunu itirir.
* İlk aylarda mentruasiya nizamsızlıqları, ləkə görülə bilər.
* Ürək bulanma, başağrı, menstruasiya qanaxmasında azalma, dəridə ləkələnmə, döşlərdə ağrı və dolğunluq, kilo artımı və depressiya kimi yan təsirlər görülə bilər.
* Hamiləlik əleyhinə həbi istifadə edən xanımlar illik ginekoloji müayinələrini gecikdirməməli və müntəzəm olaraq 
pap smear testi etdirmələri lazımdır.