Hamiləlik və peyvəndlər

Hamiləlik dövründə qadına tətbiq ediləcək olan peyvəndlər, ana namizədinin və ana bətnində yaşamaqda olan körpənin sağlam qalmasına dəstək olur. Bəs, bu dövr ərzində hansı peyvəndlərin aparılması ana namizədləri üçün təhlükəli bir vəziyyət yaradır, hansı peyvəndlər mütəxəssislər tərəfindən tövsiyə edilir?

Ətraflı: Hamiləlik və peyvəndlər
AFP (Alfa feto protein) yüksəkliyi

AFP nədir?

Alfa feto zülal qısaca AFP hamiləlikdə ana bətnindəki körpənin qaraciyərində istehsal olunan zülaldır. Ana bətnindəki körpədə istehsal olunan AFP-nin vəzifə bu gün üçün deyil. Ana bətnindəki körpənin qaraciyərində istehsal olunan AFP yalnız uşağın qanına keçməklə qalmaz, uşağı əhatə edən amnion suyuna və ana qanına da keçər. Bu səbəblə ana qanı ilə aparılan təhlillə AFP dəyəri ölçülə bilər.

Ətraflı: AFP (Alfa feto protein) yüksəkliyi
Həftə həftə hamilənin ultasəs görüntüləri

Aşağıdakı şəkildə həftələrə görə ana bətninin böyüklüyü və yüksəklik səviyyəsi görülür. 20-ci həftədə göbək səviyyəsinə gəldiyi görünür ki, 36 həftədə döşə ən yaxın səviyyəyə qədər yüksəlir və daha sonra yüngül aşağı enir.

Ətraflı: Həftə həftə hamilənin ultasəs görüntüləri
Hamiləlikdə- BFP müayinə üsulu

Uşağın vəziyyətini dəyərləndirən test- BFP 

Antepartum dövrdə (uşaq doğulmadan) tətbiq edilən testlərdəndir. BioFizikProfil (BFP) NST-yə əlavə olaraq ultrasəslə uşağın amniom mayesi tutumu, tənəffüs hərəkətləri, bədən hərəkətləri və əzələ tonusu (gərginliyi) olmaq üzrə dörd ayrı parametrin daha dəyərləndirildiyi bir fetal distres tanınma sınağıdır.

Ətraflı: Hamiləlikdə- BFP müayinə üsulu
Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)

  
 
11-14-cü həftələr arasında dölün anatomik orqanları və böyüklüyü qiymətləndirilir. Bundan başqa, ultrasəslə ənsə qalınlığı ölçülür. Dölün ənsə qalınlığı (NT-Nuchal translucency) ultrasəsdə uşağın boynunun arxa hissəsində tünd rəngli görünən hissənin qalınlığını ifadə edir. Ənsə qalınlığının uyğun ölçmək üçün döl uyğun vəziyyətdə olmalıdır. Yenə son menstuasiya (aybaşı) tarixinə görə 11 həftə 1gün ilə 13 həftə 6 gün arasında ölçülməli və baş-sağrı məsafəsi 45-84 mm arasında olmalıdır.

Ətraflı: Dölün ənsə qalınlığı (Nuchal Translucency, NT)
Amniyosentez nədir?

 

Amniyosentez, ana bətnindən incə və uzun bir iynə köməyi ilə amnion mayesinin alınması əməliyyatıdır. İngilis dildə "amniosynthesis" olaraq bilinir. Amniyosentez prosesi adətən 16-22 hamiləlik həftələri arasında riskli hamiləliklərdə edilir. Təcrübəli əllərlə edildikdə olduqca ağrısız və körpə üçün riskləri azdır.

Ətraflı: Amniyosentez nədir?
Hamiləlikdə üçlü test

Üçlü test tətbiq olunmasındakı məqsəd- körpəyə aid xüsusilə Tizomi 21(Down sindromu), Trisomiya 18 (Eduard Sindromu) kimi xromosom pozğunluqları ilə birlikdə bir sıra anomaliyaları- onurğa yırtığı (NTD- spina bifida) aydınlaşdırır. Üçlü test, "ikinci trimestir testi" olaraq da bilinir.

Ətraflı: Hamiləlikdə üçlü test
Hamiləlikdə-NST müayinə usulu

    

Dölün ürək döyüntülərinin gedişini və körpə hərəkətləri ilə olan əlaqəsini əsas tutaraq "fetal distres", yəni uşağın oksigensiz qalma ehtimalının yoxlamasında istifadə edilən bir testdir ("nonstres": Doğum aktı "stressi" yox mənasında işlədilən bir kəlmədir. Bu səbəblə nonstres test hər zaman doğuş başlamazdan əvvəl edilən bir test olma xüsusiyyətinə malikdir. Bu məqsədlə istifadə olunan alətə NST və ya kardiyotokografi cihazı adı verilir

Ətraflı: Hamiləlikdə-NST müayinə usulu
Hamiləlikdə ikili test


Hamiləlik zamanı müəyyən edilmiş zamanlarda uşağın sağlam inkişafının olub olmadığının tədqiq edilməsi lazımdır. Həkimin təyin etdiyi zaman intervalları daxilində aparılan bu testlər sayəsində, uşağın bədən üzvlərinin inkişafında bir çatışmazlıq olub olmadığı, genetik quruluşunda və xromosomlarında normal olmayan bir inkişaf yaxud çatışmazlıq olub olmadığı, fiziki və zehni inkişaf prosesinin normal gedişində gedib getmədiyi, vaxtında bilinir və ona görə lazımi müdaxilələr etmək olur.

Ətraflı: Hamiləlikdə ikili test
Qadın məsləhətxanasına müraciət

Hamilə qadının qadın məsləhətxanasına müraciyətləri

Hamiləliliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi (hamiləliyin 7 həftəsinə qədər 18-20 ci, 26-28ci, 30-32ci, 34-36cı, 38-ci, 40-cı həftəsində) tövsiyyə olunur.

I-ci gəliş (12-ci həftəyə qədər)

- Məsləhətvermə (həkim hamilə qadına hamiləliyin fizioloji gedişi haqqında məlumatlar verir,

Ətraflı: Qadın məsləhətxanasına müraciət