Hamiləliyin 14-cü həftəsi

 

Uşağın uzunluğu təxminən 9 sm-dir.
• Səs telləri formalaşır, sinir sistemi inkişaf edir.
• Gələcək ananın ümumu əhvalı yaxşılaşır.
Qarın bir qədər böyüyür.

 Dölün inkişafı

Uşağın uzunluğu təxminən 9 sm-dir. Onun orqanizmi getdikcə daha çox sistemləri işə salır: böyrək sidik ifraz edir, bağırsaq uzanır və həzm prosesi başlayır. Uşağın qanında ağ qan cisimləri olan leykositlər meydana gəlir. Səs telləri formalaşır, sinir sistemi inkişaf edir, uşaq artıq xarici qıcıqlara reaksiya verə bilir. Onun dərisi artıq nazik tüklə örtülmüşdür.

Ananın vəziyyəti

Hamilə qadınların əksəriyyətində bu dövrdə toksikoz artıq demək olar ki, yox olur. Əksər qadınlar özlərini gümrah hiss edir, libido qayıdır, çünki gələcək ananın ümumu əhval-ruhiyyəsi yaxşılaşır. Qarın bir qədər böyüyür. Lakin çəki hamiləlikdən əvvəl olduğu kimi qalacaqdır. Çəki artımı yalnız 18-20-ci həftədə qeydə alınır.

Hamiləliyin ağırlaşmaları

Hamilə qadınların əksəriyyəti həyəcanlı olmalarından, əhval-ruhiyyələrinin tez-tez dəyişməsindən şikayət edirlər. Əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün sakitləşdirici ot yığmalarından (tərkibində spirt olan dəmləmə yox) və ya homeopatik sakitləşdirici preparatlardan istifadə etmək olar. Lakin bütün bunları həkim təyin etməlidir. Yuxudan əvvəl hərdən bir bokal quru qırmızı çaxır da içmək olar. Çaxır təkcə sedativ deyil, həm də antioksidant təsir göstərir. Əsas odur ki, bu, gündəlik vərdişə çevrilməsin. Hamiləlik dövründə hamilə qadınlar üçün yoqa və meditasiya (insanın fikirlərini öz duyğularında cəmləşdirməsi) da yaxşı sakitləşdirici təsir göstərir. Yoqa sinir sistemi və əzələlər üçün də faydalıdır. Çoxdöllü hamiləlik olduqda, həkim artıq indidən dəstəkləyici alt paltarı geyinməyi məsləhət görə bilər ki, bel və onurğa əzələlərinin üzərinə çox yük düşməsin.

Risk amilləri

Progesteron hamar əzələləri zəiflətdikdən, hamilə qadınların uretrası bakteriyalara daha həssas olur. Bundan başqa, uşaqlıq yolu mühitinin Ph-amili də dəyişir. Buna görə də sidik ifrazı yollarında infeksiyalar yarana bilər. Sidik ifrazı zamanı cüzi belə diskomfort hiss etdikdə, dərhal həkimə müraciət edin. Xəsətəliyin inkişafının qarışısını almaqda sidik ifrazına nəzarət (hamilə qadınlar “dözməməlidirlər”) və yüngül sidikqovucu yığımların profilaktiki qəbulu köməklik edər. Həmçinin sidik yollarını təbii mərcanı morsu, mərcangilə və mərcangilə yarpağı da çox gözəl sanasiya edir. Lakin morsdan fərqli olaraq, onun dadı elə də yaxşı olmur.