Hamiləliyin 42-ci həftəsi

 

 • Körpənin inkişafı başa çatmışdır.
• Həkim Sizə doğuş fəaliyyətini tezləşdirməyi təklif edə bilər.
• Suların açılması və ya doğuş sancıları başlamışdırsa, təcili olaraq doğum evinə gedin.

 

Yaxınlaşmaqda olan doğuşun əlamətləri

Cinsi yollardan az miqdarda qanlı ifrazatların olması, selikli tıxacın çıxması, nəcisin bir qədər yumşaq olması - bütün bunlar yaxınlaşmaqda olan doğuşun əlamətləridir. Həmçinin yaxınlaşmaqda olan doğuşdan qarnın sallanması (dölün başı uşaqlıqla bilrikdə ananın çanağına sallanır) da xəbər verir. Adətən qarın doğuşdan 2-3 həftə əvvəl sallanmağa başlayır. Bu, birnci doğuş deyildirsə, uşaqlığın dibinin sallanmasını qadın hiss etməyə də bilər. Birinci dəfə doğan qadınlarla təkrar doğan qadınların uşaqlıq boynunun doğuşa hazırlığında fərqlər var. Ilk dəfə doğan qadınlarda uşaqlıq boynu əvvəlcə qısalır, sonra isə hamarlanır və yalnız bundan sonra açılır. Təkrar doğan qadınlarda bu proses eyni zamanda baş verir və uşaqlıq boynunun qısalması ağrısız baş verir.