Hamiləliyin 1-ci həftəsi

 •  Sonralar mayalanacaq yumurta hüceyrəsi indilərdə çıxacaqdır. 
 •  Zərərli vərdişlərdən əl çəkməyin lap vaxtıdır. 
 •  Həftə sonu USM-də dominant follikulu aşkar etmək mümkün olacaqdır.

 

  Dölün inkişafı 

Əlbəttə, hələ dölün inkişafından söhbət açmaq tezdir. Axı mayalanma hələ baş verməmişdir. Çox güman ki, indi hələ növbəti aybaşı davam etməkdədir. Bu tsikldə mayalanma baş verərsə, bu, 3-4 həftədən sonra bəlli olacaqdır (bu zaman orqanizminizə diqqətli olmalısınız, çünki hamiləliyin ilk əlamətləri üzə çıxacaqdır). Bu gün isə minlərlə yumurta hüceyrələrindən biri - mayalanacaq yumurta hüceyrəsi hələ heç yumurtalıqdan çıxmamışdır. Menstrual tsiklin ilk günlərində ilkin follikulardan biri böyüməyə başlayır. Bu zaman, yəni tsiklin 7-8-ci günündə, lazım gələrsə, dominant follikulun üzə çıxıb-çıxmadığını müəyyən etmək üçün USM-müayinə etmək olar. Bu follikul bir neçə gündən sonra partlayacaq və ovulyasiya baş verəcəkdir.

Ananın vəziyyəti

Hamiləliyə də hazırlaşmaq lazımdır. Əgər gələcək ana bunu hələ etməmişdirsə, indi bunun lap vaxtıdır. İlk növbədə həyat tərzinizə yenidən baxmalı, siqaret, o cümlədən passiv siqaret çəkmək, alkoqol kimi zərərli vərdişi tərgitməlisınız. Hər hansı bir dərmanı qəbul etməzdən öncə həkimlə məşləhətləşmək lazımdır, çünki bir çox dərman preparatlarına hamiləlik dövründə əks göstərişlər var. Əvəzində folium turşusunu artıq indidən qəbul etmək olar. Folium turşusu embrionun normal inkişaf etməsi üçün şərait yaradır.